MUSA (ƏLEYHİSSALAMA)-A VƏHY GƏLƏNDƏ NAMAZ QILMAĞA MƏ`MUR OLUR!
Əmirəl-möminin Əli (əleyhissalam)-ın dilindən nəql etdik ki, Qur`anda ən ümid verici ayə, namaz ayəsidir.
İndi də Ulul-Əzm peyğəmbərlərindən, İmran oğlu Musa (əleyhissalam)-ın “Taha"surəsindəki əhvalatına diqqət edək:
Musa (əleyhissalam) Allahla danışanda Allah taala buyurur: “Mən səni Peyğəmbər seçdim. Sənə vəhy olunanı dinlə! Mən, həqiqətən Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”5
Bu ayədə əvvəlcə, tovhidin əsli bəyan olur. O da peyğəmbərlərin də`vətlərinin ən mühüm əsasıdır. Sonra ibadət mövzusu, onun ardınca isə namaza göstəriş verilir. Yə`ni, Xaliqlə, məxluqun ən mühüm bağlılığı və Allahın pak zatını yaddan çıxarmamaqdan ötrü ən tə`sirli yol, namaz qılmaqdır.
Namazın müxtəlif hikmətləri arasından bu ayədə və Musa (əleyhissalam)-ın də`vətinin əvvəlində, “Allahı xatırlamaq" hikmətinə işarə olunur. Şübhəsiz ki, bir sıra amillər insanı qafil edib, Allahı onun yadından çıxarır. Ona görə də gecə-gündüz bir neçə vaxtda namaz qılmaqla bu qəflətlə mübarizə aparılır. İnsan sübh tezdən yuxudan ayıldıqda, onu bu dünyada hər şeydən qafil edən yuxudan durduqda, gündəlik planlarına başlamazdan əvvəl, Allah-taala ona namazı (sübh namazı) vacib etmişdir. Bununla da, təzə həyatını başlayır və Allahı yad etməklə qəlbini səfalaşdırır.
Gündüz işin şirin yerində, günün yarısında, gündəlik işləri onu özünə məşğul etdiyi vaxt, birdən “həyyə ələs-səlah" eşitməklə, namaza tərəf tələsir. Namaza durub, öz Mə`budu ilə razi-niyaza məşğul olur. Qəlbinə oturmuş toz-torpağı, bununla təmizləyir. Gündüzün sonunda və gecənin əvvəlində də belə olur. Gecədən bir miqdar keçdikdən sonra da “yatı" namazı ilə Allahı xatırlamaqla qəlbini dirildir.
Bu ayədə Allah-taala, Musa (əleyhissalam)-a buyurur: Namaz, məni qəlbində xatırlamağından ötrüdür. Həmçinin, Allah-taala “Rə`d" surəsində də Özünün yad və zikr olunmasını qəlblərin aramlığının əsası kimi vurğulayır. Buyurur:
“Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram tapar!”
HƏR HALDA ALLAHI XATIRLAMAQ
"Nisa" surəsində, müsafir namazını və döyüş cəbhələrindəki qorxu namazını bəyan etdikdə, Allahın bütün hallarda xatırlamaq tövsiyə olunur, buyurur:
“Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə namazı öz qaydasında qılın! Çünki, namaz mö`minlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.”1
Duran, oturan və uzanan hallarda Allahı yad etməkdən məqsəd, döyüş meydanında fasilə vaxtı edilən istirahət halları ola bilər. Həmçinin, əsgərlərin müxtəlif hallarda oturan, duran, uzanan vaxtı döyüşüb silahdan istifadə etdiyi də nəzərdə tutula bilər.
Əslində, İslamın ən mühüm göstərişi budur ki, insan heç bir halda Allah-taaladan qafil olmamalıdır; Yuxarıdakı ayə, bir çox rəvayətlərdə xəstələrin necə namaz qılmalarına aid edilmişdir.
Ayədəki, “kitabun məvquf"i fadəsi, "həmişə vacib" kimi mə`na olunmuşdur.2
MƏHƏMMƏD ĞƏZZALİNİN DEDİKLƏRİNDƏN
Namazın əsas ruhu təvazökarlıqdır. Qəlbin hazır və Allah-taala ilə düz olması, heybət və tə`zim yolu ilə Allahı zikr etmək, namazın hədəflərindəndir. Necə ki, Allah-taala buyurur:
“Məni xatırlamaq üçün namaz qılın!”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
“Elə namaz qıl ki, sanki kiminləsə vidalaşırsan. Yə`ni, bu namazla, özün və həvayi-nəfsinlə vidalaşırsan. Bəlkə də, haqqdan başqa hər şeylə vidalaş. Həmişə özünü namazda hiss et!”1
Bura kimi Qur`ani-Kərimdən namazın əhəmiyyətinə və bə`zi hikmətlərinə işarə olundu.
ƏSL NAMAZ
Mərhum Feyz Kaşani özünün "Əl-həqaiq" kitabında yazır: Əsl namaz bu altı mətləbə riayət etməklə ələ gəlir:
1. Hüzur qəlb; 2. Anlamaq; 3. Tə`zim; 4. Heybət; 5. Ümid; 6. Həya.
1. NAMAZDA QƏLBİN HÜZURİ
Namazda insanın hüzuri qəlb tapması və insanın diqqətinin yalnız, Allaha cəlb olunmasının amillərindən biri, namazda ciddi olmaqdır. Çünki, qəlb, ciddiliyə tabedir. İnsanın fikir və diqqəti ən çox harada olsa, qəlb də ən çox onun ardıncadır. Beləliklə, demək olar ki, qəlb ciddiliyə tabe və ram olandır. İnsanda belə bir əqidə özünə yer tapmalıdır ki, dünya həyatı ilə Axirət həyatında müqayisədə, Axirət həyatı daha üstündür. Çünki, axirət, əbədi və həmişəlikdir. Həmçinin, giriftarçılıq və narahatçılığı da yoxdur. Qur`an buyurur:
“Axirət dünyası əbədi həyatdır. Əgər bilsəniz!”2 Başqa yerdə yenə gəlib: “Axirət daha yaxşı və ən əbədidir!”3
İndi anlamaq lazımdır ki, belə bir əbədi həyatı və ən yaxşı yaşayışı yalnız, namaz vasitəsi ilə ələ gətirmək olar. Namaz Allaha yaxın olmaq vasitəsidir. Əgər insan özündə e`tiqad hiss etsə ki, dünya doğrudan da həqir və heçdir, o anda namazda qəlbin Allah dərgahında hazır olması alınar.
2. ANLAYIŞ
Namazda hüzuri qəlb ələ gətirdikdən sonra “anlamaq" məsələsi qarşıya çıxır. Yə`ni, insanın zehni və fikri namazın ali dərəcəli mə`nalarını başa düşməyə çalışsın. Əgər namaz qılan, namazın mə`nalarına diqqət etsə, dünya işlərindən qafil olar. Bu halda bütün vasvası fikirlərdən azad olar. Namazda müxtəlif mövzulu fikirlərin insanın zehn və fikrinə hücum çəkməsi, demək olar ki, o şəxsə oxşayır ki, ağacın altında oturub azad və aramlıqla fikirləşmək istəyir. Lakin, bülbüllər və sərçələrin səs-küyü onu özünə cəlb edir. Əlinə çubuq alıb onları qovur lakin, yenə qayıdırlar. Namaz qılanın namaz üstə haləti belədir.
3. TƏ`ZİM
Tə`zim, qəlbin ondan mə`rifət aldığı sərçeşməsidir. Birinci, imanın əsasını təşkil edən, Allahın cəlal və əzəmətinin mə`rifəti. İkinci, insanın öz nəfsinin kiçik və həqir olmasını tanımaq. Onu İlahi göstərişlərə ram etmək. Bu iki mə`rifətdən insanda, təvazökarlıq və nəfsin sınması ələ gəlir. Bütün bu halətin ələ gəlməsi ilə insanın öz Xaliq və Mə`budu müqabilində tə`zimi daha çox özünü göstərəcək.
4. HEYBƏT
İnsanın nəfsinin başqa bir haləti də heybət və qorxudur. Bu halət, Allahın sonsuz qüdrətinə olan mə`rifətdən doğulur. O da budur ki, Allahın istək və iradəsi, aləmin bütün zərrələrinə nüfuz edir. İnsan, Allahın qüdrətinə nə qədər çox elm və mə`rifət əldə etsə, insanda bir o qədər çox heybət və qorxu olar. Dahi İslam alimi Mərhum Nəraqi “ixlas”ı da bu yolda xatırlatmışdır. Buyurur: Namazda ixlaslı, qəsd qürbət və riyadan uzaq olmaqın bu işdə tə`siri vardır.1
5. ÜMİD
Ümid, Allahın lütfünün tanınmasından sərçeşmə alır. Belə ki, insan, Allahın sonsuz ne`mətləri, kərəm və lütflərinə diqqət etməklə, namazın müqabilində Allahın behişt və`dəsinə yəqinlik edir. Bütün bunların nəticəsində, Allaha ümid hasil olur.
6. HƏYA
İnsanda həya, Allahın haqqını yerinə yetirməkdə özünü aciz bilib, öz nəfsində onu dünyanın bər-bəzəyinə də`vət edən eybləri görməklə əmələ gəlir. Başqa tərəfdən, Allahın cəlal və qüdrətinə elmi olan insanın batinində, həya adlı hiss vücuda gəlir.1
Bura kimi əsl namaz və onun həqiqəti barəsində, Feyz Kaşaninin dilindən nəql etdik. İndi də bu barədə Ayətullah Hacı Mirzə Cavad Mələki Təbrizinin sözünə nəzər salaq. O, namazın əzəməti barəsində dahi İslam alimi, Şəhid Əvvəlin kitablarına işarə edərək buyurur:
“Şəhid (Allah ona rəhmət eləsin), namazın min məsələsini bir kitabda cəm edib onu “Əlfiyyə"(minlik) adlandırmışdır. Üç min məsələdən ibarət olan namazın müstəhəb işlərini isə başqa bir kitabda cəm edib, adını “Nəfliyyə"qoymuşdur. Sonra Qur`anda namazın mühüm hikmətlərindən birinə işarə edir: “Həqiqətən namaz, insanı çirkin və pis əməllərdən çəkindirir.”2
Buyurur: Namazın insanı çirkin işlərdən çəkindirib, pis işlərdən saxlamasının həqiqətində heç bir şəkk-şübhə ola bilməz və sözsüz qəbuldur. Çünki, Qur`an, aşkarcasına bu xüsusiyyəti sübut edir. Amma, o namaz ki, onda bu xüsusiyyət yoxdur yalnız, namazın şəkli sayılır və heç ola bilməz ki, nifaqdan xalis olsun. Çünki, əgər zərrə qədər də olsa, namaz ruhu onda olsa, insanı o miqdarda çirkinlik və pisliklərdən çəkindirərdi.3
Bu böyük alimin qeyd etdiyi kimi Şəhid Əvvəlin kitablarında namazda olan məsələ heç bir mövzuda yoxdur. Bu alim “namaz"mövzusunda ən böyük fiqh və hədis kitablarını özünə məxsus etmişdir. Biz, İmam Səccad (əleyhissalam)-ın sözlərinin şərhində bu əzəmətli dəryadan yalnız, bə`zi damlalarına işarə etmişiik.
Namazın fərdi, əxlaqi və ictimai xüsusiyyətləri də vardır. Xülasə və qısa şəkildə hər birinə işarə edək.
Dostları ilə paylaş: |