Qur`an buyurur: “Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin (boğazından) rahat keçər.2
Bu ayədə buyurulur: Süd, ifrazat sistemi ilə qanın arasından çıxır. Fiziologiya elmi bu gün sübut etmişdir ki, qida maddəsi mə`dədə həzm olduqdan sonra geniş şəkildə mə`də və bağırsaqlara yayılır. Lazım olan ünsürlər onu cəzb edib qidalandırır. Bu halət, kökləri müxtəlif yerlərə dağılmış ağaca bənzəyir. Ana yemək yeyir, əsas vitamini qana keçir, qanın şaxə və budaqları rüşeymə bitişikdir. Uşaq nə qədər ki, ananın qarnındadır, bu yolla qidalanır. Uşaq dünyaya gələrkən göbəyinin bağırsağı qırılır. Bununla da qanla qidalanması qət olur. Uşaqın qida-həzm sistemi ananın sinəsinə tərəf yönəlir. Bu halda təzə dəyşiklik baş verir. Uşaqın istəyinə uyğun olan süd, ifrazat və qanın arasından çıxıb vücuda gəlir. Südün tərkibi qanla ifrazatın arasında qərar tutmuşdur. Nə tam təmizlənmiş qan, nə də həzm olunmuş qidadır. Qandan üstün, lakin, hazır həzm olunmuş qida məhsuluna da çatmır. Ananın sinəsi, porotoenli maddələri hazırlamaqdan ötrü bu işə tamamilə hazırdır. Südə lazım olan bə`zi maddələr qanda mövcuddur və onlar da döş qəfəsində vücuda gəlir.
Qazoin kimi maddələr və süddə olan bə`zi başqa maddələr qandan keçmədən vücuda gəlir. Bir sıra maddələr və müxtəlif vitaminlər, qidanın duzu, fosfot və qənd kimi maddələr qandan alınır. Bütün bunlar ananın sinəsində dəyşildikdən sonra südə çevrilir. Diqqət etdiyiniz kimi, südün əmələ gəlməsi müxtəlif qida maddələrinin qanla və sinədə olan vəzilərlə reaksiyasının nəticəsidir. Maraqlıdır ki, nə ifrazatın xüsusi iyi və nə də qanın rəngi südə keçmir. Alimlər deyirlər: Ananın sinəsində bir litr südün əmələ gəlməsindən ötrü ən azı sinədən beş yüz litir qan dövranı keçməlidir. Bununla da, südə lazım olan qidanı qandan alsın. Bir litr südün yaranmasından ötrü bağırsaqlardan çoxlu qida maddəsi keçməlidir. Bu haldadır ki, Qur`anın südün yaranması barəsində dediyi aydınlaşır.
Südün əsas tərkib maddələri bunlardan ibarətdir.: Sidiom, patasiom, kalsium, maqnezium, mis, dəmir, fosfor, xlor, yod, kükürd, qazlardan oksigen, azot, əsid, karbon və qənd maddələri süddə kifayət qədər mövcuddur. Süddə olan vitaminlərdən, B, P, A, D-ni qeyd etmək olar. Həmin səbəbdən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Su və yeməyin yerini tamamilə tuta biləcək bir şey varsa, o da ananın südüdür.”1
AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ
Süd, dadlı qida maddəsi olub uşaqlıqdaq qocalana qədər bütün insanlara faydası vardır. Ona görə də, xəstə şəxslərə süd içmək məsləhət görülür. Südün sümüklərin inkişafına fövqəl`adə tə`siri vardır. O səbəbdən sümük sınıqları hallarında süd içmək məsləhət görülür.
“Xalis" sözünün mə`nalarından biri də peyvənd və bağlılıqdır. Ola bilsin, həmin mə`naya görə Qur`anda xalis süd ifadəsi, südün sümüklərə olan fövqəladə tə`sirinə işarə olsun. Maraqlıdır ki, İslamda süd verməyin hikmətlərində bu mə`na aydın şəkildə gözə çatır. Çünki, bir tərəfdən görürük ki, fəqihlər yazır: “Əgər uşaq, hər hansı bir anadan süd əmib sümükləri möhkəmlənib ət bitirsə, onda uşaq o qadına məhrəm olar." Başqa tərəfdən alimlər yazır:
"Əgər uşaq, on beş gün hətta, bir gecə-gündüz süd əmərsə, məhrəmiyyət əmələ gələr."
Əgər bu iki sözü bir–biri ilə birləşdirsək, mə`nası bu olar ki, hətta, uşaqın bir gecə-gündüz də süd əmməsi, sümüklərin möhkəmlənməsi və ət bitməsinə səbəb olur.1
Onu da qeyd edək ki, İslami göstərişlərdə “ağuz"ərəbcə, “liba" südünə və onun fövqəl`adə tə`sirinə tə`kid olunmuşdur. Hətta, fiqh kitablarında oxuyuruq: Uşaqın həyatı o südə bağlıdır. Ona görə də ağuz südünü uşaqa vermək vacibdir.2
Həmçinin, həmin mövzuda Qur`anın Qəsəs surəsində yeddinci ayədə buyurur: “Musanın anasına ilham etdik ki, ona süd versin və əgər ona görə qorxsa onu dalğalara tapşırsın."
Ananın bir çox bəyənilmiş xüsusiyyətləri süd vasitəsi ilə uşaqa keçir.
Həzrət Əli (əleyhissalam) əlini Məhəmməd Hənəfiyyənin kürəyinə vurub buyurdu: "Qorxu damarı anandan sənə keçib."
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) süd əmən vaxtı qadınlar içindən yalnız, Həlimə Səidinin sinəsini qəbul edir və başqa qadınlardan süd əmmir. Bura kimi ananın süd verməsinin əhəmiyyəti və bununla da, uşaqın inkişafına tə`siri aydın oldu.
Dostları ilə paylaş: |