Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ƏLİ (ƏLEYHİSSALAM)-IN MALİK ƏŞTƏRƏ TÖVSİYƏSİ



Yüklə 21,47 Mb.
səhifə27/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

ƏLİ (ƏLEYHİSSALAM)-IN MALİK ƏŞTƏRƏ TÖVSİYƏSİ


Həzrəti Əli (əleyhissalam) Malik Əştərə buyurur:

Ey Malik! Alimlərlə çox oturub, ariflərlə danışmağını çoxalt. Onların bəyanlarından, ölkənin işlərini möhkəmlətməkdə və səndən əvvəlki insanların bərpa etdiklərini təzədən bərpa et!”4


MÜƏLLİMİN ROLUNA AİD ƏHVALATLAR!


Birinci: Ömər ibni Əbdül Əzizin özü Bəni Üməyyə nəslindən idi. Uşaqlarla oynayarkən, Müaviyənin Həzrəti Əli (əleyhissalam) barəsində öyrətdiyi söyüşü təkrar edirdi. Günlərin birində müəllimi onun yanından keçərkən bu söyüşləri ondan eşidir. Dərs vaxtı onunla qəzəblə və narahatcasına rəftar edir. Elə ki, narazılığın səbəbini müəllimdən soruşur, müəllim deyir: Bu gün eşitdim ki, Əlini lə`nətlədin. Nə vaxtdan sənə mə`lum olub ki, o bu lə`nətə layiqdir?

Ömər müəllimə söz verir ki, bir daha o söyüşü təkrar etməyəcək. Bu rəftar səbəb olur ki, Ömər ibni Əbdül Əziz xilafətə gəldikdə, bu şüarı aradan götürür və qadağan edir. Onun yerinə göstəriş verir ki, bu ayəni oxusunlar: “Allah, ədalətli olmaqı və ehsan verməyi əmr buyurmuşdur.”1

Bəli! Bu, müəllimin rəftarının kiçik bir tə`siridir.

İkinci: Yəzidin oğlu Müaviyə xilafətə çatdıqdan bir neçə gün sonra əhalini də`vət edir və mənbərə çıxıb xilafətdən iste`fa verir. Mərvan və anası nə qədər israr edirlərsə, faydası olmur. Nəhayət, bu fikrə düşürlər ki, görəsən nəyə görə Müaviyə iste`fa verir. Təhqiqatdan sonra bu nəticəyə gəldilər ki, müəllimi Ömər Əl-Məqsusun onun həyatında dəyişiklik olmasında böyük rolu olub. Müəllimi tapıb ona deyirlər: Sən nəyə görə Əlini sevməyi onun qəlbində canlandırmısan? Bu işə görə xəndək qazıb müəllimi diri-diri dəfn edirlər.2

Budur həyat yolunu əvəz etməkdə tə`sir göstərən müəllim. Bunun səbəbinə də bütöv bir millətin həyat yolu əvəz ola bilər.


HANSI MÜƏLLİMİ SEÇƏK?


Allah-taala, Qur`anda bu mövzunu bizə aydınlaşdırır ki, hansı müəllimlə dərs oxuyaq və kimin dərsində oturaq. Buyurur:

İnsan lə bir yeməyinə baxsın! qiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən yərtdik.”3

Ayənin zahiri mə`nası, insanın yeməkləri barəsindədir. Çünki, yağış yağması, yerin yarılıb dən bitməsi və bitkilərdən söz açılıb. Lakin, vəhyə alim olan İmamlarımız (əleyhissalam) bunları insanın ruhi və mə`nəvi qidalarına yozurlar. Mərhum Feyz Kaşani “Safi"təfsirində belə yazır: “İmam Baqir (əleyhissalam)-dan bu ayədə “qida və təam”ın mə`nasının nə olduğu soruşulur. Həzrət cavabında buyurur:

Məqsəd elmdir. İnsan bilməlidir ki, elmi kimdən və hansı müəllimdən alır?"

Həmin yerdə, Feyz Kaşani yazır: Təam iki qismdir: Cismani və ruhani. Çünki, insan cism və ruhdan tərkib tapmışdır. Cismani qidalara ehtiyacı olduğuna görə ona lazımdır fikirləşsin ki, yağış necə yağır, yer yarılır, toxumlar göyərir və çətinliklə yerdən çıxırlar. Həmçinin, insan özünün ruhi qidası barəsində də fikirləşməlidir. Elm və bilik, vəhy şəklində Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm)-in müqəddəs qəlbinə necə nazil olur?

Tərbiyə olunmaq iste`dadı olan ruhlar bu vəhy yağışından istifadə edirlər. Bu qidadan məqsəd budur ki, öz elm və biliyinizi Əhli Beyt (əleyhimussalam) yolu ilə ələ gətirin.

Aydındır ki, sağlam olmayan qida insanın cisminə pis tə`sir qoyub, onu ölüm həddinə qədər çatdırdığı kimi eşidilən və görülənlər də insanın ruhuna birbaşa tə`sir qoyur. O həddə qədər ki, onu inhirafa çəkib insanın səadət və xoşbəxtliyini viran edir. Onun dünya və axirətini dağıdır. Biz bu mövzuda, keçmiş bəhslərimizdə qulaq və göz barəsində bəhs etmişik.


İMAM BAQİR (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI!


İmam Baqir (əleyhissalam) buyurur:

Alim və müəllimin zurunda oturarkən, özün danışmağın əvəzinə ondan mətləbi eşitməyə daha çox meyl et. Yaxşı qulaq asmağı öyrən. Ne ki, yaxşı söz danışmağı da öyrənməlisən. Söz danışarkən kimsənin sözünü kəsmə!”1

Ümumiyyətlə, kiminsə danışarkən sözünü kəsmək, ədəbsizlik və məzəmmət olunmuş haldır. Xüsusilə, əgər danışan müəllimdirsə, şagird səbr etməlidir ki, müəllim danışıb qurtarsın, sonra danışsın. Əgər başa düşmədiyi mətləb varsa, bu vaxt soruşa bilər.

Bu hədisdə İmam Baqir (əleyhissalam), İmam Səccad (əleyhissalam)-ın işarə etdiyi müəllim hüququna toxunmuşdur. O da yaxşı qulaq asmaq və müəllimin sözünü yarıda kəsməməkdir.


HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI


İmam Sadiq (əleyhissalam) buyurur ki, Həzrəti Əli (əleyhissalam) buyurur:

Müəllimin və ustadın hüquqlarından biri də budur ki, ondan çox sual etməyəsən. Libasından tutmayasan. Onun yanına gələrkən və onun yanında başqa bir dəstə oturarkən, hamıya salam söylə və müəlliminə qarşı xüsusi salam və ehtiram göstər. Onunla üzbəüz oturub ədəb dizlərini yerə vur. Onun arxa tərəfində oturma və gözünlə ustadın dediyinin xilafına bir şeyi işarə etmə. Onun hüzurunda çox oturmaqla müəllimini yorma. Həqiqətən, alim, meyvə verən ağaca oxşayır. İntizarda olmaq da lazımdır ki, ağacdan meyvə düşsün. Müəllimin ağzına göz dikmək lazımdır ki, elm meyvələri nə vaxt insana tərəf töküləcək? "

Həzrəti Əli (əleyhissalam) bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın buyurduğu mətləblərə işarə etmişdir.

İndi elə bir müəllim və şagirdə işarə edək ki, özü Allahın "Ulul-Əzm" peyğəmbərlərindən olub. Görək bu şagird, müəlliminin müqabilində hansı ədəbə riayət edir, sorğu-sual və elm öyrənməklə, bizlərə bilik öyrənmək yolunu necə öyrədir?



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin