Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə21/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

QURBANLIĞIN HAQQI



وَأمَّا حَقُّ الهَدْيِ فَأَنْ تُخلِصَ بهَا الإرَادَةَ إلَى رَبكَ وَالتَّعَرُّضَ لِرَحْمَتِهِ وَقَبُولِهِ ولا تُرِيدَ عُيُونَ النَّاظِرِينَ دُونهُ، فإذَا كُنْتَ كَذَلِكَ لَمْ تَكُنْ مُتَكَلِّفًا ولا مُتَصَنِّعًا وَكُنْتَ إنَّمَا تَقْصِدُ إلَى الله. وَاعْلَمْ أَنَّ الله يُرَادُ بالْيَسيرِ وَلا يُرَادُ بالْعسِيرِ كَمَا أَرَادَ بخَلْقِهِ التَّيْسِيرَ وَلَمْ يُرِدْ بهِمُ التَّعْسِيرَ، وَكَذَلِكَ التَّذَلُّلَ أَوْلَى بكَ مِن التَّدَهْقُنِ لأَنَّ الْكُلْفَةَ وَالْمَئونَةَ فِي الْمُتَدَهْقِنِينَ. فَأمَّا التَّذَلُّلُ وَالتَّمَسْكُنُ فَلا كُلْفَةَ فِيهِمَا وَلا مَئونةَ عَلَيْهِمَا لأَنَّهُمَا الْخِلْقَةَ وهُمَا مَوجُودَانِ فِي الطَّبيعَةِ. وَلا قُوَّةَ إلا باللهِ.

Qurbanlığın haqqı odur ki, onu xalis Allaha xatir kəsməyi iradə edib, yalnız, Onun rəhməti ilə qəbul olunmasını dilə. (Qurbanlığını təkcə Ona xatir kəs) Öz qurban kəsməkliyini əhalinin gözü qabağında onların başına minnət qoyma. Əgər minnət qoymasan, özünü bəhrəsiz zəhmətə salmazsan və əməlin xalis olar. Həqiqətdə, sənin bu əməlində niyyətin Allah olmalıdır.



Bil ki, Allah dərgahında asanlıqla yük tutmaq olar və çox da zəhmətə ehtiyac yoxdur. Allah-taala, bəndələrin təkliflərini asanlaşdırdığı kimi onları zəhmətə də salmaq istəmir!

Həmçinin, Allah dərgahında təkəbbürçülük izhar etməkdənsə, təvazökar olmaqlığın sənin üçün daha yaxşıdır. Çünki, zəhmət və özünü öymək, rəyasət tələb və onlar kimilərə aiddir. Amma təvazökar olmaqlığın nə zəhməti var, nə də xərci vardır. Çünki, insanın təbiətinə və fitrətinə uyğundur. İnsan da, təbiət də məxluqdur. Allahdan başqa heç bir güc-qüdrət yoxdur!”

“HƏDY" SÖZÜ LÜĞƏTDƏ


"Hədy" (qurban) sözü ərəbcədən, həccdə və Betullahil-həramda kəsilən qurbanlığa deyilir. Amma, başqa qurbanlığa ərəbcə “uzhiyyə" deyilir. Belə adlanmanın səbəbi, qurbanlığın Kə`bəyə olan ehtiramı və kəramətinə görədir. “Hədy" sözü, hidayət və lütf mə`nasındadır. Yaxud, qurbanlığın Kə`bə və Hərəmə xatir kəsilməsidir. Məsələn deyilir: “dəl ərus ila bə`liha." Gəlini ərinin evinə tərəf apardılar.1 Qur`anda oxuyuruq: Qurbanlığı öz yerinə çatdırmayınca başlarınızı qırxdırmayın!”2

“Hədiyyə”yə, lüğət kitabı “Müfrədat”a əsasən, o səbəbdən hədiyyə deyirlər ki, bə`zilərindən digərlərinə olan lütf və mərhəmətdir. Səba Mələkəsinin Süleyman (əleyhissalam)-a hədiyyə göndərməsi barəsində Qur`anda oxuyuruq: Mən onlara diyyə ndərəcəyəm. rüm ndərdiklərim nə ilə qayıdacaqlar?”1

“Hədy" (qurbanlıq) sözü, Qur`anda yeddi dəfə gəlmişdir. Hamısı da həcc və ümrədə kəsilmiş qurbanlıq mə`nasındadır.

QURBANLIQ


Təməttö` həccində iştirak edənlərə vacib olan ikinci əməl, “Mina”da qurbanlıq kəsməkdir. Bu əmələ, ibadət və Allaha yaxın olmaqdan ötrü olduğuna görə “qurbanlıq" deyilir. “Məcməul-bəhreyn" kitabında yazır: Allahın rəhmətinə yaxın olmaqdan ötrü rülmüş r bir xeyir əqurbanlıq"deyilir.2

Biz bu bəhsimizdə İmam Səccad (əleyhissalam)-ın qurbanlıq barəsindəki kəlamını izah etmək istəyirik. Ona görə də, Qur`ani-Kərimdə qurban barəsində gələn ayələrdən zikr etməliyik. Bununla da, bu mövzunun əhəmiyyəti aydınlaşmış olar. Qur`an buyurur:

Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir"3

Allah-taala, bu ayədə üç dəfə qurbanlıq mövzusuna toxunur.



Birinci: Ehram bağladıqdan sonra xəstəlik və ya qorxu qarşıya çıxıb mane olsun. Bu vaxt bir qurbanlıq kəsmək lazımdır.

İkinci: Qurban bayramı günü Şeytana daş atıb, başını qırxdırmazdan əvvəl qurbanlıq kəsilməlidir. Qurbanlıq kəsməyincə hacı başını qırxdıra bilməz.

Üçün: Əmin olduqdan sonra yə`ni, hər vaxt təməttö` həccini yerinə yetirdikdə əməllərdən biri də şübhəsiz ki, qurbanlıqdır. Bu da, Minada kəsilir.

Başqa yerdə Qur`an buyurur: Ey iman tirənlər! Allahın müyyən etdiyi mərasimə (həcc mərasiminə) haram (rmətli) aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıqlara, mçinin, Rəbbinin lütf və razılığını diləyərək Beytül-rama üz tutub (ziyarətə) lənlərə rmətsizlik etməyin!”1

Bu ayədə səkkiz göstəriş gəlib. Onlardan biri qurbanlıqdır. Həcc qurbanı, istər nişanlı, istərsədə nişansız. “Hədy”, ərəbcədən qurbanlıq ünvanı ilə Allah evinə aparılmış heyvana deyilir. “Qəlaid”, “qəladə" sözünün cəm şəklidir. Ayədə boynuna nişan vurulub qurbanlıqdan ötrü gətirilmiş heyvana deyilir.

Bu ayədə yenə də həmin mövzu bəhs olunur, buyurur:

Allah, Beytul-ram (müqəddəs ev) olan Kə`bəni, haram ayı, boyunları bağsız və bağ qurbanlıqları insanın düzəldib sahmana düşməsi üçün bir yol müəyyən etdi.”2

Başqa ayədə yenə də buyurur: Ey iman tirənlər! Ehramda olarkən ovu öldürməyin. Sizdən, ovu qəsdən öldürən r bir kəsin boynuna za və ya kəffarə düşür. Onun zası ərinizdən olan iki ədalətli şəxsin kmü ilə öldürdüyünə bənzər bir heyvanı Kə`bəyə çatası qurban etməkdir.”3

Bu kəffarənin, Kə`bənin yanında qurbanlıq olunmasına göstəriş verilir. Diqqət etmək lazımdır ki, din alimləri arasında məşhur nəzəriyyə budur ki, ümrədə ehram halında ov etməyin kəffarəsi Məkkədə kəsilməlidir. Amma, həccdə ehram halında ov etməyin kəffarəsi isə Mina və qurbangahda kəsilməlidir.

Yenə də başqa ayədə qurbanlıq mövzusunda buyurur: “Küfr edənlər də, sizin, Məscidul-rama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir).”

Allahın Qur`ani-Kərimdə qurbanlıq məsələsinə işarə etdiyi yeddi mövzu bunlar idi. Bütün bu ayələrdə bəndələrə bildirir ki, qurbanlıqda Allahın rəhmətinə qovuşmaq və yaxın olmaq niyyəti olmalıdır. Xüsusilə, qurbanlıq Kə`bə üçün olarsa, daha diqqətli olmalıdır.

QURBANLIĞIN YARANMA TARİXİ


Hər kəsin bilmək istədiyi mövzulardan biri də odur ki, qurbanlıq nə vaxtdan vücuda gəlmişdir? Çünki, tarixi nişanələr göstərir ki, müxtəlif millətlər və ümmətlər arasında qurbanlıq məsələsi olmuşdur. Xoşbəxtlikdən Qur`ani-Kərimdə bu mövzunun kökü Adəm (əleyhissalam)-ın yaranışı və övladlarının zamanından olduğu bəyan olunur. “Maidə"surəsində oxuyuruq: Ya Məhəmməd! Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban tirdikləri zaman birinin qurbanı qəbul edilmiş, dirininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm!"Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qurban qəbul edər!”1

Bu ayədən mə`lum olur ki, Allah-taalanın rəhmətinə yaxın olmaq yollarından biri də qurbanlıqdır. Adəmin övladları özlərinin hansının Allaha daha yaxın olmaq me`yarını qurban kəsmək götürürlər.

İbrahim (əleyhissalam) Allaha yaxın olmağı sədəqə verməkdə bilirdi. Necə ki, "Tövrat" kitabından mə`lum olur ki, Allah ona heyvanları qurbanlıq etməyi əmr edir. İbrahim (əleyhissalam)-ın övladları da həmin yolla özlərini Allahın rəhmətinə yaxın edirlər.

Həzrəti Musa (əleyhissalam)-ın dövründə qurbanlıq iki qisim idi. Bir qism zibh olur, digər qisim isə Allah yolunda kəsilirdi. Zibh olunan üç qisim idi:



1.Odda yandırılan üçün kəsilən.

2.Xəta və günahın kəffarəsi üçün kəsmək.

3.Sağlamlıq üçün kəsilən.

Birinci qisim odda yandırılmalıdır. Təkcə dərisi qalır, o da kahinə məxsus olurdu. İkinci, qurbanlığın yarısı yandırılır, yarısı isə kahinə çatırdı. Üçüncü növ qurbanlığın əti hamıya halal idi.

Rumlular öz tanrılarından ötrü qurbanlıqlar kəsirdilər və onların kahinləri, qurbanlıq vaxtı su, bal və gülab çiləyirdilər. Tarix yazır: İnsanlar belə qurbanlıqlarda təkcə qoyun və heyvanları kəsməklə kəfayətlənmirdilər, bəlkə də, bə`zən insanı da qurbanlıq ünvanı ilə zibh edirdilər.

Finiqinlər, kən`anilər, farslar, rumlular və misirlilərin bir qisminin belə adəti var idi. Nəhayət, 657-ci ildə rumluların ə`yan və əşrəf məclisi bu növ qurbanlığı qadağan edirlər.

Nəql olunur ki, misirlilər öz bütxanalarına ehtiram göstərməkdən ötrü hər ilin isti ayında, Nil çayında, bakirə qızı gözəl şəkildə bəzədikdən sonra onu suda qərq edirdilər. Bu çirkin adət, misirlilərdə davam edirdi. Tainki, Əmr ibni As, Ömər ibni Xəttabın razılığı ilə bu adəti qadağan edir. “Risalətil-hüquq" kitabının müəllifi bu mətləbi “Hikmətut-təşriy və fəlsəfə" kitabından, Əl-Əzhər alimlərindən ustad Əhməd Curcaninin dilindən nəql edir.

İslam dini istər insanlar üçün, istərsədə bütlərdən ötrü olan bütün qurbanlıqları qadağan edib, səhih və düzgün qurban kəsməkliyi öz tərəfdarlarına öyrətmişdir. Keçmiş bəhslərdə bu mövzudakı ayələri zikr etdik. Əslində, İslam, insanın fitri meyllərini nəzərə almaqla qurbanlığın yalnız, Allahdan ötrü olmasını bəyənir və qurbanlığın kəsilməsi yolunu bəşərə öyrədir. Heç də güman olunmasın ki, qurbanlığın əti ya qanı Allaha çatır, xeyr, bəlkə də, bu iş insanın Allahın rəhmətinə yaxın olmasından ötrüdür. Ona görə də heyvanın başını kəsdikdə "qəsdi-qürbət" (Allaha yaxın olmaq) niyyəti olmalıdır və Allahın adı çəkilməlidir.


QURBANLIQ, ŞƏR`İ VƏ ƏQLİ BİR İŞDİR


Keçmiş bəhslərdən nəticə aldıq ki, qurbanlıq, şər`i və əqli bir iş olub, İslam dininin qəbul etdiyi bir əməldir. Bu iş, ruhun paklanması və cəmiyyətin iqtisadiyyatının möhkəmlənməsində geniş rol oynayır. “İləluş-şəraye" kitabında rəvayətlərdən mə`lum olur ki, qurbanlığın əti təkcə fəqir və yoxsul şəxslərə verilməlidir. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur:

Allah-taala, bu qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin.”1

Əbi Bəsir nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim: Qurbanlığın səbəbi nədir? Buyurdu: Qurbanlıqdan yerə tökülən ilk damcı qana rə Allah-taala, qurban kəsənin nahlarından keçir. Ona rə ki, müttəqi şəxslər Allah dərgahında müəyyən olunsun." Sonra buyurdu: Allah-taala buyurur: Qurbanlığın əti və qanı h vaxt Allaha çatmır. Çünki, Allahın ona ehtiyacı yoxdur. Bəlkə də, qurbanlıq insanların təqva və pərhizkarlıqlarından nişanədir." Daha sonra Həzrət buyurdu: rün, Allah Habilin qurbanlığını qəbul edir və Qabilin qurbanlığını ne rədd edir!”

Bu hədisdə, qurban kəsənin savab və günahlarının bağışlanmasına, həmçinin, onun ixlasına işarə olunmuşdur. Əli (əleyhissalam) buyurur:

Əgər insanlar bilsəydilər ki, qurbanlıqda hansı əzəmət var, borc alıb qurban kəsərdilər. qiqətən, qurbanlıqdan yerə tökülən ilk qətrə qan zamanı Allah qurban sahibinin nahlarından keçər.”

“Vəsail-Şiə" kitabında, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in qızı həzrəti Fatimə (səlamullahi ələyha) buyurur:



"Qurbanlığını kəsən zaman onun yanında hazır və şahid ol! Çünki, qurbanlığın ilk yerə tökülən qanı zamanı nahların bağışlanmış olur." Sonra buyurur: “Bu mətləb və savab bütün müsəlmanlara aiddir.”

İmam Kazim (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Qurbanlıqlarınızı çoxaldın. Çünki, onlar sizin siratın körpüsündən keçməyinizə vəsilə olacaqlar.”2



HAKİM DAİRƏLƏRİN HAQQI



  1. Yüklə 21,47 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin