Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə74/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   70   71   72   73   74   75   76   77   ...   111

DÜNYA, İSLAM NƏZƏRİNDƏ!


Dünya həyatının həqiqəti barəsindəki ayə və rəvayətlər üç qismə bölünür:

1.Onlardan bə`ziləri dünyanı məzəmmət edir. Dünya bərəsində "oyun və boş şey" ifadələri Qur`anın Məhəmməd surəsinin 36-cı ayəsi, Ən`am surəsi 64-cü ayə, Ənkəbut surəsi 20-ci ayələrdə işlənilmişdir. Həmçinin, dünya barəsində, "az azuqə, qürür yeri, mal-dövlət yığmaq yeri və fəxrlənmə yeri" kimi ifadələrə də rast gəlirik.

2. Başqa ayə və rəvayətlərdə dünya həyatı barəsində elə fikirlər söylənilir ki, dünyanın sevimli və bəyənilmiş oldğunun əlamətləridir. Məsələn, dünya barəsində gələn ifadələrdən, "Allahın fəzli", Tövbə surəsi-28, Nəhl surəsi-16, Nisa surəsi-37, Nur surəsi-24-cü ayələrdə işlənmişdir. O cümlədən, dünya barəsində "Xeyir" ifadəsi, Qur`anın Bəqərə surəsinin 180, 251, 272-ci ayələri, Adiyat surəsinin 6-cı ayəsi və Məaric surəsinin 70-ci ayəsində gəlib. "Rəhmət" ifadəsi, Hud surəsinin 9-cu ayəsi, İsra surəsinin 100-cü ayəsi, Kəhf suəsinin 82-ci ayəsində qeyd olunub. Dünya barəsində "Həsənə”(ehsan) sözü, Ə`raf surəsinin 130-cu ayəsi və Tövbə surəsinin 50-ci ayəsində gəlmişdir. Bunların müqabilində, bə`zi ayə və rəvayətlərdə xüsusi şəraitdə maddi məhrumiyyətdə qalmaq məzəmmət olunmuşdur.

3. Ayə və rəvayətlərin üçüncü dəstəsi, yuxarıdakı iki dəstə ayə və rəvayətlərin izahına varır. Belə ki, ibtidadən iki dəstə ayə və rəvayətlərdə nəzərə gələn ziddiyyəti aradan aparır. Belə ayələr, dünayanı, əgər axirət üçün müqəddəmə qarar verilərsə, məhbub olduğu bəyan olunur. Belə olan halda, dünya bəyənilib ona bir növ əsalət verilir. Nümunə üçün aşağadakı ayədə buyurur:

"Bizimlə qarşılaşacaqlarına (qiyamət nü dirilib zurumuzda duracaqlarına, zamıza yetişəcəklərinə) ümid etməyən, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların, məhz onların qazandıqları naha rə düşəcəkləri yer Cəhənnəmdir."1

DÜNYA, RƏVAYƏTLƏRDƏ


Həzrət Əli ( əleyhissalam) buyurur: "Dünya, Allaha yaxın olanların ticarət yeridir. 2"

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "Dünya, axirət tarlasıdır." Və ya "Dünya, axirətə yaxşı köməkdir." Həmçinin, başqa yerdə buyurur:



"Saleh (halal) mal, saleh şəxslərə necədə yaxşıdır!“3

Bu rəvayətlərdən mə`lum olur ki, dünya axirətə müqəddəmə üçün yaxşıdır. Rəvayətlərdə, "ticarət yeri, tarla və kömək" ifadələrindən mə`lum olur ki, dünya olmasa, insanın axirəti də yoxdur. Lakin, bə`zən insan dünyanın axirətə müqəddəmə olduğunu unudub, ona əsalət verir və hesab edir ki, dünya əsas hədəfdir. Belə olduqda, isə yalnız, öz rifahı üçün çalışıb, Allahdan qafil olur. Qur`an bu barədə buyurur:



"Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməklə) yer üzündə həddi aşardılar.4

Yaxud, başqa yerdə buyurur: İnsana bir ne`mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq zər. Ona bir pislik üz verdikdə isə mə`yus olar."1 Başqa surədə buyurur:



"Xeyr! Kafir insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün! “2

İlahi rəhbərlər, mal-dövləti kifayət edənə kimi təşviq edirlər. Rəvayətlərdən birində İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:



"İlahi! Məhəmmədə, Əhlibeytinə və onları sevənlərə kifəyət qədər ruzi ver! 3 Nəhcül-bəlağədə oxuyuruq:

"Dünyada, kifayətindən artıq tələb etmə və əlinə yetişənə də şükr et!4

Ayə və rəvayətlərdən, dünyada mal-dövlətin insanın iqtisadi həyatında doğru və düzgün idiologiya ilə mühüm olduğu aydın olur. İndi də, İslam dini mal kəsb edib xərc etməkdə bizlərə hansı göstərişlər verməsinə nəzər salaq. İmam Səccad (əleyhissalam) bu məsələnin mühüm olduğundan ona hüquq nisbət verir.


MAL-DÖVLƏT QAZANIB YIĞMAQ


Az-çox da olsa, bəşərin hamısının dünya malına məhəbbəti vardır. Lakin, belə bir bəhs qarşıya çıxır ki, görəsən insanın dünya malına məhəbbəti fitri və təbiidir yoxsa, sonradan və arizidir? Bə`ziləri iddia edirlər ki, bu meyl insanda təbii olub, yaşayış fitrətində mövcuddur. Bəlkədə, heyvanlarda da təbii istəklərinə görə malik olmaq meylləri vardır.

Alimlərin nəzəriyyəsinə əsasən, insanda mal-dövlətə əlaqə və meyl, heç də müstəqil və təbii bir meyl deyildir. Bəlkədə, insanın sonradan həyatdakı ehtiyaclarını ödəməkdən ötrü, yemək, libas, və məskən övladı saxlamaq, cinsi meylləri doydurmaq və sair kimi şeylərə ehtiyac vaxtında meylli olur.

Heyvanlar, öz hədəflərinə görə ehtiyacları olduqları əşyalara malik olmağa çalışırlar. Onlarda malik olmağın ən aşikar surəti yemək, yuva, və vətəndir. Heyvanlarda malik olma meyli, çox vaxt aclığın tə`siri, cinsi meyl və balasından müğayət olmağına görədir.

"Vilyam Ceyms", yaşayış mühitində malikiyyəti şəxsiyyətin çoxalması və ya psixoloji ruhiyyənin artımı kimi qiymətləndirir. Yazır: Mən”, insanda tək ruh qüvvəsi deyildir. Bəlkədə, insanın libası, evi, miniyi, mülki və bankdakı hesablarının hamısına aid olur. Bütün bunların hamısı insanda, mehr qüvvəsinin yaranmasında rol oynayırlar.1"

Doğrudur ki, mal-dövlətin məhbubiyyəti fitri deyildir, lakin, insanın həyatında fitri meyilləri doydurmaq, qüdrət və qüvvə ələ gətirməsində rolu olduğuna görə insanın çox istəklərinin təhəqqüq tapması və şəxsiyyətinin formalaşmasında çox tə`sirlidir. Bütün bunlar, yavaş-yavaş mal-dövləti, insanların nəzərində əsas və sevimli bir amilə çevirir. Qur`an bu barədə buyurur: "İnsanın batini meyli və əlaqəsi mal-dövlətə qarşı çox şiddətlidir."2

İmam Sadiq( əleyhissalam) buyurur: "Halal yolla mal ğıb, abır-yasını qoruyub, borcunu ödəyib, qohum-əqrabası ilə əlaqə yaratmaq istəməyən kəsdə xeyir olmaz!"3



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin