Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə34/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

19. ŞAGİRDİN HAQQI


وأمَّا حَقُّ رَعِيَّتِكَ بالعِلْمِ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ قَدْ جَعَلَكَ لَهُمْ فِيمَا آتاكَ مِنَ الْعِلْمِ وَولاّكَ مِنْ خَزَانةِ الْحِكْمَةِ، فَإنْ أَحْسَنْتَ فِيمَا ولاّكَ اللهُ مِنْ ذلِكَ وَقُمْتَ بهِ لَهُمْ مَقَامَ الخَازِنِ الشَّفِيقِ النَّاصِحِ لِمَولاهُ فِي عَبيدِهِ، الصَّابرِ الْمُحْتَسِب الَّذِي إذَا رأَى ذا حَاجَةٍ أَخرَجَ لَهُ مِنَ الأَمْوَالِ الَّتِي فِي يَدَيهِ كُنْتَ رَاشِدًا، وَكُنْتَ لذَلِكَ آمِلاً مُعْتَقِدًا وَإلاّ كُنْتَ لَهُ خَائِنًا وَلِخَلقِهِ ظَالِمًا وَلِسَلْبهِ وَعِزِّهِ مُتَعَرِّضًا.

Sənin elmi rəiyyətin sayılan şagirdilərin haqqı budur ki, biləsən, Allah-taala, sənə verdiyi elm və ixtiyarında qoyduğu hikmət xəzinəsinə görə onları sənin şagirdilərin qərar verib. Əgər Allahın sənə əta etdiyi bu hamiçilikdə yaxşı əməl etsən, səbirli və Allah istədiyi xeyirxah mövla və mehriban xəzinadar olsarsan. Ehtiyaclı gördükdə öz mal-dövlətindən ona verən kimi olsan, ağıllı və imanlı xadimsən. Yoxsa, Allaha xəyanət, xalqa qarşı zalim olmuş olarsan. Həmçinin, izzət və ne`mətin aradan getməsinə səbəb olarsan! "

"Məkarimul-əxlaq kitabında yazır:

Əgər insanları öyrəndikdə yaxşılıq edib onlarla tünd və pis davranış etməsən, Allah öz fəzl və kərəmindən elminə əlavə edər. Əgər əhalini öz elmindən məhrum edib onlarla pis və çətin rəftar etsən, Allah Özünə vacib bilir ki, elmi və biliyi səndən geri alsın və əhali arasında olan məqamından çıxasan."

İmam Səccad (əleyhissalam) hüquq bəhsinin bu qismətində aşağıdakı mövzulara işarə etmişdir.

Birinci: Müəllimin öyrəndiyi və ələ gətirdiyi elm və hikmət Allahın ne`mətlərindəndir. Müəllimin özünün zatında heç bir şey yoxdur. Beləliklə, bu mövzuya diqqət etməklə, müəllimdə qürur hissi aradan gedir.

İkinci: Müəllim, bu bilik və hikmətdə başqalarının xəzinədarıdır. Bu xəzinənin bölünməsində mehriban üzügülər və üzüaçıq olmaqdır.

Üçün: İmam Səccad (əleyhissalam) müəllimi, elm və hikmətin xəzinədarı bilir. Elm xəzinəsindən bağışlamağı, mal-dövlət xəzinəsindən bağışlamağa bənzədib, bildirir ki, bu işdə xəsislik edilməməlidir.

Dörün: Əgər müəllim öz vəzifəsinə əməl etsə, öz əmanətinin hifzində ciddi olan əmanətdar kimidir. Əgər öz vəzifəsinə əməl etməsə, insanlar barəsində zülm və sitəmi rəva bilib, onların hüquq və izzətini azaltmış xəyanətkar şəxs kimidir. Nəhayət, müəllim, elm öyrətmək yolunda yaxşı yol və bəyənilmiş rəftar seçməklə şagirdləri elm və biliyə olan həvəslərini artırsın. Müəllimin pis rəftarı, əsəbləşməsi və pis xasiyyəti səbəb olur ki, şagird sinifdən soyusun, bəlkə də, təhsili tərk etməyə səbəb olsun. Əslində, müəllim bu əməllə öz elm və biliyinə qarşı xəyanət edir və şagirdlərin öyrədilməsində xəsislik göstərir.

YAXŞI MÜƏLLİMİN XÜSUSİYYƏTLƏRİ


Layiqli və yaxşı müəllim odur ki, onda müəllimlik, tədris və şagirdlərlə yaxşı davranış xüsusiyyətləri olmuş olsun. Layiqli müəllim aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

Birinci: Yaxşı müəllim o kəsdir ki, iste`dad və qabiliyyət ələ gətirməyincə tədris kürsüsünə təkyə etməsin. Elə məqama çatsın ki, yaxşı və saleh müəllimlər onun tədrisini təsdiq etsinlər.

İkinci: Müəllim, öz rəftarı ilə elmi məqam və mənzilətinin azalıb zillətə düşməsinə səbəb olmasın. Belə ki, öz elmini, əhli olmayanın ixtiyarında qoymasın.

Üçün: Müəllim, sözün tam mə`nasında öz elminə amil olsun və vücudundan elm meyvələri asılmış olsun. Əgər belə olmasa, bu mübarək ayənin misdaqına çevriləcək. Əhaliyə yaxşılığı əmr edirlər, lakin özlərini unudurlar.”1

İmam Sadiq (əleyhissalam) Qur`anda gələn, qiqətən, Allah bəndələrindən, alimlər Allahdan qorxarlar!"- ayəsinin şərhində buyurur:

Alim o kəsdir ki, əməli dediyini təsdiq etsin. r kimin əməli elmini və dediklərini təsdiq etməsə, alim deyil.”2

Dördün: Müəllimin yaxşı rəftarı və xasiyyəti, səbr və hövsələ ilə elmini öyrətməsi zəruridir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) alimlər barəsində buyurur:

Ümmətimin alimləri, İsrail övladlarının peyğəmbərləri kimidirlər.“3 .

Peyğəmbərlərdə yaxşı rəftar və təvazökarlıq olduğu kimi müəllimlər də belə olmalıdır.

Beşinci: Müəllim, şagirdlərə xalis niyyətləri olmaması bəhanəsi ilə elm öyrətməkdən çəkinməsin. Əksinə, onları qəbul edib, dərs zamanı yavaş-yavaş onlarda ixlas icad etsin. Əgər elm xalis niyyətlə olmasa, Həzrət Əli (əleyhissalam) dediyi kimi: “Donuzun boynuna salınmış boyunbağıya bənzəyir!“

Altıncı: Müəllim hər vaxt elm öyrənmək istəyən şəxs görsə, onu başından etməsin. İmam Baqir (əleyhissalam) dan nəql olunur ki, buyurur: Elmin zəkatı, Allahın bəndələrinə elm öyrətməkdir.”1

Yeddinci: Müəllimin hərəkət və əməlləri sözlərinin əksinə səbəb olmasın. Məsələn, bir şeyi haram bilib, ona əməl edən kimi olmasın.

Səkkizinci: Haqqı izhar etməkdə qüdrəti çatana qədər ciddi olsun və yersiz bəhsdən çəkinsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Əhali arasında bidə`t və batil zühur etdikdə, alimlərə lazımdır ki, öz elmini izhar etsin. Əgər belə etməsə, Allahın lə`nəti ona olsun! “



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin