Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə14/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

NAMAZIN HAQQI



فَأَمَّا حَقُّ الصَّلاةِ فَأَنْ تَعْلَمَ أنّهَا وِفَادَةٌ إلَى اللهِ وَأَنَّكَ قَائِمٌ بهَا بَيْنَ يَدَيِ اللهِ، فَإذَا عَلِمْتَ ذَلِكَ كُنْتَ خَلِيقًا أَنْ تَقُومَ فِيهَا مَقَامَ الذَّلِيلِ الرَّاغِب الرَّاهِب الْخَائِفِ الرَّاجِي الْمِسْكِينِ الْمُتَضَرِّعِ الْمُعَظِّمِ مَنْ قَامَ بَيْنَ يَدَيْهِ بالسُّكُونِ وَالإطْرَاقِ وَخُشُوعِ الأَطْرَافِ وَلِينِ الْجَنَاحَ وَحُسْنِ الْمُنَاجَاةِ لَهُ فِي نَفْسِهِ وَالطَّلَب إلَيْهِ فِي فَكَاكِ رَقَبَتِكَ الَّتِي أَحَاطَتْ بهِ خَطِيئَتُكَ وَاسْتَهلَكَتْهَا ذُنُوبُكَ. وَلا قُوَّةَ إلا باللهِ.

Amma, sənin boynunda namazın haqqı budur ki, namazın Allah dərgahına daxil olma vəsiləsi olduğunu biləsən. Onu da biləsən ki, sən namazda olarkən, Allah dərgahında dayanmısan. Bəs bu mətləbə diqqət edib, Xaliqinin müqabilində qərar tutsan, yaxşı olar ki, Allah dərgahında zəlil, təvazökar, Ondan qorxan, ümidvar, miskin, Ona müştaq halətində olasan. Qarşısında durduğunu böyük sanasan. Aram, başı aşağı və bütün əzaların təvazökar halətdə olsun. Onun əzəmətini dərk et, ən zəl şəkildə dua və razi-niyazla istə ki, səni uçurum kənarına çəkmiş xətalar və nahların əzabından xilas etsin. Güc və qüvvə yalnız, Onun tərəfindəndir!”

İmam Səccad (əleyhissalam) namazın haqqının bəyanında əvvəlcə, namazın əhəmiyyət və əzəmətinə işarə edir. O da budur ki, namaz, yük tutmaq və Allah dərgahına getmək üçün bir vəsilədir. Nəhayət, maddə aləmindən hicrət etmək vasitəsidir.

Namaz, insanı özünə məşğul edən bütün şeyləri unutdurub, arxada qoyur. İnsan bu yolla, İlahi əzəmətə diqqət edib, zülmət və qaranlıq aləmdən nurani bir aləmə daxil olur. Belə bir səfər və hicrət, Həzrətin qeyd elədiyi xüsusiyyətlərlə olmalıdır. Bütün bunlara bəhsimizin ortasında işarə edəcəyik.


NAMAZ, ƏN BÖYÜK İBADƏTDİR!


Müqəddəs İslam dini, öz ibadət proqramlarında namazı bütün əməllərin başında qərar vermiş, xüsusi tövsiyə və sifarişlə onun xüsusi əhmiyyətini, tərəfdarlarına çatdırmışdır.

Müqəddəs İslam dini, oğlan yaxud, qız, həddi buluğa yetən zaman namazı beş vaxt onlara vacib edir. Belə ki, əgər hər hansı üzrə görə onu qıla bilməsələr, sonradan qəzasını yerinə yetirməlidirlər. Namazın vacib olma vaxtları gün uzunu fərq edir. Namaz əhlinin vəzifələrindən biri də namaz vaxtını bilməsidir.


QUR`ANDA NAMAZ VAXTLARI


Qur`an ayələrində, bə`zən işarə ilə bə`zən də aşkarcasına namazın vaxtları bəyan olunub. Onlardan “Hud"surəsində belə buyurur:

Namazı, gündüzün iki başında və gecənin əvvəllərində qıl! Həqiqətən, yaxşı əməllər pis işləri (və onların tə`sirlərini) yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihət və xatırlatmaqdır.”1

Ayədəki, “ndüzün iki başı”ndan məqsəd, gündüzün iki tərəfində olan, sübh və məğrib namazıdır. Ərəbcə "züləf" sözü "zülfə" sözünün cəm şəkli olub, gecənin başlanma və gündüzə yaxın vaxtına deyilir. Beləliklə, ayədə "işa namazı" nəzərdə tutulur. On iki mə`sum İmamlar (əleyhissalam)-dan bizə çatan rəvayətlərdə həmin üç namaza, “sübh”, “məğrib" və "işa" namazlarına işarə olunduğu bildirilir.

"İsra"surəsində buyurur:

Günortadan gecənin qaranlığınadək namaz qıl. (Günorta və əsr namazlarını günortanın əvvəlində, məğrib və işa namazını isə gecənin əvvəlində qıl. ) Sübh namazını da qıl. Çünki, sübh namazı gecə və gündüz mələklərinin müşahidəsindədir.”2

“Fəcr Qur`anı”, sübh namazına işarədir. Bu ayədə namazın beş vaxtına işarə olunub. "Bəqərə" surəsində oxuyuruq:

Namazlara, xüsusilə orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.”3

QUR`ANIN ƏN ÇOX ÜMİD VERİCİ AYƏSİ


Qeyd etdiyimiz "Hud" surəsinin 114-cü ayəsinin təfsirində "Məcməul-bəyan" təfsirinin müəllifi (Təbərsi), Əmirəl-mö`minin Əli (əleyhissalam)-dan maraqlı bir hədis nəql edir.

“Günlərin birində Həzrəti Əli (əleyhissalam) cəmiyyətə üzünü tutub soruşur: Bilirsiniz, Qur`anda ən ümidverici ayə hansıdır? Bə`ziləri dedilər: Budur: Şüb yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan nahlarını bağışlayar.”1 İmam buyurdu: Yaxşıdır. Amma, mən istədiyim ayə deyil. Bə`ziləri dedilər: Bu ayədir: r kəs pis rdükdən və ya zülm etdikdən sonra Allahdan bağışlanmasını dilərsə, Allahın bağışlayan və mərmətli olduğunu rər.”2 İmam yenə buyurur: Mən istədiyim ayə deyil. Bə`ziləri dedilər: Bu ayədir: De ki: Ey özlərinə zülm edən bəndələr! Allahın rəhmətindən ümidinizi üzməyin!”3 Həzrət buyurur: İstədiyim ayə deyil! Əhali soruşur: Bəs hansı ayədir? Həzrət buyurur: Ən ümidbəxş ayə, bu ayədir:

Namazı ndüzün iki başında və genin əvvəlində qıl«“4


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin