ELMİN MƏQAMININ ƏHƏMİYYƏTİ
Müəllimin haqqı barəsindəki bəhsin başlanğıcında yaxşı olar ki, bir az da elmin İslam və Qur`anda elmin dəyərindən söz açaq. Elmin dəyəri hamıya aydındır. Hər bir insan fitri olaraq elmi çox sevir, elmin və alimin müqabilində təvazökardır. İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ilk dəfə vəhy olunarkən elm mövzusunda danışılır: Qur`an buyurur: “Səni yaradan Rəbbinin adı ilə oxu!”
Rəbb və tərbiyət məsələsi yaranmış və xilqət məsələlərindən olub, mühüm elmi mətləblərdəndir. Oxumağa əmr olunmasının ardınca, qələmlə tə`lim mövzusu bəyan olunur, buyurur:
“O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.”1
Tə`lim, bilik öyrətmək, öyrənmək, qələm və yazmaq və nəhayət, insanın bilmədiklərini öyrətmək. Bu mövzu o qədər mühümdür ki, vəhyin başlanğıcında insanın yüksək elmi məqama çatması və insaniyyətin ali dərəcələrindən sayılıb, maddi aləmdən mələkut aləminə və Allaha yetişməklə bəyan olunur.
Qur`an, elm və bilik mövzusunda insanların vicdanlarını münsifliyə çağırır, buyurur:
“De ki: Heç bilənlərlə bilməyənlər (alimlə-cahil) eyni ola bilərmi? Allahın ayələrindən, dəlillərindən yalnız, ağıl sahibləri ibrət alar!”2
Əgər Qur`an deyirsə: “De ki: Murdarla təmiz bir ola bilməz!”1 “Kor ilə görən eyni olmaz! Zülmətlə nur da eyni deyildir! Kölgə (sərin) ilə isti eyni olmaz!”2 Ayələrdəki “pak, görən, nur və gölgə”, elm və bilik mə`nasındadır. Başqa tərəfdən, “murdar, kor, zülmət və isti"sözləri də nadanlıq və cəhalətə işarədir.
Qur`an başqa yerdə buyurur:
“Onlara belə cavab ver: Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”3
Bu ayədə, “alim”, peyğəmbərliyə şahid ünvanı ilə “Allah”ın şəhadətinin yanında qeyd olunur. Bu da alimin Allah yanında məqam və mənzilətini bəyan edir. Qur`an buyurur:
“Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar.”4
Elm və biliyin əhəmiyyəti müxtəsər bəyan olduqdan sonra müəllim və ustadın məqamına nəzər salaq.
MÜƏLLİMİN MƏQAMININ ƏHƏMİYYƏTİ
İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Alimləri ziyarət etmək, Allah yanında Kə`bə evini yetmiş dəfə təvaf etməkdən istəklidir. Həmçinin, yetmiş qəbul olunmuş həcc və ümrədən fəzilətlidir. Allah onu yetmiş dərəcə yuxarı qaldırar. Rəhmətini ona nazil edər və mələklər şəhadət verər ki, behişt belə şəxsə vacib olub.”5
İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) əhalini alimlərin dərslərində iştirak etməyə də`vət edir, buyurur:
“Ey Əbuzər! Elmi müzakirə ilə məşğul olan alimin məclisində oturmaq, Allah yanında min gecə oyaq qalıb, hər gecə min rəkət namaz qılmaqdan fəzilətlidir. Ey Əbuzər! Elmi mövzuları araşdıran alimin hüzurunda bir saat oturmaq, Allah yanında min döyüşdə iştirak edib, bütün Qur`anı oxumaqdan əfzəldir.”1
İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:
“Alim və müəllim yanında oturan hər bir mö`minə, Allah buyurar: Mənim dostumun yanında oturmusan. And olsun izzət və cəlalıma, səni behiştdə onunla birlikdə sakin edəcəyəm və buna heç bir şey mane ola bilməz!”2
Bu bəyanda, tədris və elmi müzakirə ilə məşğul olan müsəlman mö`min alim, Allahın dostu və həbibidir. Mərtəbələri o qədər ucadır ki, onun dərsində iştirak edən hər bir tələbə və şagirdə behişt vacib olur. Əlbəttə, bu savablar, o müəllim və şagirdə çatır ki, Allahın razılığına xatir dərs deyib, dərs öyrənsinlər. Hədəfləri dünya olmasın!
USTAD VƏ MÜƏLLİMİN ROLU!
İmam Cavad (əleyhissalam) buyurur:
“Hər kim natiq və danışana qulaq assa, ona pərəstiş etmiş olur. Əgər danışan Allah tərəfindən olsa və Allah sözü danışsa, eşidən ibadət etmiş olur. Əgər danışan Şeytanın dili ilə danışsa, eşidən Şeytana ibadət etmiş olur.”3
Bu hədisdə, bəyan və sözün tə`siri o həddə çatır ki, əgər eşidən danışan müəllimin sözünə diqqət etsə, sözün qiymətini yaxşı anlayar.
Dostları ilə paylaş: |