İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) VASİTƏSİ İLƏ PİS ADLARIN DƏYİŞMƏSİ
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) pis adları və pis yer adlarını yaxşıları ilə dəyişirdi. Hər kimin öz pis adından xoşu gəlmirdisə, ona xəcalətdən nicat verirdi. Bu barədə aşağıdakı misallara diqqət edək:
İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) pis adam və şəhər adlarını dəyişdirirdi.
Ömərin "Asiyə"(yə`ni, günahkar) adlı qızı var idi . İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Cəmilə" (yə`ni, gözəl) qoyur.
Ümmu Sələmənin qızı Zeynəbin adı əvvəlcə, "Bərrə" (yə`ni, yaxşı iş görən) idi. Bu addan özünü bəyənmək mə`nası hiss olunurdu. O qadın barəsində deyirdilər: Bu adla paklıq iddiası etmək istəyir. Əhalinin təhqir və töhmətinin qarşısını almaqdan ötrü İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Zeynəb" qoyur.
Əhməd ibni Heysəm İmam Rza (əleyhissalam) soruşur: Nəyə görə ərəblər öz övladlarına it, pələng və ona bənzər adlardan qoyurdular? Həzrət cavabında buyurur: "Ərəblər döyüş və müharibə adamları idilər. Bu adları onlara qoyurdular ki, elə ki , onları çağırırlar, düşmən qorxuya düşsün."1
PİS AD, TƏHQİR VƏ MƏZƏMMƏTƏ SƏBƏB OLUR
Ərəb qəbilələrinin başçılarından birinin adı "Cariyə" idi. "Əqrəbül–Məvarid" adlı lüğət kitabında "Cariyə" sözünün ərəbcə mə`nasında yazılır: "Cariyə", zəhərli ilan növlərindən birinin adıdır.
Qəbilə başçısı Cariyənin, güclü və yaxşı danışıq qabiliyyəti var idi. O və bir dəstə, Müaviyənin zalim hökumətindən narazı idilər. Müaviyə bu mövzunu hiss edirdi. Qərara alır ki, əhalinin gözü qarşısında onu təhqir edib, onun adını məsxərə ünvanı ilə çağırsın. Fürsət qarşıya çıxdı. Müaviyə Cariyə ilə üzbəüz gəlir. Müaviyə ona belə dedi: "Tayfan və qəbilənin yanında nə qədər alçaqsan ki, adını "ilan" qoyublar? Cariyə fikirləşmədən cavab verir: "Sən özün, tayfan və qəbilənin yanında o qədər alçaqsan ki, adını Müaviyə qoyublar. Yə`ni, dişi it". Müaviyə çox narahatlıqla ona deyir ki, "Sakit ol! Anasız! Cariyə cavab verir: Mənim anam var! Allaha and olsun! Sənin qəzəbini özündə yetişdirən qəlblər, bizim sinələrmizdədir. Müaviyə dedi: "Allah sənin kimilərini cəmiyyətdə çoxaltmasın."2
İkinci misal, Müaviyənini dövründə yaşayan böyük bir tayfanın başçısı, "Şərik ibni Ə`vər" adlı bir kişi barəsindədir. Bədheybət bir görkəmi var idi. Adı Şərik idi. Bu ad, insan üçün yaxşı deyil. Atasına, "Ə`vər" deyirdilər. Ə`vər, ərəbcə bir gözü eyibli olana deyirlər.
Müaviyənin qüdrətinin ən çox tüğyan edən günlərinin birində Şərik ibni Ə`vər onun məclisinə daxil olur. Müaviyə ona deyir: Sənin adın Şərikdir, Allahın isə şəriki yoxdur. Sən Ə`vərin oğlusan. Sağlam gözlü səndən yaxşıdır. Pis üzün var. Xoş üzlü, pis üzlüdən yaxşıdır. Nəyə görə qəbilən səni özünə başçı seçib? Şərik cavabında deyir: Allaha and olsun ki, sən Müaviyəsən. Müaviyə "av-av"edən itə deyilir. Sən "av–av" etdin. Adını Müaviyə qoydular. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən yaxşıdır. Sən Səxrin (daşı) oğlusan halbuki, düz yer, daşlıqdan yaxşıdır. Bütün bunlarla necə oldu ki, səni müsəlmanlara rəhbər seçiblər. Bu sözlər Müaviyəni məğlub edir və Şərikə and verir ki, onun məclisindən çıxsın."1
Əzaların naqis və surətin çirkin olması, insanda təhqirlik hissi əmələ gətirdiyi kimi pis ad və ləqəb də insana təhqirlik hissi verir. Ona görə də, İslam tövsiyə edir ki, övladlarınıza yaxşı ad qoyun. Bu ad onların şəxsiyyətinə çox tə`sir edir. Onların ruhlarını təhqirlik hissindən xilas edir.
Bura kimi qısa da olsa, valideynlərin vəzifələrindən olan yaxşı ad seçmək barəsində bəhs etdik. İndi də onların iş vəzifəsi barəsində bəhs edəcəyik. İmam Səccad (əleyhissalam) bu vəzifəyə işarə edərək buyurur:
"Ata övladını yaxşı ədəblə tərbiyə etmək və Allahı ona tanıtdırmaqda mə`suliyətlidir."
İndi də rəvayətlərdə övladın tərbiyə olunması barəsindəki göstərişlərə nəzər salaq.
ÖVLADIN TƏRBİYƏSİNDƏ MƏHƏBBƏTİN ROLU
Şübhəsiz ki, uşaq, cismi cəhətdən yeməyə ehtiyacı olduğu kimi ruhu cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə tə`min olunur. Lakin, ruhun qidası, ata-ananın lazımi tə`limləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad, həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət, övladın canı sayılır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara və`də versəniz, ona əməl edin. Çünki, övladların dərki budur ki, ataları onların ruzi verənidirlər."
Bu hədisdə iki ən mühüm tərbiyə mövzusuna işarə olunur: Birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşaqa verilən və`dələrə vəfadar olmaq. Bununla da, övlad uşaq vaxtından əhd pozan və və`də xilaflığına meyl etməsin. Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri uşaqı öpmək və nəvaziş etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Övladlarınızı öpün! Çünki, övladlarınızı öpməyin müqabilində, Allah-taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır."
Həmin mövzuda Əli (əleyhissalam) buyurur:
"Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir, kişinin qardaşını öpməsi dindir."1
Məhəbbəti izhar etmək, qeyri-valideyn üçün xüsusi vaxtı vardır. Elə ki, o vaxtdan keçdi öpmək qadağandır. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:
"Qız altı yaşına çatdıqda yad kişi onu öpməməlidir. Oğlan uşaqı yeddi yaşına çatdıqda yad qadın onu öpməməlidir."
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), İmam Həsənlə İmam Hüseyn (əleyhissalam) çox sevirdi və onları nəvaziş edib öpürdü. Günlərin birində Əqrə ibni Habisi, Həzrətin hüzurunda idi. Həzrət öz övladlarını öpür. O kişi deyir. Mənim on oğlum var, onların heç birisin öpməmişəm. Həzrət buyurdu: "Əgər Allah, məhəbbəti sənin qəlbindən götürübsə, onun mənə heç bir bağlılığı yoxdur! "
Bu söhbətdə göründüyü kimi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), o şəxsin övladlarını öpməməsini onun qəlbinin qəsavətində görür.
Dostları ilə paylaş: |