Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QUR`ANDA MÜƏLLİMİN EHTİRAMI



Yüklə 21,47 Mb.
səhifə28/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

QUR`ANDA MÜƏLLİMİN EHTİRAMI


Həzrəti Musa (əleyhissalam) və Xızr peyğəmbərin əhvalatı Qur`anda "Kəhf" surəsində gəlmişdir. Bu əhvalatda Musa (əleyhissalam)-a mə`muriyyət verilir ki, müəlliminin ardınca getsin və bilmədiklərini ondan öyrənsin. Qur`an, həzrəti Xızr peyğəmbərin adını aşkarcasına çəkmir, ondan "bəndələrimizdən biri" ünvanı ilə ad aparır. Lakin, çoxlu rəvayətlər, bu alim və müəllimi, Xızır kimi tanıtdırırlar.

Musa kəlimullah (əleyhissalam), risalət sahibi olan peyğəmbərlərdən olmasına baxmayaraq, mə`mur olur ki, müəllimə müraciət etsin. Həzrəti Musa (əleyhissalam), İsrail övladlarından "Yuşə ibni Nun" adlı şücaətli bir cavanla müəllimi ardınca hərəkətə gəlir və nəhayət, onu tapır. Qur`an buyurur:



"Musa və yoldaşı nəhayət, müəllimi tapırlar". Bu dahi müəllimin xüsusiyyətlərindən biri budur ki, ona yüksək bəndə məqamı vermişik. İkinci xüsusiyyəti budur ki, Allah tərəfindən ona böyük rəhmət və fəzl əta olunmuşdur. Üçüncü xüsusiyyəti, Allahın ona elm əta etməsi idi.

Bir şey şübhəsizdir ki, bu şagird, (Musa (əleyhissalam) müxtəlif cəhətlərdən öz müəllimindən üstün idi. Lakin, bütün elmlərin öz müəllimi tərəfindən ona verilməyəcəni bilən halda, bu çətin səfərə dözür və müəlliminin azacıq da olsa, elmindən bəhrələnmək istəyir. Müəllimi ilə görüşərək tam ədəblə sualını belə başlayır:



"Musa ondan soruşdu: Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?"(Xızr) belə cavab verdi: Sən mənimlə bir yerdə olsan (törədəcəyim işlərə) əsla dözə bilməzsən". "Axı sən bilmədiyin (batininə mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?""Musa dedi: İnşallah səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!"1

Bu sual-cavabda hər bir şagirdin onu bilməsi və əməl etməsi olan ədəblər və göstərişlər gözə dəyir:



Birinci: Musa (əleyhissalam) özünü öz müəlliminə tabe və tərəfdar kimi tanıtdırır. Ona görə də öz məqam və mərtəbəsini müəlliminin məqamından aşağı bilir.

İkinci: Böyük təvazökarlığla sual edib, soruşur: "İcazə verirsinizmi sizin zurunuzda elm öyrənim?"- özünü ən son təvazökarlıqla müəllimə nişan verir.

Üçün: Bu şagird, özünü müəllimin müqabilində cahil və nadan kimi tanıtdırır. "Əgər mənə öyrətsəniz" cümləsi ilə müəlliminə böyük hörmət və məqam verir.

Dördün: Şagird və müəllim əlaqələrində bu mövzulara işarə olunur: Tabe olmaq, tə`lim, öyrənmək xidməti. Yəni, şagird ilk növbədə müəlliminə tabe olmalıdır ki, nəhayətdə, onun elm və biliyindən bəhrələnə bilsin.

Beşinci: "Əgər mənə öyrətsən"cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) yalnız, elm ardıncadır. Mal-dövlət və məqam ardınca deyildir. Bu da böyük bir mətləbdir ki, tələbələr və şagirdlər təhsil mərhələlərində ona diqqət etməlidirlər. Şagirdin müəllimdən elmi cəhətdən istifadə etməsindən başqa heç bir niyyəti olmamalıdır.

Altıncı: "Öyrədildiyin elmin" cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) e`tiraf edir ki, Xızra Allah-taala tərəfindən xüsusi elm öyrədilmişdir. Nəticə alırıq ki, müəllimin məqamı Allah yanında ucadır və bəşər elmini kökdə, Allahdan alır.

Yeddinci: "İnkişaf" kəlməsi, Musa (əleyhissalam)-ın ondan irşad və elm tələb etdiyini bəyan edir. Musa (əleyhissalam) Xızrın hidayət bərəkətindən bəhrələnmək istəyir.

MÜƏLLİMİN TƏRBİYƏVERİCİ SÖZLƏRİ


Birinci: "Sən mənimlə olsan, səbr edə bilməzsən" cümləsindən mə`lum olur ki, səbirsizlik və taqətsizliklə elm öyrənməyin faydası olmaz. Bəlkə də, insan elm öyrənmək yolunda bütün müşkülatlara dözüb səbirli olmalıdır. Bundan əlavə, səbr edənlərin məqamı mühüm və böyükdür.

İkinci: Müəllimin (Xızrın) Musa (əleyhissalam)-dan səbri inkar etməsi ola bilsin, o cəhətdəndir ki, onu Xızrın işlərində və onların hikmətlərində tələsik nəticə almamağa hazırlaşdırsın.

Üçün: Musa (əleyhissalam) bütün bu zəhmət, məşəqqət və səfərlə nəyin ardınca idi? Layiqli müəllim ardınca gəzirdi. Bu mətləb bizə anladır ki, layiqli müəllimdən ötrü bütün zəhmət və əziyyətlərə dözmək lazımdır. Rəvayətlərdə gördüyümüz kimi rəhbərlərimiz, bizim öz elmimizi hər kəsdən yox, bəlkə də, vilayət məktəbindən almağı əmr edirlər. Musa (əleyhissalam) bə`zən öz elmi səfərində müəlliminin işlərinə etiraz edir. Müəllim gəmini deşir. Müəllim uşaqın başına vurub öldürür. Müəllim uçmuş divarı tə`mir edir. Bütün bunların hamısı Musa (əleyhissalam)-ın etirazına səbəb olur. Lakin, sonradan onun bütün işlərinin sirlərinə agah olur. Bu əhvalat, Quranda "Kəhf" surəsində müfəssəl gəlmişdir. Bizim hədəfimiz ondan bə`zi mətləblərin istifadəsi idi.

QƏZZALİNİN NƏZƏRİNDƏ MÜƏLLİMİN MƏQAMI


Məhəmməd Qəzzali yazır: İnsan öyrəndiyi elmlərdə dörd haldadır. Yə`ni, insan təhsil sərvəti ardıncadır. Mal sahibinin halları bunlardadır:

Birinci: Mal kəsb etmək halı.

İkinci: Mal-dövlət yığmaq və anbar etmək.

Üçün: Öz mal-dövlətindən bəhrələnmək.

Dördün: İnfaq, başqalarına kömək etmək, zəhmətlərinin nəticəsindən başqalarının bəhrələnməsidir. Bu, mal sahibinin ən yaxşı halıdır. Bu halda, ona səxavətli və bağışlayan deyirlər.

Alimin də bu halətləri var: Birinci: Təhsil və elmi mətləbləri cəm etmək haləti. Mal kəsb etmək yox. İkinci: Elmi mətləbləri yazıb zəxirə saxlamaq. Üçün: Ələ gətirdiyin elmdən bəhrələnmək və ondan istifadə etmək. Dördün: Elmi bağışlamaq və başqalarına tə`lim etmək. Bu həmin alimin ən yaxşı halıdır və cəmiyyətə nicat verəndir.

Nəticədə, Qəzzali mö`təqiddir ki, alim və müəllimin ən yaxşı halı, tədris edib öz elmindən başqalarını bəhrələndirməkdir. Həmçinin, insanlara dünyagörüşü və təfəkkür bəxş etməkdir.1


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin