Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə22/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

HAKİMİN HAQQI



فأَمَّا حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أنّكَ جُعِلْتَ لَهُ فِتنَة وأنَّهُ مُبْتَلىً فِيكَ بمَا جَعَلَهُ اللهُ لَهُ عَلَيكَ مِنَ السُّلْطَانِ وَأَنْ تُخلِصَ لَهُ فِي النَّصِيحَةِ وَأَنْ لا تُمَاحِكَهُ وَقَدْ بُسطْتَ يَدُهُ عَلَيْكَ فَتَكُونَ سَبَبَ هَلاكِ نفْسكَ وَهلاكِهِ. وتَذَلَّلْ وتَلَطَّفْ لإِعْطَائِهِ مِنَ الرِّضَا مَا يَكُفُّهُ عَنْكَ وَلا يَضُرُّ بدينِكَ وتَسْتَعِينُ عَلَيْهِ فِي ذلِكَ باللهِ. ولا تُعَازَّهُ ولا تُعَانِدَهُ فَإنَّكَ إنْ فَعَلْتَ ذلِكَ عَقَقْتَهُ وَعَقَقْتَ نَفْسَكَ فَعَرَضْتَهَا لِمَكرُوهِهِ وَعَرَضْتَهُ لِلْهَلَكَةِ فِيكَ وَكُنْتَ خَلِيقًا أَنْ تَكُونَ مُعِينًا لَهُ عَلَى نفْسِكَ وَشَرِيكًا لَهُ فِيمَا أَتى إلَيْكَ. وَلا قُوَّةَ إلا باللهِ.

Amma, hakim dairələrin sənin boynundakı haqqı budur ki, sənin ondan ötrü imtahan amili olmaqını və onun da sənin üzərindəki səltənətinə rə imtahan olunduğunu bilməlisən! Xalissinə onun nəsitinə qulaq as və onunla ixtilaf və mübahisəyə qalxma. Halbuki, o sənə hakimdir, özünün və onun lakətinə səbəb olarsan. Onun yanında özünü təvazökarlıqla apar. Belə ki, onun razılığını ələ tir bəlkə, sənin dininə zərəri dəyməsin. Bu barədə Allahdan kömək istə! Onunla şövkət və izzətçilikdə müamilə et, düşmənçilik və inadkarlıq etmə! Çünki, əgər belə etsən, m özünə, m də ona qarşı naşükürlük etmisən. Özünü onun meylsizlik zurunda qərar verib, onu da özünün lakətində qərar vermiş olarsan. Sən onun işlərində ona kömək etməyə layiqsən. Səninlə nə rsə, öz zərərinə də olsa ona şərik ol!

Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”

Hüquq kitabının bu qismində, İmam Səccad (əleyhissalam) cəmiyyətdə hakim dairələrin hüquqlarını bəyan edir. Əvvəlcə, cəmiyyətin hakim və sultanının haqqını buyurur. Hakim və sultandan məqsəd, qüdrət sahibidir. Yə`ni, o kəs ki, cəmiyyətin işləri onun əlindədir.

Bütün insanlar qəbul edirlər ki, ictimai qanunlar əsasında və əmniyyətdə yaşamaqdan ötrü hər bir cəmiyyətdə sultan və hakimə ehtiyac vardır. Hakim dairələr, cəmiyyətdə hərc-mərcliyin qarşısını almaqla insanların asudə yaşayıb təkamül yolunu keçmələrinə kömək etməlidirlər.

HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ


Həzrəti Əli (əleyhissalam) bu mövzuda buyurur:

İnsanlardan ötrü bir nəfər hakim zəruridir. İstər yaxşı olsun, istər pis. Mö`min onun hökumətində ibadətlə məşğuldur. Kafir öz bəhrəsini alır. (Hamı hakimin olması ilə hərc-mərc və iztirabdan amandadırlar.) Allah, onun zamanında hər kəsi öz əcəlinə çatdırar. Onun vasitəsi ilə maliyyat cəm olar. Düşmənlə döyüşər, oğruların yollarının qabağı alınar. Zəifin və gücsüzün haqqı zalimdən alınar. Bununla da yaxşı insanlar pislərin şərrindən amanda yaşayarlar!”1

Həzrəti Əli (əleyhissalam) bu sözləri o vaxt buyurur ki, Xəvaric “həkəmeyn" əhvalatında e`tiraz edib deyirlər ki, hökumət səndən yox, Allahdandır!"

Bu bəyanda Həzrəti Əli (əleyhissalam) hakimin cəmiyyətdə vücudunun zəruriliyini və onun roluna işarə edir. O yaşayış mühiti möhkəmdir ki, güclü hökuməti olmuş olsun. Bununlada, onun sayəsində hamı, əmin-amanlıqda öz hədəflərinə tərəf hərəkət etsinlər. Bu bəyanda Həzrət, ümumiyyətlə, mütləq hökumətdən və onun əsl vücudundan söz açmışdır.


İMAM RZA (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ


Fəzl ibni Şazan, İmam Rza (əleyhissalam)-ın dilindən cəmiyyətdə hakimin zəruriliyi barəsində müfəssəl rəvayət nəql edir, sonra buyurur:

Onun səbəblərindən bə`ziləri odur ki, bizim h bir dəstəyə və h bir millətə sorağımız yoxdur ki, rəhbər və hakimsiz davam tirsinlər. Çünki, hamı dünya və axirət işlərində hakimə möhtacdırlar. (Rəhbərin vücudu onlardan ötrü zərurdir.) Beləliklə, kimin hikmətində icazə verilmir ki, əhali özbaşına buraxılsın, halbuki, insanların hakimə ehtiyacı var və yat sürmələrində ondan asılıdırlar. Hakimin vasitəsilə düşmənlərlə döyüşüb, qənimətləri bölürlər. Öz mə namazlarını bərpa edir və sitəmkarlardan məzlumların haqqını tələb edirlər."2

İmam Rza (əleyhissalam)-ın bu cümlələrindən hakimin vücudunun cəmiyyətdə zəruriliyi aydınlaşır.

ADİL HAKİMLƏR VƏ ONLARA MƏXSUS XÜSUSİYYƏTLƏR


Qur`ani-Kərimdə, Allah-taala iki dəstənin hakim və rəhbər olmasını bəyan edir: Birinci: Adil və ədalətli Hakimlər (rəhbərlər) İkinci: Zalim və sitəmkar hakimlər.

Bu dəstələrin hər birisinin özünə məxsus sifət və xüsusiyyətləri vardır. Qısa şəkildə olsa da, onlara işarə edək. Qur`an buyurur:

Biz onları əmrimizlə (insanları) doğru yola gətirən İmamlar (rəhbərlər) etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və oruc tutmağı vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.”1

Qeyd olunan ayədə, Allah-taala hakim tə`yin etməyi Özünə nisbət verdikdən sonra onların xüsusiyyətlərini sayır.



Birinci: Cəmiyyəti doğru yola yönəldən və hidayət edəndir.

İkinci: Onlara vəhy olunur. Xeyir işlər, o cümlədən xalqla Xaliqin rabitəsi sayılan namazı (camaat namazını) bərpa edirlər, fəqirlə sərvətlinin rabitəsi sayılan zəkatı verirlər. Nəhayət, onlar cəmiyyətdə rəhbərlik məqamına layiq görülməsindən ötrü abidlik və Allaha itaət etməklik xüsusiyyətlərini xüsusilə vurğulayırlar.

QƏLƏBƏ, RƏHBƏRLİKDƏDİR!


Allah-taala, Qur`ani-Kərimdə adil rəhbər və hakimdən ötrü qüvvə və qüdrəti şərt sayır. Bu barədə misallar gətirilir. Onlardan biri “Talut”un əhvalatıdır. Talut, uca boylu, bədənli və xoşəndam bir kişi idi. Möhkəm və qüvvətli səbri vardı. Ruhi cəhətdən də çox güclü, alim və tədbirli bir şəxs idi. Bə`ziləri ona “Talut" adının verilməsini, onun uzun boyuna görə olduğunu bəyan edirlər. Qur`an buyurur:

Ya Məhəmməd! Musadan sonra bir dəstə tanınmış İsrail övladının başına lənləri rmədinmi? Onlar öz Peyğəmbərinə: Bizə bir kmdar ndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq.- dedilər.”2

Başqa yerdə yenə buyurur:

(İsrail övladının peyğəmbəri) onlara dedi: Allah Talutu sizə padşah ndərdi. Onlar isə: Biz kmdarlığa layiq ikən və ona var-dövlət verilmədiyi halda, o ne bizə padşah (hakim) ola bilər? - deyə cavab verdilər. Peyğəmbər onlara dedi: Allah sizdən ötrü onu bəyənib seçmiş, elm və bədən (qüvvəcə) ona üstünlük vermişdir. Allah, Öz mülkünü (səltənətini) istədiyinə verər. Allahın (lütfü və kərəmi) genişdir. Allah (r şeyi) biləndir.”1

Qeyd etdik ki, hakimiyyətin qüdrət və yaxşı tədbirinin olması onun qələbə amilidir. Ayədə, aydın şəkildə İsrail övladlarının istəyi müqabilində, qüdrətli və elmi cəhətdən bilikli hakim seçilir. Talutun fəqirliyinə e`tiraz edən bir dəstənin müqabilində Allah-taala buyurur: Mal-dövlətin azlığı rəhbərliyin dəyərini azaltmır. Mühüm, qüdrət və elm və cismi qüvvədir.

TALUT VƏ QOŞUN BAŞÇILIĞI


Talut ordunun başçılığını öhdəsinə alır və qısa müddət ərzində məmləkəti və ordunu idarə etmək ləyaqətini göstərir. Sonra onları çox xətərli olan düşmənlərə qarşı mübarizəyə də`vət edir. Tə`kid edir ki, mənimlə yalnız, cihad niyyətində olanlar hərəkət etsinlər. Nəhayət, İsrail övladları qüdrətli hakimləri vasitəsilə Calutun qoşununa qalib gəlirlər.

Bu əhvalatda, rəhbər və hakimiyyətin əsas şəraitini, Allahın istəyi, elm, qüdrət və gücdə bildirilir. Hakim özünün elm və biliyi sayəsində cəmiyyətin səadət yolunu müəyyən edib, əsaslarını hazırlamalıdır. Öz qüdrət və gücü ilə bu yolda çəkdiyi planları vaxtında yerinə yetirməlidir.

İmam Zeynalabidin (əleyhissalam) da hakimlərin haqqı barəsində həmin əsaslara işarə edərək buyurur:

Hakim, Allahın onun sənin üzərindəki hakimiyyəti ilə imtahan olunur." Onun səltənət və qüdrətini Allah verir. Onun qüdrətinə işarə edir, buyurur: Onun sənə geniş şəkildə qüdrəti var və sənin onun qüdrətinə diqqət etməməyin, sənin lakətinə səbəb olar!"

Başqa mətləb budur ki, İmam Səccad (əleyhissalam) buyurur: Hakim və rəiyyət r ikisi imtahandadır."

Talutun əhvalatında da imtahan mövzusuna işarə olunur. Qur`an buyurur: Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsrlərinə) dedi: Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir! Lakin, onların az bir qismi müstəsna olmaqla, hamısı o sudan içdi1


QÜDRƏTDƏN İSTİFADƏ ZÖVQÜ, ZÜLQƏRNEYNİN ƏHVALATI


Qur`ani-Kərim bu mövzuda başqa bir misala işarə edir. Cəmiyyətin hakimi qüdrətli və bacarıqlı olub, öz qüdrətini insanların nicatı yolunda istifadə etməlidir. Bu, Zülqərneynin əhvalatıdır. Qur`an buyurur: Nəhayət, iki dağ arasına lib çatdıqda, onların ön tərəfində az qala söz anlamayan bir tayfa rdü.”2

İşarə olunur ki, Zülqərneyn dağlıq bir yerə çatır. Orada, şərq və qərbdəkindən başqa bir cəmiyyət görür və onların mədəni cəhətdən aşağı səviyyədə olduğunu müşahidə edir. Çünki, ayədə qeyd edir ki, onlar dil anlamırdılar. Bəşərin ən aydın təkamül və ya mədəniyyəti sayılan, danışıqdan bəhrələnə bilmirdilər. Yaxud, fikr və zehni cəhətdən çox geridə qalmışdılar.

Bu tayfa, “Yə`cuc və Mə`cuc"adlı qaniçən tayfadan İskəndərə şikayət edirlər. Onlar bu qaniçən tayfanın fitnə-fəsadından xəbər verir və İskəndərdən istəyirlər ki, hər nə istəyirsənsə, sənin ixtiyarında qoyuruq, tainki, bizimlə onların arasında sədd çək! Qur`an bu mövzuda buyurur:

Onlar (tərcüməçi vasitəsilə) dedilər: Ey Zülqərneyn! Yə`cuc və Mə`cuc tayfaları bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) vermək olarmı?



Zülqərneyn dedi: Rəbbimin mənə verdiyi (qüdrət və bəsirət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

Mənə dəmir parçaları gətirin! (Onlar gətirdilər.) Zülqərneyn iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: Köpükləri üfürün! - dedi. (Onlar köpükləri üfürdülər.) Zülqərneyn dəmiri od halına salınca: Mənə ərimiş mis gətirin, onun üstünə töküm! - dedi.”1

Burada, Zülqərneyn mühüm bir işi yerinə yetirir. Başqa hakim olsaydı, əhalinin boynuna minnət qoyardı. Amma, Allah adamı olduğuna görə böyük ədəblə izhar edir ki, bu mənim Pərvərdigarımın lütfündəndir.

Bu əhvalatda qüdrətli rəhbər öz imkanından cəmiyyətin mənafeyi üçün istifadə edir. Onun müqabilində əhali də ondan təşəkkür edirlər. Budur, qüdrətli və adil hakimin xüsusiyyəti! Necə ki, Həzrəti Əli (əleyhissalam) da öz bəyanında bu xüsusiyyəti, cəmiyyətin nicatı sanır, buyurur:

Saleh insanların nicatı adil və saleh hakimlərin əlindədir. mçinin, r bir millətin lakəti və məhv olması, onun zalim və sitəmkar hakimlərin yetirmələrindəndir.”2


ADİL RƏHBƏRLƏRİN TANINMASI VƏ ONLARDAN İTAƏT!


İmam Sadiq (əleyhissalam) buyurur:

İmam seyn (əleyhissalam) öz əshabının yanına lərək buyurur:



Ey insanlar! Allah-taala, bəndələrini Onu tanımaqdan ötrü yaratmışdır. Elə ki, Onu tanıdılar, Ona pərəstiş edərlər və Ondan qeyrisindən biniyaz olarlar.

Bir nəfər soruşdu: Atam-anam sənə qurban! Allahı tanımaq nədir? Buyurdu: Hər bir əsrin insanlarının, itaəti ondan vacib olan rəhbəri (İmamı) tanımaq!”3

Bu bəyanda Həzrət, Allahı tanımaq yolunu, adil rəhbəri tanımaqda görür.


MİSİRLİLƏRİN ADİL VƏ ALİM HAKİMİN ƏLİ İLƏ NİCATI


Qur`ani-Kərimdə oxuyrurq: Yusif zindandan çıxarkən, Misir padşahının yanında ləyaqətli olduğu aşkar olur. Padşah ona ən yüksək vəzifədə məsuliyyət almağı təklif edir. Yusif ona belə təklif edir:

Misir ölkəsinin xəzinəsini mənim ixtiyarımda qoy! Çünki, mənim iki xüsusiyyətim var, o da bu vəzifəni qəbul etməyi tələb edir: Birinci: Əhalinin malının qoruyucusuyam. Rəhbərliyin şəraitindən biri də əmanətdarlıqdır. O da məndə var. İkinci: İqtisad elmində geniş biliyə malikəm. Onun vasitəsilə ölkənin gəlirini və xərcini necə hesablamağı yaxşı bilirəm!”

Misir padşahı bu həssas vəzifəni ona tapşırır. Yusuf uzun qıtlıq illərində ölkəni elə idarə edir ki, bu cəmiyyətin həlakətdən nicatına səbəb olur.

ƏDALƏTLİ HAKİM EHTİRAMA LAYİQDİR


İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-dən və mə`sum İmamlar (əleyhimussalam)-dan adil hakimə ehtiram olunması barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik:

Birinci: İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

Hakim dairələrinizə ehtiram və ikram edin. Çünki, onlar yer üzündə Allahın sayəsi və sizin izzət və qüdrətinizə səbəbdir. Əlbəttə, Əgər onlar ədalətlə rəftar etsələr rmətə layiqdirlər!" (Adil hakimin ehtiramı lazımdır. Zalim və sitəmkar hakimə ehtiram yoxdur.)1



İkinci: Ömər nəql edir: “İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Mənə elə bir hakimdən xəbər ver ki, onun müqabilində boyunlar əyilsin və bədənlər təvazökar olsunlar!

Buyurdu: Hakim yer üzündə Allahın kölsi olmalıdır. Əgər yaxşı rsə, mükafat və savabı var. Sizə də ona təşəkkür etmək vacibdir. Əgər pis rsə, ağırlığı özünün öhdəsindədır. Fitnələrinə səbr edib dözümlü olun!”1

Bu hədisdə İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) ehtiram və təşəkkürü, adil hakimin müqabilində qərar verir.

Üçün: İmam Kazim (əleyhissalam)-dan nəql olunur, öz şiələrinə buyurur:

"Hakimin fərman və stərişlərindən qaçmaqla, özünüzə zillət və xarlığı rəva bilməyin. Çünki, əgər hakim adildirsə, Allahdan hakimiyyətdə uzun müddət qalmasını istəyin. Əgər zalimdirsə, Allahdan islah olunmasını istəyin. Ədalətli hakim, mehriban ata yerindədir. Özünüzə nə istəyirsinizsə ona da istəyin. Özünüzə bəyənmədiyinizi ona da bəyənməyin!”2

İmam Kazim (əleyhissalam) bu hədisdə, ədalətli hakimi mehriban ata kimi tanıtdırır. Layiqli ata cəmiyyətə layiqli övladlar verdiyi kimi, ədalətli hakim də cəmiyyəti kamal və ləyaqətli işlərə tərəf aparacaqdır!



Dördün: İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

Allah-taala, yləri üç şeylə bəzəmişdir: nəş, ay və ulduzlar. Yeri də üç şeylə bəzəmişdir: Alimlər, yağış və ədalətli hakim.”3

Bu hədisdə də bəşər cəmiyyətinin abad və islah olunması, ədalətli hakimin girovunda olduğu bəyan olunur.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin