"Millət" sözü, sözün tək şəklindədir. Cəm şəkli, "miləl" şəklində işlədilir. Bu söz, əqidə, iman, camaat və firqə mə`nasında işlənilir. Qur`anda buyurur:
"İbrahimin pak dininə tabe olun".
Millət, din kimidir. Onu da şəriətin adı kimi Allah-taala, peyğəmbərlərin vasitəsilə insanlara göndərmişdir. Millətlə din arasında fərq budur ki, millət, Allaha və tək-tək şəxslərə nisbət verilmir. Məsələn, deyə bilmərik ki, Allahın milləti və ya Zeydin milləti. Amma millət təkcə, peyğəmbərə nisbət verilir. Lakin, dini həm Allaha, həm də şəxslərə nisbət verə bilərik. Məsələn, Allahın dini, Zeydin din və sair.1
Xülasə, din, Allaha, peyğəmbərə və şəxsə nisbət verilə bilər. Amma, millət, yalnız, rəhbər və dini gətirənə nisbət verilə bilər. Qur`anda, din bə`zən, tayfa və onun kimi şeylərə də nisbət verilib. Məsələn, həzrət Yusifin Qur`anda dediyi sözdə oxuyururq:
"Mən Allaha inanmayan və Axirətidə inkar eliyən bir tayfanın dinini tərk etdim! Mən ata babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum ! "1
Başqa surədə müşriklərin dilindən buyurur:
"Biz bu sözü sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.“2 Bu söz, bütpərəstlərin də təriqətlərinə aiddir. Qur`an buyruru:
"Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş oluruq. “3
Bütün bu lüğət barəsindəki bəhsdən sonra aydın olur ki, İmam Səccad (əleyhissalam) bu bölmədə, millət və dindaş hüquqları barəsində söhbət edir. Başqə sözlə desək, İslam millətindən bəhs olunur.
İSLAM VƏ İCTİMAİYYƏTƏ ƏHƏMİYYƏT
İslam dini öz nəzəriyyəsində, insanı ictimai bir mövcud kimi tanıyır və onun təkamülünü ictimaiyyətin sayəsində bilir. Bu məsələni, Qur`ani-Kərimdə insanlara olunan ümumi xitablardan aydıncasına başa düşmək olar. Bu mövzudakı ayələrin nümunələrinə işarə edirik:
İNHİRAF YOLARINDAN ÇƏKİNMƏK
Qur`an buyurur:
"Bu, şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah sizə bunları tövsiyə etdi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz! "4
Bu ayədə Aallah-taala, şəxslə yox, insanlarla söhbət edir.
BİRLİYƏ VƏ HƏMRƏYLİYƏ DƏ`VƏT
Qur`an buyurur: "Hamınız bir yerdə Allahın ipindən (İslam və Qur`andan) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-birinizlə qardaş oldunuz. “1
Bu ayədə, vəhdət, birlik və qardaşlıqdan bəhs olunur. Dünənki düşmənlər bu günki qardaşlardır. Özgələr də bu işdən təəccübə gəlirlər. Məsələn, İngilis alimi "Can Dyun Port" yazır:
"Məhəmməd" bir nəfər sədə ərəb idi. Özünün kiçik, ayaqyalın və ac tayfasını, inzibatlı və əxlaqlı bir cəmiyyətə çevirir. Dünya millətləri arasında onları əxlaqlı və mədəni bir millət kimi tanıtdırır. Otuz ildən az müddətdə bu yolla, Qostaniniyya imperatorluğunu məğlub edib, İran soltanların aradan aparır. Suriyanı, Bəhreyni və Misiri özünə ram edir. Fəthlərinin sorağı atlantik okeanından Xəzər dənizinə və Seyhun çayına qədər çatır.“2
Məhşur siyasətçi və hind alimi "Nehru" yazır: "Ərəblərin keçmişi, Asiya və Avropaya necə sürə`tlə yayılmaları bəşər tarixinin mö`cüzələrindən biridir. Ərəbləri oyadıb, onların özlərində e`timad və qüdrət hiss etmələri, İslam dininin planlarının tə`sirindən idi. Bu din, 570-ci ildə Məkkədə dünyaya gəlmiş, “Məhəməd" adlı təzə peyğəmbərin vasitəsilə başlayır.“
Bu iki nümunə, bəhsimizin mövzusuna aid müxtəsər tarix idi. Bu cür e`tiraflardan dünyada o qədər qeydə alınıb ki, onların hamısından ötrü xüsusi kitab lazımdır.
TƏFRİQƏDƏN ÇƏKİLİB İCTİMAİ QANUNLARI HİFZ ETMƏK
Qur`an buyurur: “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar “3
Bu ayədə söhbət, birlik və ayrılıqdan gedir. Müsəlmanlar özlərindən əvvlki, yəhudi və xaçpərəstlər kimi təfriqə və ayrılığa yol verməməlidirlər. Qur`anın təfriqə və ayrılığın qarşısını almağa tə`kidi o cəhətdəndir ki, əgər belə bir hadisə düşsə, (necə ki düşüb) müsəlmanların əzəmət və birliyi aradan gedəcəkdir. Qur`an başqa yerdə buyurur:
“Allaha və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! “1
Bu ayədə, rəhbərlikdən itaət və ixtilaflardan çəkinməyə tövsiyə olunur. Yoxsa, cəmiyyətin abır-həyasının getməsi və şə`ninin aşağı düşməsinə gətirib çıxarır. Bundan əlavə, belə keşməkeşlər cəmiyyətin əzəmətlə qarşıya apardığı hədəflərini puça çıxarır. Çünki, mühitdə, düzgün və müvafiqətçliklə yaşamaq, hədəf gəmisini həmişə məqsədə tərəf çəkir. İxtilaf isə bütün bu hərəkəti tamamilə saxlayır.
Dostları ilə paylaş: |