Əhqaf və Loğman surələrindən zikr etməklə “insanın ata-anasına" yaxşılıq etmələrinə sifariş olduğunu aydınlaşdırdıq. Onların hər iksinin övladının boynunda haqqı vardır. Lakin hansının daha çox haqqı vardır: Qur`an ananın hamiləlik süd vemə dövründəki zəhmətlərini xüsusi qeyd edir.
Nütfənin bədəndə qərar tutması ilə uşaqın ilk vücudu əmələ gəlir. Ata-ana bərabər şəkildə bu işdə rol oynayırlar. Lakin, ana hamiləlik, uşaqı qidalandırmaq və uşaqın quruluşunda çox zəhməti vardır. Aleksis Karl yazır:
“Ata-ana uşaqın ilk rüşeyminin vücuda gəlməsində bərabər rol oynayırlar. Lakin, ana, bundan əlavə uşaqa lazım olan bütün qidanı özündən verir. Ananın vəzifəsi, uşaqın rüşeymində atadan mühümdür. Atanın uşaqın vücuda gəlməsində vəzifəsi azdır. Lakin, ana doqquz ay bu vəzifəni yerinə yetirir. Bu müddət ərzində rüşeym ananın qanının paklaşıb, ciftdən keçib ona çatmaqla qidalanır və inkişaf edir."1
ANANIN VƏZİYYƏTİNİN UŞAQIN RÜŞEYMİNƏ TƏSİRİ
Ananın bütün ruhi və cismi halətləri uşaqa tə`sir bağışlayır. Çünki, uşaq ananın rəhmində onun bir bədən üzvü hesab olur. Ananın maddi qida və yemək cəhətindən uşaqa tə`siri olduğu kimi fikir və əxlaq cəhətdən də uşaqın canında və cismində tə`sir qoyur. Əgər ana hamiləlik dövründə bərk qorxarsa , bu vaxt özündə rəngin qaçması, uşaqda isə bu işə görə böyük zərər görmək ehtimalı vardır. “E`caze Xurakiha" kitabında yazılır:
"Əgər ana, hamiləlik dövründə möhkəm qorxarsa, belə ki, rəngi qaçıb titrəyərsə, uşaqın bədənində “ay tutumu" adlanan ləkələr görünər."2
Ümumiyyətlə, ananın bütün qəm-qüssələri, əsəbləşməsi, təəccübü, pisliklər və kin-küdurəti, həsədləri, bəşərdə bütün bəyənilmiş və bəyənilməmiş sifətləri uşaqa tə`sir bağışlayır3.
QUR`AN NƏZƏRİNDƏ SÜD VERMƏ DÖVRÜ
Qur`an buyurur: “Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşaqın atasının üzərinə düşür. Heç kəs gücü çatmadığından artıq yüklənməz. Nə bir ana, nə bir ata uşaqına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata-ana öz aralarında məsləhətləşib, uşaqı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz yenə də sizə günah gəlməz. Allahdan qorxun, Allah həqiqətən sizin etdiklərinizi görəndir.1
“Validə"sözü lüğətdə, “ana"mə`nasındadır. Lakin “Ümm" daha geniş mə`nadadır. Ümm sözü anaya, nənəyə, və bə`zən hər bir şeyin əsas və əslinə deyilir. Əvvəlcədən bu barədə bəhs olunmuşdu. Qur`an, bu ayədə uşaqa süd vermək və ata-ananın müxtəlif hüquqlarına göstəriş verir. Onların hamısı yeddi göstərişdir.
Birinci: Uşaqa süd vermək haqqı anaya məxsusdur. Uşaqı bu müddətdə gözləyən odur. Doğrudur ki, uşaqın vilayəti atanın üzərindədir. Lakin, bu müddətdə uşaqın qidalanması anaya bağlı olub, ana ilə qırılmaz məhəbbət bağlılığı olduğuna görə uşaqdan ana himayətçilik edir. Beləliklə, süd vermək haqqı ananındır. Tam iki il uşaqına süd verir.
İkinci: Lazım deyil ki, ana uşaqına iki il tam süd versin. Bu göstəriş, tam iki il süd vermək istəyənlər üçündür. Lakin, ananın haqqı var ki, öz sağlamlığını nəzərə alaraq iki ildən az süd versin.
Üçüncü: Ananın bu dövrdəki xərci, yemək libas və sair cəhətdən hətta, boşanmış olsa da uşaqın atasının öhdəsindədir. Bununla da, ana uşaqına asudə süd versin.
Dördüncü: Ata-anadan heç birinin haqqı yoxdur ki, uşaqın həyatını özlərinin ixtilafı ilə zay etsinlər. Bununla da, uşaqa aradan getməz zərbə vurulmuş olsun. Kişilər ehtiyatlı olmalıdırlar ki, uşaqa süd vermək dövranında uşaqı anadan almasın və onun haqqını zay etməsin. Analar da öz vəzifələrini yerinə yetirib, bu fürsətdən pis istifadə etməsinlər.
Beşinci: Əgər bu dövranda ata ölərsə, süd verən ananın və uşaqın bütün xərcləri vərəsənin öhdəsindədir.
Altıncı: Uşaqı süddən kəsmək ixtiyarı ata-ananın ixtiyarına qoyulmuşdur. Keçmiş ayələrdə süd vermə müddəti tə`yin olunmasına baxmayaraq, ata-ana uşaqın cismi vəziyyətini və səlahını nəzərə almaqla südü kəsə bilərlər.
Yeddinci: Ananın süd verməsinin qarşısını heç kim ala bilməz. Yalnız, ana özü bunu istəsə və ona bu işdə bir mane qarşıya çıxsa, bu vaxt uşaqa süd verib saxlamaq üçün dayəyə verilir. Bununla da, anaya uşaqı saxlamaqda kömək olunur1.
Bura kimi Qur`andan mə`lum oldu ki, süd vermək ananın haqqıdır. Bu işi, Allah-taala bir vəzifə kimi onun üçün tə`yin etmişdir. İndi də görəyin ananın vücudunda bu süd necə vücuda gəlir?
Dostları ilə paylaş: |