Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


YAXŞI MÜƏLLİMİN ŞAGİRDLƏRƏ VƏ SİNİFƏ GÖRƏ VƏZİFƏLƏRİ



Yüklə 21,47 Mb.
səhifə35/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

YAXŞI MÜƏLLİMİN ŞAGİRDLƏRƏ VƏ SİNİFƏ GÖRƏ VƏZİFƏLƏRİ


Birinci: Müəllim, şagirdlərə tədriclə ədəb və əxlaq xüsusiyyətlərini öyrədib, dini məsələlərlə tanış etməli və onlarda dünyaya qarşı zahid olmaqı anlatmalıdır.

İkinci: Elmin fəzilətlərini şagirdlərə izah etməli, alimlərin məqamlarını, peyğəmbərlərin məqamı kimi olduğunu anlatmalıdır.

Üçün: Müəllim, özünə rəva bildiyini şagirdlərə də arzu etsin, özünə rəva bilmədiklərini onlara da istəməsin.

Dördün: Müəllim, təhsil alan şagirdləri, pis əxlaqlı olmaq, harama düşmək və onların zərərinə olanlardan çəkindirməlidir.

Beşinci: Müəllim, şagirdlərin müqabilində təkəbbür göstərməməli və onlarla təvazökarcasına rəftar etsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Dərs öyrətdiyniz və dərs aldığnız şəxslərin müqabilində təvazökar olun”.

Altıncı: Müəllim, şagirdlərin rəftarına diqqət göstərsin. Hər vaxt dərsdə iştirak etməsə, bunun səbəbi ilə maraqlansın. Bə`zən özü yaxud başqalarının vasitəsi ilə şagirdən xəbər tutsun. Əgər xəstələnibsə, yoxlasın. Əgər ehtiyacı varsa, onu ödəməyə çalışsın.

Yeddinci: Şagirdləri xüsusi adlarla tanısın.

Səkkizinci: Elm öyrətməkdə ən sadə yolu seçsin. Lazım olan budur ki, əvvəlcə şagirdin qabiliyyətinə uyğun dərsi anlatsın sonra ondan tələb etsin.

Doqquzuncu: Dərs otağına şövq və rəğbətlə getsin. Şagirdin onu anlaya bilməyə qüdrəti olmayan məsələlərdən çəkinsin.

Onuncu: Şagirdlərin hamısına bir gözlə baxsın. Bə`zilərini digərlərinə (yersiz) üstün qərar verməsin. Əlbəttə, bu o halda olar ki, şagirdlərin hamısı eyni səviyyədə olsalar! Lakin, əgər şagirdlər arasında mərtəbə, yaş və elmi cəhətdən fərqlər olsa, üstünlərə, aşağı səviyyədə olanların təşviq olmasından ötrü daha çox ehtiram qoysun.

TƏDRİS VAXTI MÜƏLLİMƏ, AŞAĞIDAKI ƏDƏBLƏRƏ RİAYƏT ETMƏK ZƏRURİDİR


Birinci: Tədrisə gələrkən, tam vüqar və heybətli olub, təmiz libas geyinsin, bədən və zahiri paklığına tamamilə riayət etməklə, dərs otağına daxil olsun.

İkinci: Tədrisə gələrkən, Allahın adını zikr etsin, Peyğəmbər və İmamlardan (əleyhimussalam) ali mə`nada nəql olunan dualardan oxusun. Məsələn, desin: İlahi! Məni yolumu azmaqdan, yoldan azdırmaqdan, kəc anlamaqdan və pis fikirlərdən hifz et! Öz dərsini dua etməklə başlasın.

Üçün: Dərs otağına girərkən hazır olanlara salam versin. Əgər dərs yeri məsciddirsə, iki rəkət “Təhiyyə" namazı qılsın və Allahdan istəsin ki, ona xətalardan nicat verib, fürsət versin.

Dördün: Oturarkən, ruhi aramlıq, vüqar və tam hazırlıqla keçmiş dərsin mütaliəsinə başlasın.

Beşinci: İmkan olana qədər üzü qibləyə oturub, mə`nasız və batil söz danışmaqdan çəkinsin.

Altıncı: Dərs zamanı yersiz zarafatlardan pəhriz etsin. Lakin, yerli-yerində azca zarafat və yaxşı lətifələrlə şagirdlərin yorğunluq və tənbəlliklərini aradan aparsın.

Yeddinci: Dərsə gələrkən, xalis niyyətdə olub öz hədəfini elmi yaymaq və İlahi hökmləri çatdırmağa yönəltsin.

Səkkizinci: Elə otursun ki, bütün şagirdlər onu görsün. Söz danışarkən diqqət nəzərini bütün şagirdlərə yönəltsin. Əgər ondan sual olunarsa, tam diqqətlə şagirdin cavabını versin.

Doqquzuncu: Dərs deyərkən, özündən şad və təbəssümlü çöhrə nişan versin.Üzünü turşudub, pis xasiyyətli olmaqdan pəhriz etsin.

Onuncu: Dərsə başlayarkən, Qur`an oxumaqla dərs məclisini mübarək etsin.

On birinci: Müəllimdən ötürü ən mühüm mövzu budur ki, əgər ondan sual soruşsalar və cavabını dəqiq bilməsə, tam şəhamətlə: Bilmirəm! Desin.

Həzrəti Əli (əleyhissalam) buyurur:

Əgər bilmədiyniz bir şeyi soruşsalar, cavab verməyin. Ərz etdilər necə cavab verməyək? Həzrət buyurdu: Allah bilir! – deyin.”1

Diqqət etmək lazımdır ki, əgər müəllim desə ki, bilmirəm, elmindən bir şey azalmaz. Bəlkə də, əhalinin qəlbində özünə daha çox yer tapacaq. Bunu da onun dəyanət və təqvalı olmasına yozacaqlar.


İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və aiehi və səlləm) NƏZƏRİNDƏ, ELM ARDINCA OLANLARIN MƏQAMI


Mərhum şəhid Sani, “Muniyətul-murid" kitabında çox ədəbləri nəql edir. Biz bu bəhsdə, müxtəsər nəqllə kifayətlənirik.

Allahın elm axtaran və təhsil ardınca olanlara verdiyi savab və məqama işarə etmək istərdik:



Birinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

r kim elm ardınca gedib elm öyrənərsə, Allah ona iki savab və iki mükafat mərmət edər. r kim elm öyrənmək ardınca gedərsə, lakin, elmdən bəhrə ələ tirə bilməsə, Allah ona bir savab və bir mükafat əta edər.”1



İkinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə buyurur:

r kim Allah tərəfindən Cəhənnəm odundan nicat tapanları ziyarət etmək istəyirsə, alimlər və elm dalınca gedənlərə baxsın. And olsun ruhumun qəbzi, Onun əlində olan Allaha ki, alimlərin evinə elm öyrənməkdən ötrü gedən r bir tələbəyə, Allah-taala r bir qədəminə rə bir ilin ibadətinin savabını yazır. Atdığı r bir addıma rə behiştdə ondan ötrü bir şəhər tikilər. Yol getdiyi yerdə, yer ondan ötrü Allahdan bağışlanmaq istəyər. Sübh və şam, Allahın bağışlaması ilə birlikdədir. Mələklər şəhadət verirlər ki, bunlar atəşdən azad olunmuşlardır."2

Başqa bir hədisdə Rəsul Əkrəm (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql olunur, buyurur:

Hər kim elm ardınca gedirsə, gündüzləri oruc, gecələri isə oyaq qalıb ibadət edənlər kimidir. Elmdən öyrəndiyi hər bir fəsl ondan ötrü Əbu Qubeys dağının qızıl olub, onu Allah yolunda infaq etməsindən xeyirlidir.”3

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Hər kim elm öyrənərkən əcəli gəlsə və vəfat etsə, əgər hədəfi İslam dinin canlandırmaqdan ötrü olarsa, Behiştdə onunla peyğəmbərlərin arasında bir dərəcə cənnət olar.”4

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) elm tələb edənlər barəsində buyurduğu kəlamların qısası bunlardan ibarət idi.




Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin