Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QARDAŞLIQ VƏ DOSTLUQ MÜSƏLMANLARIN ŞÜARIDIR



Yüklə 21,47 Mb.
səhifə106/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   103   104   105   106   107   108   109   110   111

QARDAŞLIQ VƏ DOSTLUQ MÜSƏLMANLARIN ŞÜARIDIR


Keçən ayələrdən mə`lum olur ki, Qur`an bizləri yersiz ixtilaf və çəkişmələrdən çəkindirir və bu işin acı nəticələrini çatdırır. Bunların müqabilində Qur`an, müsəlmanları qardaşlıq və dostluğa də`vət edir, buyurur:

"qiqətən, mö`minlər (dində) qardaşdırlar. Buna rə də iki qardaşınızın arasını düzəldin və Alahdan qorxun ki, bəlkə, rəhm olunasınız."2


İCTİMAİ İXTİLAFLARDA GÜZƏŞTİN ROLU


Qeyd etdik ki, insan, ictimai mövcuddur və şübhəsiz ki, ictimaiyyətdə yaşayan şəxslər öz mənafe`lərini güdəcəkdir. Bu cəhətdən də cəmiyyətdə ictimai çəkişmələr baş verir. Bəs, biz necə rəftar etməliyik ki, cəmiyyətdə ixtilafdan məhfuz qalaq? İslam əxlaq məktəbində elə göstərişlər var ki, əgər bir dəfə onlara əməl olunarsa, insan bütün ixtilaflardan amanda qalar. "Üsul Kafi" kitabında iki mühüm fəsl var: "zəşt etmək" və "mkarlıq“.

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir buyrur:

"Üç şey var ki, əgər insanda olmasa, h bir əməl ondan qəbul olmaz: Əvvəl: Onu Allaha qarşı nah etməkdən çkindirən qorxu və təqva qüvvəsi. İkinci: İnsanlarla zəştlə rəftar etmək. Üçün: Helm və möhkəm nəfsə malik olsun ki, nadanların nadanlıqlarına zəştə gedə bilsin.“1

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:



"Həzrət Cəbrail, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və buyurur: Ey Peyğəmbər! Allah salam göndərir və buyurur: Mənim bəndələrimlə güzəştlə rəftar et! "2

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:



"Allah-taala, mənə insanlarla güzəştlə rəftar etməyə əmr etmişdir!"3

GÜZƏŞT VƏ ONUN TƏ`SİRLƏRİ


Keçən bəhsdə işarə etdik ki, Mərhum Kuleyni, "Üsul Kafi" kitabında iki mühüm fəsl, zəşt etmək""mkarlıq", adı altında rəvayətlər nəql etmişdir. Onu da qeyd edək ki, mə`na cəhətdən, "güzəşt" və "həmkarlıq" bir-birinə yaxındır. Çünki, "güzəşt”, insanın cəmiyyətdə mülayim rəftar edib bir çox namülayimliklərə dözməsidir. Bə`zən bu iki terminin arasında fərq qoyurlar. O da budur ki, “güzəşt”də, insanların əziyyətlərinə dözmək xüsusiyyəti var, amma bu halət “həmkarlıqda" yoxdur. Əllamə Məclisi özünün "Mira`tul uqul"kitabında yazır:

"Həmkarlıq", insanın bütün hallarda mülayim, ülfət, danışıq və əməlində zorakılığa yol verməməsidir."4

İmam Baqir (əleyhissalam) -dan nəql olunur, buyurur:

"Hər bir şeyin kilidi var, imanın da kilidi həmkarlıqdır "5

Bu hədisdə "iman”, hifzində çalışmalı olduğumuz "qəlbə" oxşadılmışdır. Bu qəlbin kilidi isə həmkarlıq və mülayim rəftar etməyə bənzədilib. Həmkarlıq, əslində insanın qəlbində imanını qoruyur və Şeytanın qəlbə girməsinin qarşısını alır. Əgər bu xüsusiyyat, insanda aradan getsə, hər cür çirkinlik və fəsad onun yerini tuta bilər.

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

"Əgər mkarlıq rünmək qabiliyyətinə malik olan bir məxluq olsaydı, məxluqatların arasında ondan üstünü olmazdı. "1

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

Allah-taala, zəşt edəndir. r kim bu r olsa, onu sevir və mülayimliyə verdiyi mükafatı r rəftara vermir! "2

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

mkarlıq və mülayimlik bəyənilmiş, qabalıq və zorakılıq isə bəyənilməmiş sifətdir."3

Bu mövzuda nəql olunan rəvayətlərdən İmam Səccad (əleyhissalam)-ın sözlərinin mə`nasını daha yaxşı anlayırıq. İmam (əleyhissalam) buyurur: Öz dindaş və millətinin pisləri ilə yaxşı və mülayimcəsinə rəftar edin. Onların yaxşı və salehlərindən təşəkkür edin. Öz köməkliyini onlardan əsirgəmə və onların hər birinə özünə görə məqam ver. Millətinin böyük və ağsaqqalları öz mehriban atan, kiçiklərini əziz övladın, orta yaşlılarını isə öz qardaşın kimi bil. Sənə vacib olan hüquqları onların barəsində tam yerinə yetir!

İmam Səccad (əleyhissalam) keçən bəhslərdə böyük, kiçik, və qardaş barəsində geniş şəkildə bəhs etmişdir. Bu qismətdə onların hüquqlarının sonunda buyurur: Onlardan hər biri sənin yanına gəlsə. Onu mərhəmət, açıq üzlü, mehriban, və təbəssümlə qarşıla. Qardaşınla necə rəftar edirsənsə, onlarlada o cür rəftar et!

Bununlada, İmam Səccad (əleyhissalam), müsəlmanın öz din qardaşlarının hüquqlarına necə riayət etmələrinə yol göstərir. Ümumilikdə demək olar ki, İmam Səccad (əleyhissalam) müsəlmanlara öz dindaşlarının və millətinin hüquqlarına riayət etməsinə çox tə`kid etmişdir. Allah-taaladan, bütün bu zikr olunan hüquqlara riayət etməkdə tofiq və fürsət istəyirik!


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin