Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə24/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

ƏHDƏ VƏFA!


Hakimin seçilmiş sifətlərindən biri də, və`də və əhd-peymanlarına vəfadar olmasıdır. Allah-taala bu barədə buyurur:

Əhdə vəfa edin. Çünki, (insan) əhd barəsində Qiyamət günü cavabdehdir.”4


ÖLKƏNİN VƏ ƏHALİNİN GÜNDƏLİK İŞLƏRİNDƏN XƏBƏRDAR OLMAQ


Adil hakimin xüsusiyyətlərindən biri də ölkənin işlərinə agah olub, cəmiyyətdə baş verənləri bilməkdir. O cümlədən, əhalinin giriftarçılığını, çatışmamazlıqlarını və onların aradan qaldırılması yollarını bilmək lazımdır. Həzrəti Əli (əleyhissalam) bu mövzuda Malik Əştərə buyurur:

Ey Malik! Rəiyyətlə özün arasında uzun pərdə çəkmə. Əhalinin işləri səndən gizlində qalmasın. Çünki, hakimlərin rəiyyətdən xəbərsizliyi və onların işlərinə göz yummaları, hakimin gündəlik işlərindəki nöqsanıdır. Əgər əhalinin işləri hakimə gizlin qalsa və bir-birlərindən xəbərdar olmasalar, sözsüz ki, hakim, bilməyi lazım olan işlərdən məhrum qalacaqdır. Bu da səbəb olar ki, kiçik mövzular hakimin nəzərində böyük, böyük məsələlər isə ona kiçik görünsün. Yaxşı əməl sahibinin işi qəbih, qəbih iş görən isə yaxşı şəxs kimi tanınar. Həmçinin, haqqla batil qatışıb biri digərinə oxşayar.”

Həzrət bu sözləri ilə hakimin əhali ilə sıx rabitədə olmaqına işarə edir. Hakim, cəmiyyətin bütün işlərinə alim və ölkədə baş verən hadisələrə tanış olmalıdır. Bu da hakim dairənin müvəffəqiyyətlərindən sayılır.

Bura kimi ayə və rəvayətlərdə ədalətli hakimin xüsusiyyətlərindən bəhs etmişik. İndi də cəmiyyətdə zalim və sitəmkar hakimin roluna nəzər salaq.


TÜĞYANGƏR VƏ ZALİM HAKİMLƏR


Qeyd etdik ki, Allah-taala Qur`ani-Kərimdə iki növ hakimə işarə edir: Adil hakimlər və nurlu rəhbərlər; Zalim hakimlər. Tüğyangər hakimləri, Qur`an belə bəyan edir:

Biz onları (dünyada insanları) Cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət nü onlara (Allahın əzabından qurtarmaq üçün) h bir kömək edilməyəcəkdir!”1

Burada qarşıya çıxan sual budur ki, peyğəmbərlərin də`vətləri insanları xeyir və səadətə də`vət etmələri olan halda, Allah-taala batil rəhbərləri necə qərar verir? Sualın cavabında demək lazımdır ki: Zalim rəhbər olmaları əslində, onların öz əməllərinin nəticəsidir. Bilirik ki, hər bir səbəbin tə`siri Allahın izni ilədir. Onlar elə bir yol qarşıya alıblar ki, azğın rəhbərliklə nəticələnir. Bunun da dəlili odur ki, onlar cəhənnəmliklərin başçısıdır. Dünyada yollarını azmışların başçıları olduqları kimi Cəhənnəmdə də cəhənnəmliklərin başçısı olacaqlar. Ona görə də dünya və axirətdə Allahın lə`nətində qərar tutublar. Həmin ayənin ardınca Allah-taala buyurur:

Bu dünyada onlara lə`nət damğası vurduq. (Hamı onlara lə`nət oxuyar.) Qiyamət günü isə onlar çirkin, iyrənc (və Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.”1

Allahın lə`nəti, yə`ni, Onun rəhmətindən uzaq olmaq. Mələklərin və mö`minlərin lə`nəti isə onlara nifrinlə birlikdədir.

İlahi rəhbərlər düzgün yola də`vət edirlər. Lakin, zalim hakimlər cəhənnəm atəşinə və yolsuzluğa də`vət edirlər.

Yenə də bu iki dəstənin xüsusiyyətlərindən, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib: Həzrət buyurur:

Adil hakimlər, Allahın əmrini xalqın və özlərinin əmrlərinə üstün və müqəddəm bilirlər. Onun kmünü ən üstün km bilirlər. Halbuki, zalim hakimlər öz kmlərini Allahın kmünə üstün bilib, özlərinin əmrlərini Onun əmrindən əvvəl sayırlar.”2

Dünyada hər bir rəhbər, bir cəmiyyəti öz arxasınca apardığı kimi, bu kiçik dünyanın böyük təcəssümü sayılan axirətdə də belə olacaqdır. Buşr ibni Ğalib, İmam Sadiq (əleyhissalam)-dan belə nəql edir:  Həzrətdən O n bütün insanları öz rəhbərləri ilə çağıracağıq."- ayəsinin şərhini soruşdum. Həzrət buyurdu:

Bir hakim düzgün yola də`vət edir, bir dəstə də ona cavab verirlər. Başqa bir rəhbər zəlalətə çağırır, bir dəstə də ona cavab verib çağırışına gedirlər. Birincilər behiştdə, ikincilər isə cəhənnəmdədirlər. Budur Allahın dediyi sözlərin mə`nası: Bir dəstə cənnətdə və bir dəstə cəhənnəmdədir!”1

İmam Sadiq (əleyhissalam) buyurur:

qiqətən, zalim və sitəmkar hakimin himayəsində, haqq köhnələr, batil təzələnər. Zülm, fəsad və təcavüz aşkar olub r yeri tutar.”2

İslam Peyğəmbəri(səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

r bir şeydən ötrü bəla vardır. İslam dinin də bəlası, fasid və tüğyanr hakimlərin hakimiyyətidir!”3

İmam Baqir (əleyhissalam) buyurur:

Üç nəfər var ki, miyyətdə və insanlar arasında ehtiramı yoxdur:

Birinci: O kəs ki, bid`ət qoymaq niyyətində olar.

İkinci: Zalim hakim.

Üçüncü: Öz fasiqliyini aşkar edən fasiq.”

Yuxarıdakı bəyanlardan, tüğyangər hakimin, haqqı aradan aparıb, batil və fəsadı canlandırmaqdakı rolu mə`lum olur.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin