DİLİN BƏLALARI
Əxlaq elminin alimləri deyirlər: Aləmdə hər bir şeyin bəlası vardır və dil də bu qanundan müstəsna deyil. Onun da çoxlu bəla və zərərləri var. Bə᾿zi alimlər, dilə 20 ədəd bəla sayıblar. Onlara xülasə şəkildə işarə edirik:
1. Faydasız danışıq:
İnsanın xeyrinə olmayıb, ancaq vaxtını tələf etməsi dilin zərərlərindən biri sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
«İslamın gözəlliyindən biri də odur ki, müsəlman faydasız danışıqdan çəkinsin.»2
2. Həddən artıq danışmaq:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
«Xoş o kəslərin halına ki, həddən artıq danışmaqdan çəkinsin və malı çoxaldıqca aclara xərc etsin.»3
3. Batillə danışmaq:
Qadınların və şərabxorların məclisinə düşüb, fasiqlər, dövlətlilər və padşahlarla danışmaqda, belə işlər qabağa gəlir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Qiyamət günündə, xəta cəhətdən ən çox o şəxslərdir ki, batildə olublar! "
Qur`an, Cəhənnəmə düşənlərdən, ora düşməyin səbəblərini soruşulmasının cavabında, onların sözünə işarə edərək, cavab verirlər: Biz batilə düşmüş və onlarla oynamaqla məşğul idik.»1 Salmandan nəql olunur, buyurur:
«Qiyamət günü ən çox günahkarlar onlardır ki, dilləri ilə ən çox günah etmişlər.»2
4. Boş danışmaq və mübahisə:
Məzəmmət etmək və mübahisə, dilin başqa zərərlərindəndir. Şəriət sahibi, bu işləri qadağan etmişdir. Boş-boşuna mübahisə edənlər, məzəmmət olunmuşlar. Bu barədə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) sözlərinə işarə edirik:
«Din qardaşınla yersiz zarafatı və və᾿də xilafı tərk et.»3 Başqa yerdə buyurur:
«Bəndə o zaman kamala yetər ki, yersiz danışıq və mübahisəni tərk etsin. Hətta, haqq onunla olsa da.»4
Başqa bəyanda buyurur:
«Hər kəs haqq onunla olan halda, yersiz mübahisəni tərk etsə, Behiştin ən yüksək dərəcələrində ondan ötrü ev tikilər. Hər kəs yersiz mübahisəni batil olduğu halda tərk etsə, behiştin aşağı dərəcələrində ondan ötrü ev bina olar.»5
Yersiz mübahisədən məqsəd, başqasının sözünə yersiz e`
tiraz yaxud, başqasının cümləsini söz və ya mə᾿na cəhətdən istehza etməklə izhar edəsən. Yaxud, tərəf, özünün fəzilətini izhar etməklə, başqasını alçaltmaq niyyətində olsun. Ümumiyyətlə, başqasına minnət qoymaq, əməldə xalis olmamaq deməkdir.
5. Düşmənçilik:
Dilin zərərlərindən biri də, şəriətdə qadağan olunmuş düşmənçilikdir. Qeyd etdik ki, yersiz mübahisə, başqasının sözünə lağ etmək və ya müxatəbə təhqir niyyəti ilə baxmaqdan yaranır. Həmçinin, bə᾿ziləri bununla öz məzhəblərini sübuta yetirmək istəyirlər. Düşmənçilik, hər hansı bir haqqı və ya malı əldə etməkdən ötrü edilən inadkarlığa deyilir. Əbu Hüreyrə, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:
«Hər kəs elm və biliksiz mübahisəyə girişib düşmənçilik etsə, dünyadan gedənə qədər Allahın qəzəbində olar.»1
Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), hər bir müsəlmanı öz sözlərində ədəb-ərkanlı olmağa sifariş edib, töhmətli və təhqirli sözlərlə başqalarını təhqir etməkdən çəkindirir. Bəlkə də, müsəlman, ədəbli sözlərlə başqalarının qəlbində məhəbbət icad etməlidir!»
6. Danışıq həddindən kənara çıxmaq:
Danışıq həddindən kənara çıxmaq yə᾿ni, danışıqda qurama və mətanətli olmamaq.
Fatimeyi-Zəhra (səlləllahu əleyha), atası İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurur:
«Mənim ümmətimin ən kərahətliləri onlardır ki, İlahi ne᾿mətləri yeyir, müxtəlif təamlardan istifadə edir, rəngli libaslar geyir, amma söz danışanda özlərini zəhmətə salır və qurama sözlər danışırlar.»2
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu sözlərindən aydın olur ki, insan söz danışarkən özünü zəhmətə salmasın, əhalinin anlaya bilmədiyi sözlərlə çalışıb özünü fəsahətli və bəlağətli cilvələndirməsin.
Amma yüksək dərəcəli maarifi, gözəl və ürəyə yatan səpkidə əhaliyə bəyan etmək nəinki pislənmir, bəlkə də, dini nəzərdən ən bəyənilmiş işdir.
7. Söyüş və nalayiq danışmaq:
Söyüş və nalayiq sözlər danışmaq şəriətdə pislənilib və dilin zərərlərindən biri kimi tanıtdırılıb.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
«Özünüzü söyüş söyməkdən uzaqlaşdırın. Çünki, Allah söyüşü və söyüş söyməyə adət edən şəxsi sevməz.»1
Başqa rəvayətdə Həzrətdən nəql olunur:
«Hər kəs söyüş söymək xəstəliyinə tutulsa, Behişt ona haram olar və ora daxil olmaz.»2
Başqa bir rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Ayişəyə buyurur:
«Ey Ayişə! Əgər söyüş kişi olsaydı və ya kişi şəklində mücəssəm olsaydı, hökmən, bütün cəhətdən ən çirkin bir şəxslərdən sayılardı.»3
Söyüş söymək, ən çirkin və bəyənilməz sifətlərdəndir. Hər kəs bu bəlaya düçar olsa, müalicəsi barəsində fikirləşməlidir. Alimlər söyüşü belə tə᾿rif edirlər:
«Çirkin və xoşagəlməz işləri açıq və aydın cümlələrlə izhar etməyə söyüş deyilir.»
Hər kim söyüş söyürsə, ya qarşı tərəfi incitmək istəyir, (başqalarına əziyyət vermək haramdır) ya da fasiqlər və pis fitrətli şəxslərlə oturub-durmaqdan belə bir adətə vərdiş etmişdir. Bütün bunlar şəriətdə pislənmişdir.
Ərəblərdən biri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzurana gələrək əzr edir: Mənə nəsihət və sifariş buyurun!
Həzrət buyurur: Allahdan qorx! Əgər bir nəfər səni səndə olan bir səbəblə məzəmmət etsə, sən onu onda olan bir eyblə məzəmmət etmə! Nəticədə, əməlin pis ağırlığı onun, savab və mükafatı səninlə olacaq. Allahın yaratdığı heç bir şeyə söyüş vermə!»4
Bu sifarişdə nəzərə çarpan ən mühüm mətləbdən biri budur ki, insan başqasının eybini bilə-bilə, onun abrını qorumaqdan ötrü hər yerdə onun üzünə çəkməsin.
Ə`yan ibni Səmar söyləyir: İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdim: Ya Rəsulullah! Mənim qohumlarımdan biri, özü şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, mənə söyüş verir. Onun müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər və söyüş söyürlər bir-birinə kömək edən Şeytan kimidirlər.»1
8. Lə᾿nət:
Dilin bəlalarından biri də, lə᾿nət deməkdir. Hər kəs birisini lə᾿nətləsə, onu Allahın rəhmətindən uzaqlaşdırır.
Lə᾿nət bəhsi, Qur᾿ani-kərimdə bir çox ayələrdə bəyan olunmuşdur. Allah-taala bir çoxlarını Qur᾿anda lə᾿nətləmiş və onları Öz rəhmətindən mə᾿yus etmişdir. Onlardan biri də Şeytandır.
Allah-taala buyurur:
«Qiyamət gününə qədər Mənim lə᾿nətim sənin üstündən əskis olmasın!» 2
Həqiqətləri gizlədənlər də lə᾿nətlənmişlər.
«Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələr və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lə᾿nətinə düçar olar və bütün lə᾿nət edə bilənlər onlara lə᾿nət oxuyar!»3
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə xaçpərəstlərin mübahilə (and içmə mərasimində) yalançılar lə᾿nətləndirilmişdir.
«İsanın Allah bəndəsi və peyğəmbəri olması barədə sənə göndərilən bilikdən [mə᾿lumatdan] sonra buna [İsanın əhvalatına] dair səninlə mübahisə edənlər olsa, onlara de ki: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qızlarımzı, siz də qızlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra Allaha yalvarıb yalançılara Allahın lə᾿nət etməsini diləyək!»4
"Mübahilə" lüğətdə, azad etmək bir şeyin üstündən qeyd və şərti götürməkdir. Ona görə də, elə ki, heyvanı öz halına buraxıb, döşlərini kisədən azad etdikdə və öz balasına istədiyi vaxt süd verilməsinə imkanı olan heyvana, «bahil» deyirlər.
İbtihal, duada yalvarış və işi Allaha tapşırmaq mə᾿nasındadır. Əgər bə᾿zən onu, həlakət, lə᾿nət və Allahdan uzaqlaşmaq mə᾿nasında işlədilirsə, ona görədir ki, bəndəni öz halına buraxmağın nəticəsi budur.
Mə`na cəhətdən ayə, iki nəfərin bir-birinə nifrin etməsinə dəlalət edir. Belə ki, bir sıra şəxslər, mühüm məzhəbi məsələlər barəsində bir-biri ilə danışığa başlayırlar. İxtilaf zamanı Allahdan istəyirlər ki, yalançını rüsvay etsin. Bu ayeyi-şərif də həmin bəhsdə, Əhli-beytin (əleyhissəlam) ismət və təharətinə ən böyük dəlildir.
Kafirlər və yəhudilər Peyğəmbərin zühur etməsinin intizarında idilər. Elə ki, o həzrət zühur etdi, onu tanıyandan sonra inkar etdilər.
Qur᾿ani-kərim buyurur:
«Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir kitab [Qur᾿an] göndərildiyi zaman onu qəbul etmədilər. Tanıdıqları gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lə᾿nət eləsin!»1
Bə᾿zi vaxtlar İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və Əli ibni Əbi Talib (əleyhissəlam) da bə᾿zi şəxslərə lə᾿nət oxumuşlar. Onlardan iki nümunəyə işarə edirik:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbu Süfyanı yeddi yerdə lə᾿nətləmişdir.2
Həzrət Əlidən (əleyhissəlam) nəql olunur ki, buyurur:
«İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Yeddi dəstə var ki, Allah və Peyğəmbəri onları lə᾿nətləmişdir:
1. Allahın kitabını dəyişdirəni;
2. Allahın göstərişini inkar edəni;
3. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qoyduğu qanunu dəyişəni;
4. Allahın, mənim Əhli-beytimə haram bildiyinə, onlara halal bilənlər;
5. Qüdrətli olan zaman Allahın əziz tutduğu şəxsi zəlil edənlər;
6. Allahın zəlil etdiyini əziz tutanlar;
7. Allahın haram buyurduqlarını halal bilib, Allaha ibadət etməkdə təkəbbür edənlər.1
Dostları ilə paylaş: |