İSLAM DİNİ İXTİLAFLARIN KƏSLMƏSİNƏ DƏ`VƏT EDİR
İslam dinin məntiqi, insanları ilk növbədə bir-birinə qarşı məhəbbət və mərhəmətə də`vət etməsidir. Bundan da üstün, onları bir-birinə qarşı bağışlamaq və əvf hissi ilə baxmağa səsləyir. Tövsiyə edir ki, öz həyatınızda ixtilafların kök atmasına yol verməyin. Allah-taala, Qur`anda mühacir və ənsardan sonra gələn tabeiinlər barəsində buyurur:
“Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən! "1
Onlardan ötrü zikr olunan üç xüsusuiyyət bunlardır: Birinci: Özlərinin islahı və tövbə etməklə bağışlanmaq fikrindədirlər. İkinci: Özlərindən əvvəlki iman gətirənlərə qarşı böyük qardaş kimi baxıb, hər cəhətdən ehtiramlarını qoruyururlar. Üçüncü: Hər cür kinyə, həsəd və düşmənçiliyi qəlblərindən atmaq istəyirlər.
"Ğill” ərəbcədən lüğətdə, bir şeyin gizli nüfuzuna deyilir. Ona görə də ağacların altından axar suya da "ğiləl" deyilir. Həsəd və düşmənçilik gizli şəkildə insanın qəlbinə nüfuz etdiyindən ona "ğill" deyrilər. Bəs "ğill"təkcə həsəd yox, bəlkə də, insanın qəlbinə gizli nüfuz edən bütün çirkin sifətlərə deyilir. Ayədən göründüyü kimi əsl müsəlmanların fikri, bir-biriləri arasında dostluq və qardaşlıq yaratmaqdır.
Əvvəlki ayədə deyilənlər, onların dünyadakı işlərinə bağlı idi. Lakin, əbdi həyat olan axirətə görə onların barəsində "Ə`raf" surəsində buyurur:
"Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldığı yerin) altından çaylar axar. Onlan (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: Bizi bura gətirib çıxaran Allaha həmd olsun! “1
Bəşərin ömür boyu axtardığı şirin və sədətli yaşayışı, Allah Behiştdə onlara və`də vermişdir. Ayələrdən mə`lum olur ki, İslam dini ilk növbədə insanlərı kinsiz və düşmənçiliksiz yaşayışa də`vət edir. Belə olmayan halda, onların arasında ixtilaf yaranacaq. İslamda bundan əlavə, xüsusi "barışdırma və islah etmək" göstərişi vardır.
İXTİLAFLAR ARADAN GETMƏLİDİR
"Kafi" kitabında, "İnsanlar arasında islah" ünvanı ilə rəvayətlər vardır. Öz din qardaşları arasında islah işləri aparmaq müsəlmanların vəzifəsidir. Bundan əlavə, onların arasında ibadət ünvanı ilə də islah işləri aparmalıdırlar. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:
"Allahın ən çox sevdiyi və qəbul etdiyi sədəqə, müsəlmanlar arasında islah işi aparıb, mübahisəli vaxtı onları bir-birinə yaxınlaşdırmaqdır!"2
Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam) buyurur:
"Mənim üçün iki nəfərin arasında islah işi aparmaq, iki dirhəm sədəqə verməkdən üstündür."3
Əgər islah işi ilə müsəlmanlar arasında razılaşma olmasa, onların işi məhkəmə və qəzaya çəkiləcək. İslam dini, yaşayış mühitində ədaləti hərtərəfli bərpa etməkdən ötrü çoxlu məhkəmə göstərişləri tə`yin etmişdir. Bu yüksək dərəcəli ali və dəqiq hökmlərlə hər bir şəxs cəmiyyətdə öz hüquqi haqqına layiqincə çata bilər. Mühakimədə bir neçə şey şərt buyurulmuşdur. Əvvəla, məhkəməni aparan hakim, müsəlmanlar içində ən ədalətli şəxslərdən olub, ixtilafda olanların hər ikisinə eyni gözlə baxmalıdır.
İkinci, qazi öz qəzavətində yalnız, Allahın razılığını əsas götürməlidir. Bu bəhsimizdə, İslam dininin bir neçə qəzavət göstərişlərinə işarə edirik.
MƏHKƏMƏ QANUNLARI
Avropa ölkələrində məhkəmə barəsində atılan ən yüksək addımlar aşağıdakı üç mövzuda xülasə olunur:
1. Qazi, canilərin hansı təbəqədən olmasına baxmayaraq mühakimə etməkdə müstəqil və toxunulmazdır.
2. Qazi öz ehtiyaclarını ödəməkdən ötrü kifayət dərəcədə imkana malik olmalıdır. Bununlada, hər hansı bir sərvətli cinayətkar müqabilində, puluna gözü düşüb hökmündə xəyanət etməsin.
İngiltərə dövləti bu barədə ən böyük addım atmışdır. Qazilərdən ötrü maaş tə`yin olunmamışdır. Bəlkədə, qazinin ixtiyarında məbləği yazılmamış ağ dövlət çekləri qoyulmuşdur. Qazi istədiyi və ehtiyacı olan vaxt bu çeklərə məbləği yazır və pulunu istənilən dövlət bangından ala bilər.
3. Məhkəmədə hamı qazinin nəzərində bir olub, heç kimə üstünlük verilməli deyildir.
Bu üç qanun, bu gün avropa ölkələrində əməli olan ən böyük məhkəmə qanunlarındandır. Lakin, İslam dinin məhkəmə göstərişləri bunlardan daha kamil şəkildə müsəlmanların ixtiyarında qoyulmuşdur.
QAZİNİN QÜDRƏTİ
Müqəddəs İslam dinində qazilərə o qədər ixtiyar və qüüdrət verilmişdir ki, hətta, dövlət üzvləri arasında hakim və ya onun xüsusi müavinindən başqa heç kimə o qədər qüdrət verilməmişdir. Əmirəl-mö`minin Əli (əleyhissalam) Misirə göndərdiyi Malik Əştər adlı nümayəndəsinə fərman ünvanı ilə belə yazır:
"Şəhərin qazisini əhalinin ən bilikli, layiqli və pak şəxslərindən birini tə`yin et. Öz yanında qazinin rütbə və məqamını o qədər böyük qərar ver ki, dövlət üzvlərindən, dostlardan və həmkarlardan heç birisi bu məqamı qəlblərindən də keçirməsinlər. Ey Malik! Qaziyə qüdrət cəhətdən verilən bu məqam ona görədir ki, əl-qolu açıq olmaqla, vəzifəsindən asılı olmayaraq, azadcasına, qorxusuz-hürküsüz bütün cinayətkarları mühakimə edə bilsin və onların barəsində qanunu icra etsin! "1
Dostları ilə paylaş: |