Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə78/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   74   75   76   77   78   79   80   81   ...   111

SƏLƏMÇİLƏRİN MƏNTİQİ


Sələm yeyənlər deyirdilər: Alış-veriş də sələm kimi bir şeydir. Onların nə fərqi var? Hər ikisi müamilədir. Qur`an onların cavabında buyurur: Allah-taala alış-verişi halal, sələm yeməyi isə haram buyurmuşdur. Fərq çox aydındır. Çünki, adi alış-verişdə hər iki tərəf bərabər olub, alverin xeyir və zərərində şərikdirlər. Halbuki, sələm alverində sələmçi heç vaxt zərər görmür. Bundan əlavə, adi alver və ticarətdə hər iki tərəf istehsal və məsrəfdə qədəm atırlar. Halbuki, sələmçinin bu əməlində heç bir müsbət cəhət yoxdur. Bütün bunlardan əlavə, sələmçiliyin yayılması ilə sərmayələr napak şəxslərin əlinə düşür və iqtisadiyyatın kökləri təzəlzül tapır. Halbuki, düzgün ticarət, sağlam sərvətin artmasına səbəb olur. Sələmçilikdə təsəvvür olunan başqa zərərlərdən biri də, sələmçilik cəmiyyətin təbəqələri arasında düşmənçilik və müharibələrin sərçeşmələri sayılır. Amma, düzgün ticarət belə deyildir.

Ali-İmran surəsinin 130-cu və Nisa surəsinin 159-cu ayələrində də sələm barəsində bəhs olunmuşdur. Lakin, ixtisar üzündən biz onlara işarə etmirik. Nəticə budur ki, İslam, infaq, sədəqə və borclar verməyə təşviq edir. Ancaq, sələmçilik və təbəqələşmənin vücuda gəlməsinin qarşısını alır.


BORCLUYA MÖHLƏT VERİLMƏSİ


İmam Səccad (əleyhissalam) buyurur: "Borclunun imkanı varsa, öz borcunu saxlamadan ödəməlidir. Əgər imkanı yoxdursa ona möhlət verilməlidir ki, borcunu verməyə qüdrəti olsun.” Qur`ni-Kərim bu barədə buyurur:

"Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır! “1

Keçən bəhslərdə, borc və sələmçilik barəsində olan ayələri araşdırdıq. Bu ayədə, tələbkarın heç bir faiz olmadan öz haqqını almasının ardınca borclunun da hüquqlarından birinə toxunulur. O da budur ki, əgər borclular öz borclarını verməkdə qüdrətləri yoxdursa, cahiliyyət dövründəki kimi onun üstüna faiz gəlib sıxıntıda saxlamamalı, əsl borcunu qaytarmaqdan ötrü ona möhlət verilməlidir. Bununlada, borclunun nə vaxt imkanı olsa, öz borcunu qaytarsın. Əslində, həmin ayənin izahı olan İslam qanunlarında aşkarcasına gəlib ki, heç kimin icazəsi yoxdur ki, borclunun öz borcunu qaytara bilməməsindən ötrü onun həyatında zəruri olan şeylərini ondan alsınlar. O cümlədən, evini və başqa yaşayış vəsilələrini ondan tələb etsinlər. Bəlkədə, tələbkar yalnız, zəruri şeylərdən artıq olan şeyləri tələb etməyə haqqı vardır. Bu da İslamda zəif təbəqələrin hüquqlərını müdafiə edən bir növ insani haqqdır.

Ayənin ardınca bundanda yuxarı mərhələyə işarə olunur. O da budur ki, həqiqətən, əgər borclu öz borcunu ödəyə bilmirsə və tamamilə acizdirsə, yaxşı olar ki, tələbkar bir addım da böyük bir insani addım atsın və öz pulundan Allaha xatir keçsin. Bu əməl, hər cəhətdən tələbkarın insaniyyətinə xeyir gətirər. Hər kim bu işin mənafesini anlasa onu təsdiqləyər.

Əgər bu ayəni, İmam Səccad (əleyhissalam)-ın buyurduğu: “Malını ondan alıb onunla(tələbkarla) pis rəftar eləmə. Çünki, bu alçaqlıqdır"– sözləri ilə müqayisə etsək onda görərik ki, Qur`an və onun ardınca İmamət, (İmamlar) şər`i məsələri müsəlmanlara necə də gözəl ifadə ilə çatdırıblar. Tələbkar və borclunun hüquqlarını ən yaxşı üslubla izah etmişlər.

Bu hüquq bəhsinin sonunda mərhum Feyz Kaşaninin "Şafi" kitabının ikinci cildində, borcunu qatarmaqdan aciz olana, onu bağışlamağın savabı haqqında gətirdiyi rəvayətlərin bə`zisinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) hədislərin birində buyurur:

"Kim istəyir, o gün ki, Allahın kölgəsindən (rəhmətindən) başqa heç bir kölgə yoxdur, Haqqın kölgəsində qərar tutsun? (Bu cümləni üç dəfə təkrar edir. Camaat yığışıb bu məslənin cavabını gözləyir) Həzrət buyurur: Hər kim borcludursa və borcunu qaytara bilmirsə, ona möhlət verin! Yaxud, öz haqqınızı ona bağışlayın. Bu əməlin nəticəsi, Qiyamət günü həzrəti Haqqın rəhmətində qərar tutmaqdır! "1

Yenə də İmam Sadiq (əleyhissalam) hədislərin birində buyurur: "nlərin birində, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) mənbərə çıxıb buyurur: md və tə`rif Allaha məxsusdur. Peyğəmbərlərə salam olsun! Sonra buyurur: Ay camaat! r kim şahiddir və mənim sözlərimi eşidirlər olmaynlara da xəbər versinlar. Agah olun! r kim borcunu qaytara bilməyənə qüdrəti olana qədər möhlət versə, Allah-taala tələbkarın borcu qayıdna qədər, r nü üçün bütün malının sədəqə verməsinin öüsndə ondan ötrü savab yazar.”2

Sonra İmam Sadiq (əleyhissalam) Qur`an ayəsinə işarə edir: "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır!”. Buyurur: Borclu çətin vəziyyətdədirsə, öz malnızı ona sədəqə verin! Bu sizin öz xeyirinizədir.

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:



"İnsana qüdrəti olan halda borcunu saxlayıb tə`xirə salması halal olmadığı kimi tələbkara da halal deyil ki, borclunun imkanı olmayan halda ondan borcunu tələb etsin!"1

İmam Sadiq (əleyhissalam)-a buyurdular: "Abdurrəhman ibni Siyabənin boynunda ölmüş bir kişinin borcu vardı. Biz onunla söhbət etdik ki, onun borcundan keçib ona bağışlasın, o isə qəbul etmədi. İmam buyurdu: Vay olsun ona! Məgər bilmir ki, əgər bağışlasa, r dirmin müqabilində on dəfə artıq mükafatı var? Əgər bağışlamasa, bir dirmin müqabilində bir dirm savab aparır!"2



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin