Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə107/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   103   104   105   106   107   108   109   110   111

50. KİTAB ƏHLİNİN HAQQI



وَأمّا حَقُّ أَهْلِ الذِّمَّةِ فَالحُكْمُ فِيهِمْ أَنْ تَقبَلَ مِنْهُمْ مَا قَبِلَ اللهُ، وَتَفِي بمَا جَعَلَ اللهُ لَهُمْ مِنْ ذِمَّتِهِ وَعَهْدِهِ وَتكِلُهُمْ إلَيهِ فِيمَا طَلبُوا مِنْ أَنْفُسِهِمْ وَأُجْبرُِوا عَلَيْهِ وَتحْكُمَ فِيهِمْ بمَا حَكَمَ اللهُ بهِ عَلَى نفْسِكَ فِيمَا جَرَى بَيْنَكَ [وَبيْنَهمْ] مِنْ مُعَامَلَةٍ وَلْيَكُنْ بَينَكَ وَبيْنَ ظُلْمِهِمْ مِنْ رِعَايَةِ ذِمَّةِ اللَّهِ وَالْوَفَاءِ بعَهْدِهِ وَعَهْدِ رَسُولِ اللَّهِ – صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ – حَائِلٌ فَإنَّهُ بَلَغَنَا أنَّهُ قَالَ «مَنْ ظَلَمَ مُعَاهِدًا كُنْتُ خَصْمَهُ» فَاتَّقِ اللَّهَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

فَهذِهِ خَمْسُونَ حَقًّا مُحِيطًا بكَ لا تَخرُجْ مِنْهَا فِي حَالٍ مِن الأَحْوَالِ، يَجِبُ عَلَيْكَ رِعَايَتُهَا وَالْعَمَلُ فِي تَأْدِيَتِهَا وَالاسْتِعَانَةُ باللهِ جَلَّ ثَنَاؤُهُ عَلَى ذَلِكَ. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ وَالْحَمْدُ للهِ رَب العَالَمِينَ.

"Kitab əhlinin (İslam dinin pənahında olanların) sənin boynunda haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul et. Allahın onlardan ötrü tə`yin etdiyi əhdə və peymana vəfadar ol. Onları məcbur olduqları və istədiklərinə tərəf irşad et. Onlarla alverdə Allahın kmünə əməl et. İslam pənahında, Allahla və Peyğəmbəri ilə əhdlərinə vəfa etdiklərinə rə onlara zülm etmə. Çünki, bizə çatıb ki, Allah buyurur: "r kim əhd bağladığı tərəfə zülm etsə, onun tərəf müqabili və düşməni Mənəm!" Allahdan qorx. Allahdan başqa h bir güc-qüvvə yoxdur!“

"Zimmə" sözü lüğətdə, əhd və peyman mə`nasındadır. Qur`ni-Kərimdə gəlib:

Ne ola bilər ki, onlar sizə qalib lsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər." "Onlar bir mö`min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. "1

"Əqrəbül-Məvarid" kitabında yazır: Yəhudi və xaçpərəstlərdən o kəslərə "zimmi" (Kitab əhli) deyilir ki, müsəlmanlarla əhd-peyman bağlayıb, İslam dinin pənahında yaşasınlar. Bu kəlmə Qur`anda iki dəfə işlənmişdir.2

Nəhcül-Bəlağədə oxuyuruq: "Müsəlman ümmətinin içində yaşayan başqa millətlərdən, cizyə və xərac verən kitab əhlidir"

Kitab əhli, hər hansı bir səmavi kitabların tərəfdarı olan qeyri-müsəlmanlardır. Bunlara, "Əhli zimmə"də deyilir. Əgər müsəlmanların beytül-malına maliyyat və xərac versələr, İslam ölkəsində məskən salıb, İslam qanunlarının himayəsində qərar tutarlar.

İslam dövləti, onlardan maliyyat almaqla, onların canlarını və mallarını hifz edir. İslam qanunlarına görə əhli-zimmə öz aralarında olan e`tiqadi ixtilafları barəsində öz ruhanilərinə müraciət edə bilərlər. Əgər ixtilafları maliyyat və ya hüquqi məsələlərə aid olarsa, bu zaman İslami məhkəmələrə müraciət etməlidirlər. İslam qazisi onların barəsində İslam hüquq qanunlarına əsasən hökm etməlidir.


CİZYƏ NƏDİR?


"Cizyə" sözü, cəza sözündən olub, İslam hökumətinin pənahında yaşayan qeyri-müsəlmanlara aiddir. Bu advermə ona görədir ki, onlar İslam hökumətinin, onların mal və canlarını qorumağın müqabilində hökumətə verdiyi "cəza”dır (mükafatdır). Rağib İsfahani də öz lüğət kitabında həmin mə`naya işarə edir.

Bə`ziləri mö`təqiddirlər ki, bu sözün kökü qeyri-ərəbidir. Fars dilindəki, nizami qüvvələri möhkəmlətməkdən ötrü "kizyət” ünvanı ilə əhalidən alınan maliyyatın adından götürülüb. Lakin, çoxları mö`təqiddirlər ki, bu söz xalis ərəb sözü olub, İslam hökumətinin azlıqda olan məzhəblərinin əmin-amanlığını qorumaqdan ötrü onlardan aldığı maliyyata deyilir.1


İSLAMDAN ƏVVƏL CİZYƏ


Bə`ziləri mö`təqiddirlər ki, ilk dəfə cizyə alan şəxs, Sasani padışahlarından Ənuşirəvan olmuşdur. Bu mətləb doğru da olmasa, bir şey şübhəsizdir ki, Ənuşirəvan öz millətindən cizyə almışdır. İyirmi yaşından yuxarı və əlli yaşından aşağı, hökumət işçilərindən olmayan bütün şəxslər adam başı 12, 8, 6, 4 dirhəm fərqləri ilə hər il cizyə verməli idilər. Bu maliyyatın hikmətini, hər bir ölkənin öz müstəqilliyini və nizami qüdrətini möhkəmlətməkdən ötrü kömək etməsi kimi ünvanlayırdılar. Bu yolda bir dəstə əməli şəkildə öz cismi qüvvələri ilə bu işə kömək edir, başqa dəstə isə ticarət və başqa işlərlə məşğul olduqlarına görə ildə bir dəfə adambaşına maliyyat verməklə, öz malları ilə vəzifələrini yerinə yetirirdilər.

Cizyə verənlərin yaşlarının 20 və 50 arsında olması bu mətləbə aydın dəlildir ki, hər kim başqa işlərlə məşğul olduqları üçün ölkənin əmniyyətinə xatir silah gəzdirə bilməsə, onun yerinə "cizyə" verməlidir. İslam dinində müsəlmanlara cizyə vermək vacib deyildir. Çünki, İslam, cihadı hamıya vacib buyurmuşdur. Azlıqda olan məzhəblər bu cihaddan azad olduqlarına görə onlardan cizyə alınır. Həmçinin, onların uşaqları, qadınları, qocaları və korlarının da cihaddan azad olmaları bu məsələnin ikinci dəlilidir. Bütün bunlardan mə`lum olur ki, cizyə təkcə maliyyə köməyidir ki, müsəlmanların əhli kitabın malının, canının və əhl-əyalının əmniyyətini qorumaq məsuliyyəti müqabilində onlardan alınır. 1

Beləliklə, cizyənin müsəlmanlar tərəfindən əhli kitabı bir növ ram etməsi nəzəri, bu məsələnin hikmətini başa düşməyənlərin fikridir. Onlar bilmirlər ki, əgər kitab əhli müsəlman ölkəsində zimmə halına düşsə, müsəlman hökumətinin vəzifəsidir ki, onlara qarşı hər cür təcavüz və hüquqsuzluğunun qarşısını alıb, onların canlarını və mal-mövlətlərini qorusun. Bundan əlavə, bu halda olan kitab əhli müsəlman ölkəsində baş verən heç bir müharibədə və müdafiə məsələsində iştirak etməyi öhdəsinə almır və azaddırlar. Əslində, kitab əhli az miqdarda maliyyat ödəməklə müsəlman hökumətinin bütün üstünlüklərindən bəhrələnirlər. Qur`an ayəsində buyurur ki, kitab əhlindən cizyə alarkən onlar təvazökar halətində olmalıdırlar. Əslində, bu təvazökarlıqdan məqsəd, İslam və Qur`anın müqabilindəki təvazökarlıqdır. Başqa sözlə desək, azlıqda yaşayan bir dəstənin əksəriyyət və hakim olan bir dəstə ilə müsalimətamiz yaşamağına işarədir.2


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin