Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


MAL-DÖVLƏT QAZANMAĞIN HƏDƏFİ



Yüklə 21,47 Mb.
səhifə75/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   71   72   73   74   75   76   77   78   ...   111

MAL-DÖVLƏT QAZANMAĞIN HƏDƏFİ


"Günlərin birində, İslam Peyğəmbəri ( səlləlləahu əleyhi və alehi və səlləm) öz əshabı ilə birlikdə oturmuşdu. Sübh tezdən əziyyətlə çalışan güclü bir cavanı görür. Həzrətin ətrafındakılar onun işləməsindən təəssüflənib deyirlər: Ey kaş! Bu güclü və qüvətli cavan öz gücünü Allah yolunda işlədəydi! İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Bu sözü deməyin! Əgər o cavan, öz zəhmətilə, özünü dilənçilik zillətindən qurtarıb insanlara əl açmamaqdan ötrü çalışırsa, bu əməllə Allah yoluna tərəf gedir. Əgər öz zəhmətilə zəif valideynləri və gücsüz uşaqlarının həyatını idarə edib, ehtiyaclarını yerinə yetirməkdən ötrü çalışırsa, yenə də Allah yolunda çalışır. Lakin, əgər çalışırsa ki, dünya malı cəm edib əhaliyə qarşı fəxirlənsin və malı ilə öyünsün, bu zaman fikri napak və çirkin olub Şeytan yolunda çalışır.1 "

Bu hədisdən başa düşürük ki, insanın yaşayşını idarə edib əhaliyə əl açmamasından, öz abır-həyasını satmamaqdan ötrü çalışıb mal-dövlət qazanırsa, Allaha ibadət edən bəndə hökmündədir. Belə sərvət nəinki məzəmmət olunmur, bəlkə də, həyatda hər bir insanın mühüm vəzifəsidir. Mə`sum İmamlarımızın (əleyhimussalam) rəftar və əməlləri bu məsələnin sənədidir. İmam Sadiq (əleyhissalam) buyurur:



"Məhəmməd ibni Münkədər nəql edir: Güman etmirdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam) özündən sonra layqli birisini öz canişini tə`yin etsin. Günlərin birində, oğlu Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm. Qərara aldım ki, ona öyüd-nəsihət edəm. Lakin, o mənə öyüd-nəsihət verdi. Əshab ondan soruşdu: O, sənə nə öyüd-nəsihət verdi? Dedi: Günlərin birində evdən çıxıb Mədinənin ətrafını gəzmək istədim. Hava çox isti idi. Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm ki, havanın o qızmarında iki xidmətçi ilə birlikdə möhkəm işləyirdilər.

Öz-özümə dedim: Sübhanəllah! Qureyşin qocalarından bu qızmar istidə, bu yaşında dünya malı ardıncadır! Ona öyüd-nəsihət verməliyəm. Yaxına gedib salam verdim. Salamımın cavabını verdi. Tər dənələri mübarək alnından sel kimi axırdı. Dedim: Allah sizi islah etsin! Qureyşin böyüklərindən, bu saatda dünya ardıncadır! Əgər ölüm mələyi bu anda gəlsə və siz bu halda olsanız, nə edəcəksiniz?!

Buyurdu: Əgər ölüm mələyi bu anda gəlsə və mən də bu halda olsam, Allah-taalaya ibadətdə olmuş olaram. İşim və əməyimlə özümü və övladlarımı dolandırıram və onları dolandırmaqdan ötrü sənə əl açmıram. Həqiqətən, mənim qorxum ondandır ki, ölüm mələyi gələn halda, Allaha qarşı günah etmək halında olam! Ərz etdim: Doğru deyirsiniz. Allah sizi Öz mərhəmətində qərar versin! Mən istəyirdm ki, sizə öyüd-nəsihət verəm, amma siz mənə nəsihət verdiniz! “1

Bəli! İlahi rəhbərlər yaşayışlarını dolandırmaqdan və ehtiyac əllərini bə`zi pis fitrətlərə açmamaqdan ötrü həmişə, işdə çalışıblar. Öz tərəfdarlarını həmişə tövsiyə ediblər ki. ehtiyac əllrini əhaliyə tərəf uzatmayıb, öz əllərinin zəhmətilə dolansınlar. İslam nöqteyi-nəzərində hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, döyüş cəbhəsində düşmənlə cihad edənlər kimidir! İmam Sadiq (əleyhissalam) yenə buyurur:



"Hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, Allah yolunda düşmənlə cihad edənlər kimidir!”2

Əksinə, hər kim öz arvad-uşaqlarını buraxıb, onların rifahından ötrü çalışmasa, Allahın rəhmətindən məhrumdurlar.

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur buyurur: Allahın rəhmətindən məhrumdurlar! Allahın rəhmətindən məhrumdurlar. O kəslər ki, haqqı boyunlarında vacib olanların haqqını zay etsələr!"3

HALAL YOLLA PUL QAZANMAQ


İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir ki, "Həccətul-vidada" buyurdu:

Bilin! brail mənə xəbər vermişdir ki, h kimin ruzisi tamam və kamal verilməyin dünyadan getməz! Bəs, Allahdan qorxub nah etməyin və ruzi üçün çalışmaqda müxtəsər yol tutut. Əgər ruziniz bir az gecikərsə, bu sizi vadar etməsin ki, haram yola əl atıb, nahla öz ruzinizi qazanasınız. Çünki, Allah-taala bəndələri arasında haramı yox, halal ruzini bölmüşdür. Bəs, r kim səbr etsə, Allah-taala onun ruzisini halal yolla yetirər. Ancaq, ismət pərdəsini yırtıb, tələsik haram yolla ruzi qazanmaq istəsə, ruzisi azalar və qiyamət nü onunla haram ruzinin hesabı aparılar!"1

Bu hədisdə, səbr etmək mühüm sayılır. Əgər insanın ruzisi gec çatıb meyli üzrə olmasa, tələsib haram yola düşməli deyil. Çünki, Qiyamətdə Allah dərgahında bu işin hesabını verəcəkdir!


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin