Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN



Yüklə 21,47 Mb.
səhifə83/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   79   80   81   82   83   84   85   86   ...   111

İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN


İddaçı və münkir kimdir? Şəhid Əvvəl buyurur: İddiaçı o kəsdir ki, əgər öz iddiasından əl çəksə, ixtilaf aradan gedər. Münkir isə onun müqabilinda qərar tutub. Yə`ni, bu cür deyil ki, əgər getsə, ixtilaf yatar bəlkədə, iddianın müqabilində cavab verməlidir. Əleyhinə iddia olunmuş da cavab verməkdə üç haldan kənarda deyildir. Ya cavabında iddianı qəbul edir, ya rədd edir, ya da sükut ixtiyar edir. Bunların hər biri üçün qazinin xüsusi hökmü vardır.

DƏLİL (ŞAHİD) VƏ AND, QƏZAVƏTİN ƏSASI


İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"Şahid iddia edənindir. And içmək isə əleyhinə iddia olunanındır.1

Əbi Bəsir İmam Sadiq (əleyhissalam)-dan nəql edir ,buyurur:



"Allah-taalanın sizin qanınız barəsində verdiyi hökmü ilə mallarınızın hökmü fərqlidir. Mallarınızda hökm etmişdir ki, iddia edənin şahidi (dəlili) olmalıdır. Əleyhinə iddia olunan isə and içməlidir. Amma qan bahalarınızda əleyhinə iddia olunanın şahidi olmalı, iddiaçı isə and içməlidir. Bununla da müsəlmanın qanı batmasın."2

İmam Rza (əleyhissalam) ondan soruşulan sualın cavabında buyurur:

"Qan məsələsindən başqa r yerdə iddiaçının şahidi və əleyhinə iddia olunana isə and içilməsinin səbəbi budur ki, əleyhinə iddia olunanın imkanı yoxdur ki, öz inkarına rə şahid tirsin. Çünki, mə`lum deyil. Lakin, qan məsələsində əleyhinə iddia olunmuş öz inkarına şahid tutmalıdır. Bu bir ehtiyatdır ki, onun vaitəsilə müsəlmanın qanının batması qorunur. Bundan əlavə, bu əməlin özü qatildən ötrü bir növ əzab və cinayətin qarşısının alınmasıdır. Əleyhinə iddia olunan üçün şahid tapmaq çox çətindir. Çünki, onun qatil olmamasına şəhadət verən çox az adam olar! "

Bu rəvayətlərdən, İslamda qəzavətin me`yarı aydın oldu. Bunlar, iddiaçı və əleyhinə iddia olunanın hökmləri idi. Ancaq, İmam Səccad (əleyhissalam) bu mözuda yalnız, əxlaqi cəhətlərə toxunmuşdur. İmam Səccad (əleyhissalam) iddiaçı və münkirin əxlaqi vəzifələrini onlara xatırladır, haqqı onlardan ötrü belə aydınlaşdırır: Sənin əleyhinə düşmənçilik iddiası edənin sözü haqqdırsa, onun lehinə və özünün əleyhinə şəhadət ver. Ona zülm etməyib, haqqını tamamilə ödə. Əgər iddiasında batildirsə, onunla mülayim rəftar et və onun işində mehribançılıqdan başqa yol tutma. Allahı onun barəsində qəzəbləndirmə.

Amma, sənin kiminsə əleyhinə iddia etdiyinin haqqı odur ki, əgər öz iddianda haqlısansa, onunla yumuşaq və gözəl danış. Onun haqqını əda et. Əgər öz iddianda batilsənsə, Allahdan qorx və Ona tərəf tövbə et. Öz iddiandan əl götür. İmam Səccad (əleyhissalam) iddiaçı və münkiri haqqı, həqiqəti görməyə də`vət edir və onları bir-birinə qarşı zülm və sitəmdən çəkindirir. Bəli! Yaxşı olar ki, hər kimin birisilə mal və hüquqda ixtilafı olsa, İmam Səccad (əleyhissalam)-ın göstərişlərini gözünün önünə gətirsin, bununlada həqiqətə çatıb nicat əhli olsun!

Bu bəhsin sonunda qeyd olunmalı mövzulardan biri də budur ki, ixtilaflı tərəflər öz ixtilaflarını həll etməkdən ötrü adil və vilayəti olan şəxsə müraciət eləsinlər. Buna görə də zalim qazilərə üz tutmaqdan çəkinsinlər.


39. MƏŞVƏRƏT İSTƏYƏNİN HAQQI



وَأمّا حَقُّ المُسْتَشِيرِ، فَإنْ حَضَرَكَ لَهُ وَجْهُ رَأْىٍ جَهَدْتَ لَهُ فِي النَّصِيحَةِ، وَأَشَرْتَ عَلَيهِ بمَا تَعْلَمُ أَنَّكَ لَوْ كُنْتَ مَكَانهُ عَمِلْتَ بهِ، وَذَلِكَ لِيَكُنْ مِنْكَ فِي رَحْمَةٍ وَلِينٍ، فَإنَّ اللِّينَ يُؤْنِسُ الْوَحْشَةَ وَإنَّ الْغِلْظَ يُوحِشُ مَوضِعَ الأنْسِ. وَإنْ لَمْ يَحْضُرْكَ لَهُ رَأيٌ وَعَرَفْتَ لَهُ مَنْ تثِقُ برَأيِهِ وَترْضَى بهِ لِنَفْسِكَ دَلَلْتَهُ عَلَيْهِ وَأَرْشَدتَهُ إلَيْهِ، فَكُنْتَ لَمْ تَألُهُ خَيرًا وَلَمْ تَدَّخِرْهُ نُصْحاً. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

"Səninlə məşvərətə lənin haqqı budur ki, əgər aydın nəzəriyyən varsa, ondan əsirmə. r nə bilirsənsə ona öyrət. Ona de ki, əgər sənin yerinə olsaydım belə edərdim. Bu ona rədir ki, sənin tərəfindən ona qarşı mehribanlçığının nişanəsi olsun. Çünki, yumuşaq rəftar vəhşəti aradan aparır və çətin tutmaq, insanı vəhşətə çəkir. Əgər özün ona məsləhət verə bilməsən və e`timad etdiyin kimisə tanıyırsansa, onu, o şəxsin yanına yolla. Onun barəsində səhlənkarlıq etmə və nə başarırsansa nəsit elə. Allahdan başqa h bir güc-qüvvət yoxdur! ”



İmam Səccad (əleyhissalam)-ın məşvərət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, bu məşərət, məşvərət edənin boynuna haqq gətirir. O da budur ki, Əgər məsləhət verən, tələb olunan sahədə nəzəriyyə sahibidirsə, öz məşvərətində səhlənkarlıq göstərməsin və öz nəzərini ona aydıncasına bəyan etsin. Əgər o məsələdə məşvərət etməyə qüdrəti yoxdursa, yaxşı tanıyıb e`timad etdiyi bir şəxsin yanına göndərsin.

Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin