RƏHBƏRLİKDƏ ƏDALƏT
İnsanlar, başqalarının hüquqlarına pis gözlə baxmayıb onların hüquqlarına təcavüz etməsələr, insanlar arasında haqq və hüquq cəhətdən heç bir ayrı-seçkiliyə yol verməsələr, həmçinin, hakim öz hakimiyyətində ən nəhayət tərəfkeşsizlikə hamıya bir gözlə baxarsa, belə şəxslər adil və ədalətli adlanırlar. Onların müqabilində o, şəxslər ki, başqalarının haqlarına təcavüz edir və öz hakimiyyəti çərçivəsində ayrı-seçkiliyi rəva bilib zalimlərdən tərəfdarlıq edirlərsə, belələrinə “zalim"deyərlər.
Beləliklə, demək olar ki, hüquqlara riayət edib hər bir haqq sahibinin haqqını özünə əta etməyə “həqiqi ictimai ədalət"deyilir. Bəşər qanununda buna riayət olunmalıdır. Hüquqa dayaq olan ədalətin mə`nası budur.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Hakimiyyət küfrlə davam tapar, amma zülüm və sitəmlə heç vaxt davam tapmaz.”1
Başqa hədisdə İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Bir saat ədalətli olmaq, altımış ilin ibadətindən üstündür."
SƏXAVƏTLƏ ƏDALƏTİN FƏRQİ
Həzrət Əli (əleyhissalam)-ın səxavətlə ədalət arasında fərq barəsində gözəl bəyanı vardır. Həzrətdən bu barədə soruşulanda sualın cavabında buyurur:
“Ədalət hər şeyi öz yerinə qoyur. Səxavət, onu öz yerindən çıxarır. (çünki, səxavət yə`ni, haqqından çox bağışlamaq).
Ədalət hər şeyi hifz edəndir. Səxavət yalnız, bəxşiş olunana fayda verir. Beləliklə, ədalət daha yaxşı və şərəflidir."2
PEYĞƏMBƏRLƏR VƏ ƏDALƏTƏ DƏ`VƏT
Bütün İlahi peyğəmbərlər öz risalətlərində bəşəriyyətin kamal və səadəti, əxlaq və ədalət sayəsində olmasını bəyan etmişlər. Qur`anda bu mövzuda olan ayələrin bə`zilərinə işarə edək.
“Ey iman gətirənlər Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərnizdən xəbərdardır."1
İslamda ədalət məsələsinə verilən əhəmiyyət kimi məsələ çox azdır. Çünki, ədalət məsələsinin tövhid kimi İslamın bütün kök və şaxələrində kökü vardır. E`tiqad, əməl, fərd, ictimai, əxlaqi və hüquqi məsələlərinin heç biri tövhiddən kənarda deyildir. Həmçinin, bu məsələlərin heç birisi ədalətdən kənarda qalmır. Beləliklə, heç də təəccüblü deyildir ki, ədalət İslam dininin əsas köklərindən və müsəlmanların fikri əsaslarından sayılır.
Ayədə bəyan olunan mühüm mövzulardan biri ədalətdən yayınmağın yollarından sayılan, kin-küdurətdir. Tayfalar arasında kin, düşmənçiliklər və şəxsi hesab-kitablar, ədalətin icra olunmasının qarşısını alır və başqalarının hüquqlarına təcavüzə səbəb olurlar. Çünki, ədalət, bunların hamısından üstündür. Təqva və pəhrizkarlığın ən mühüm rüknü sayılan ədalətə riayət edin.
DANIŞIQDA ƏDALƏT
Qur`an buyurur: “Yetimin malına xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatmayan işə vadar etmərik. Söz söylədiyniz zaman əleyhinə danışdığnız adam qohumunuz olsa belə, ədalətli olun Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd nəsiət qəbul edəsiniz! “
Allah-taala bu ayədə yetimlərin hamilərini, satıcıları və tərəzi çəkənləri ədalətə də`vət edir. Bundan əlavə, danışanda da ədaləti gözləməyi tövsiyə edir. Beləliklə, cəmiyyətə danışıqda, müamilədə və yetimləri saxlamaqda ədalətli olmaq tövsiyə olunur.
Yetimin malı barəsində, ona “yaxın düşməmək" xəbərdarlıq olunur. Bu ifadə Qur`anda bə`zi günahlar barəsində də işlənmişdir. Belə nəzərə çatır ki, bu ifadə vəsvəsə gətirən günahlar barəsində işlənmişdir. Məsələn, zina, fahişəlik və yetimlərin müdafiəsiz malları və sair kimi işlərdə, insanlara xəbərdarlıq olunur ki, onlara yaxın düşməyin. Bununla da, Şeytanın vəsvəsəsinin tə`sirinə düşməzsiniz.
HÖKUMƏTDƏ ƏDALƏT
Qur`an buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!”1
Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.
4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: “Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir."
Başqa yerdə Quran buyurur: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir."1
Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.
Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox tə`sirlidir.“2
Yenə də o, həzrətdən nəql olunur buyurur: “Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.”3
“Mən la yəhzuruhul fəqih" kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:
“Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək? Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş və`də verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair...”4
Bu üç rəvayətdə ədalətin dəyəri və əhəmiyyəti bəyan olunmuşdur.
Dostları ilə paylaş: |