Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


İNSANIN DOSTUNDAN XASİYYƏT GÖTÜRMƏSİ



Yüklə 21,47 Mb.
səhifə69/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

İNSANIN DOSTUNDAN XASİYYƏT GÖTÜRMƏSİ


İnsanın adi xüsusiyyətlərindən biridə, onun başqalarından tez xüsusiyyət qəbul etməsidir. İnsan həm özü xüsusiyyət qəbul edir, həm də öz xüsusiyyəti başqasına tə`sir edir. İnsanın şəxsiyətinin formalaşmasının yollarından biri də onun bu xüsusiyyətidir. Belə olduğuna görə müqəddəs Qur`an məntiqində insanlara xəbərdarlıq olunur və qiyamətdə insanın nadan və qafil dostlarından necə peşiman olduğu təcəssüm olunur. Həmin səbəbdən insan qiyamətdə arzu edir ki, ey kaş fılankəsi dost tutmayaydım! Lakin, bu əfsusluq onun halına heç bir tə`sir qoymur. Qur`ani-Kərim bu mövzuda buyurur:

O n zalim əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim. And olsun ki, Qur`an mənə ldikdən sonra məni ondan o azdırdı! Şeytan mişə insanı xar edəndir!.“1

Bu ayələrdə, insanın qiyamət günündəki vəziyyəti bəyan olunur. O da insanın nadan dostuna görə qiyamətdə çəkdiyi həsrətdir. Ayədə “yəğuzzu" sözü, “ğəzzə" kökündən olub, dişləməyə deyilir. Adətən, bu ifadə, şiddətli təə`ssüflənən şəxs barəsində işlədilir. Məsəl var deyərlər: Fılankəs həsrət barmağını yeyir. Ərəbcə barmaq yerinə "əl" deyilir.

Oxuduğumuz ayələr Qiyamət səhnəsini canlandırır. Lakin, çoxları var ki, bu dünyanın özündə pis dost və yoldaşın əlindən fənaya uğramışdır.


RƏVAYƏTLƏRDƏ NADAN DOSTLAR BARƏSİNDƏ


İnsanın bu bəlalara mübtəla olmamasından ötrü rəvayətlərdə dostluğu qadağan olunmuş şəxslərə işarə edirik:

Həzrət Əli (əleyhissalam) pis dostun insana tə`siri barəsində buyurur:

Şər insanlarla dostluqdan çəkinin! Çünki, insaının təbiəti özü də bilmədən, qarşı tərəfin pislik və çirkinliklərini oğurlayır. Sənin bu işdən xəbərin də olmur."2

Həmin mövzuda İmam Sadiq (əleyhissalam) buyurur:

Hər kim özünə pis dost seçsə, onun pisliyindən özünün sağlam ruhiyyəsindən bir şey qalmaz.“3

Yenə də Həzrət buyurur: r kim axmaqla dost olmaqdan çəkinməsə. onun axmaqcasına rdüyü işlərin tə`siri altına düşəcək və tezliklə xoşalməz əxlaqa malik olacaq."4

Belə yerində deyilmiş bəyanlardan istifadə olunur ki, insan, xasiyyət qəbul etmək xüsusiyyətinə görə başqalarının rəftar, hərəkət və davranışını özündə tez icad edir. Əgər insanın ətrafındakılar pis, axmaq və nadan şəxslər olarsa, istər istəməz onlarda olan davranışların şəraiti onda da vücuda gələcək. Bir də anlayacaq ki, o şeydən ki, qaçırdı ona mübtəla olub.

Həkimlər deyirlər: Bə`zi xəstəliklər var ki, keçicidirlər. Sağlam şəxs, belə xəstənin yanından keçən kimi ona mübtəla olur və başqasına keçirmək təhlükəsində qalır. Bunlar, cismdə olan xəstəliklərə məxsus deyildir. Bəlkədə, ruhi və rəvani xəstəliklər də vardır ki, başqalarına keçə bilərlər. Həzrət Əli (əleyhissalam)-ın buyurduğu cümlədə oxuyuruq:"Sənin təbiətin pislik və şər işi pis yoldaşdan oğurlayır." Buda həmin çirkin xüsusiyyətlərin insanın özünün də xəbəri olmadan dostundan ona sirayət etməsinə işarədir. İmam Sadiq (əleyhissalam) buyurduğuna diqqət etsək, oxuyuruq:

Hər kim pislərlə dostluq etsə, onların pis xüsusiyyətlərinin özünə keçməsindən amanda deyildir. Yaxud, hər kim ağıldan kəm insanlarla yoldaşlıq etsə, özüdə bu xəstəliyə mübtəla olmaq yolunda qərar tutmuş və o vaxt ayılacaq ki, artıq dostunun pis xüsusiyyətlərindən yaxa qurtara bilmir!"

AXMAQ DOSTA TABE OLMĞIN NƏTİCƏSİ


Bir nəfərin evində su quyusuna ehtiyacı olur. Fəhlə çağırıb, evin içində bir quyu qazdırır. İş qurtaranda görür ki, evin içi torpaqla doludur. Təəccübdə qalıb nə edəcəyini bilmir. Axmaq bir dostu var idi. Onun yanına gedib ondan məsləhət istəyir. Dostu ona deyir: Fəhlənə de ki, evin başqa bir tərəfində, başqa bir quyu qazıb torpağı ora töksün. Kişi dostunun göstərişi üzrə əməl edir. Evin bir tərəfində başqa bir quyu qazdırıb, birinci quyunun torpağını ora tökür. Sonradan anlayır ki, ikinci quyunun torpağını nə edəcək? Yenə də dostunun məsləhətinə gəlir. O isə deyir: İndi də torpağı birinci quyuya töküb özünü bu işdən rahat et!

NADAN DARĞA İLƏ MƏSLƏHƏT!


Günlərin birində, bir kişinin inəyi başını bir qabın içinə salıb nə isə yemək istəyərkən başı ilişib qabın içində qalır. İnəyin sahibi nə qədər fikirləşirsə, bir çarə qıla bilmir. Naəlac qalıb kəndin darğasının yanına məsləhətə gedib müşkülü ona nəql edir. Darğa deyir: Özüm hadisə yerinə gedib baxmayınca bir söz deyə bilmərəm. İnəyin sahibi darğanı özü ilə hadisə yerinə aparır. Darğa səhnəni görcək deyir: İnəyin başını kəsin! İnəyin başını kəsirlər. Bu zaman baş qabın içinə düşür və çölə çıxara bilmirlər. Darğa deyir: İndiki, belədir qabı sındırıb başı çölə çıxarın. Axmaq darğanın fikrindən həm inəyin başı kəsildi, həm də qab sındırıldı. Axmaq dosta tabe olmağın nəticəsi budur.1

Həzrəti Süleyman peyğəmbərdən nəql olunur, buyurur:

Dostlarına baxmamış, heç kimin barəsində qəzavət etməyin. Çünki, insan, dostları və yoldaşları vasitəsilə xüsusiyyətləşir."2

Həzrət Əli (əleyhissalam) buyurur:



Bu altı sifətə malik şəxslərlə dostluq və yoldaşlıq etməyin faydası yoxdur:

1.Əgər sənə söz desə, yalan desin.

2.Əgər səndə ona söz desən, səni də yalançı sansın.

3.Sən onu əmin tənıyasan, o isə sənə xəyanət etsin.

4.Səni əmin tanıyan halda, sənə töhmət vura.

5.Əgər ona ne`mət versən, təşəkkür etmək fikrində olmasın.

6.Ne`mətə qarşı küfr etsin və sənə ne`mət versə, boynuna minnət qoysun.

Bəs belə şəxslərlə dostluq etmək lazım deyildir."3

Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin