ƏL AÇILMALI ŞƏXSİN XÜSUSİYYATI
Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:
"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”2 Həzrət başqa yerdə buyurur:
"Üzün suyu (abır-həya) donmuş suya bənzəyir. İstəmək onu tökür. Bəs diqqət et, gör kimin yanında üzünün suyunu tökürsən! "3 məqsəd, dilənçilik olunmamasıdır. Əgər qərar olsa kiməsə əl açılsın, bax gör kimə əl açırsan! Başqa yerdə Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:
"Hacətini yerinə yetirməyib, əlini sinənə qaytarmağından qorxduğun şəxsdən bir şey istəmə! 4
İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyurur:
"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”1
İmam Baqir(əleyhissalam) buyurur:
"Sənin, əhli olmayan şəxsdən hacət istəməyin, əfi ilanın ağzındakı bir dirhəmə ehtiyacın olduğu kimidir. Lakin, ondan qorxursan.”2
Şair demişkən: “Hacətləri kərim və xoşsifət şəxslərdən istəmək lazımdır. Oyunbaz və ədəbsizlərdən yox.
"Bir nəfər ərəb, əmirəl-mö`minin Əli (əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Ya Əmirəl-mö`inin! Mən üç dirhəmin giriftarıyam. Biri: Bədənimin dərdinə görə, digəri fəqirliyimə, üçüncüsü isə cəhalət və nadanlığıma görədir. Həzrət cavabında buyurur: Ərəb qardaş! Öz bədəninin xəstəliyini həkimə göstər. Nadanlıq və cəhalət xəstəliyini alimə ərz et. Fəqirliyini isə kərim şəxsə söylə. Sail cavab verdi: Siz, həm həkimsiniz, həm alimsiniz, həm də kərimsinz! Həzrət göstəriş verir ki, beytül-maldan üç min dirhəm ona bağışlayırlar. Buyrur: Min dirhəm xəstəliyinin xərci, min dirhəm nadanlığına görə xərc et, min dirhəmlədə fəqirliyni aradan apar.
İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-DAN HACƏT
Bir nəfər İmam Həsən (əleyhissalam)-ın yanına gəlir və həzrətin müqabilində əyilib öz hacətini yerə yazır. İmam da onu müşahidə edirdi. ərəb belə yazır:
"Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız, bir miqdar abır –həyam qalmışdı və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım! “
İmam Həsən (əleyhissalam) öz xadimini çağırıb soruşur ki, sənin yanında nə qədər pulumuz qalıb? Ərz edir ki, on iki min dirhəm pul qalıb. Həzrət buyurur: Onu bu fəqirə təqdim et! Mən ondan həya edirəm. Xadim sanki, təə`ccüblənən kimi olur ki, yə`ni, bütün pulları ona verim? Həzrət buyurdu: Ver! Allaha xatir yaxşı niyyətdə ol. Xadim pulları sailə verəndə, Həzrət saili səsləyib, buyurur: Bizi üzürlü bil. Bundan artıq bir şeyimiz yox idi. Sonra belə məzmunda bir şe`r buyurdu:
"Tələsik bizim yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxtı gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az bir hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki, bizdə sənin abır–həyanın müştərisi deyilik və onu almamışıq." 1
İnsanın sailə verdiiyi sədəqə əvvəlcə, Allahın əlinə çatır. Sədəqə barəsində olan rəvayətlərdən zikr etdik. Bu cəhətdən sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. Bu hədisdə gördük ki, İmam Müctəba (əleyhissalam) özünün yüksək dərəcəli məqam və ruhiyyəs ilə saillə necə rəftar edir. Əvvəla, evində hər nəyi vardısa sailə verir. İkinci, az verdiyinə görə üzürxahlıq istəyir. Bu da əslində, Həzrətin məktəbinin tərəfdarlarına böyük bir tərbiyəvi dərsdir.
İMAM HÜSEYN (ƏLEYHİSSALAM)-DAN HACƏT
İbni Əsakir özünün "Tarix Kəbir" kitabında yazır: Bir nəfər dilənçi Mədinənin küçələrindən keçərək İmam Hüseyn (əleyhissalam)-ın evinin yanına çatır. Qapını döyüb belə dedi:
“Bu vaxta kimi heç bir dilənçi sənin hədiyyəndən mə`yus olmamış, hər kim qapını döymüşsə, mə`yus olmamışdır. Sizlər, bəxşiş sahibi və sərçeşməsi sayılırsınız. Alicənab babalarınız isə fasiqləri məhv edənlərdir.! "
Həzrət namaz halında idi. Namazı tez qılıb dilənçiyə tərəf gəlir. Fəqirin solmuş üzünü müşahidə edir. Qənbəri çağırıb buyurur: Nə qədər pulumuz var? Ərz edir: İki yüz dirhəm varımızdı. Əmr etmişdiniz ki, onu da övladlarınıza verim. Həzrət buyurur: Onlardan da ehtiyaclı gəlib. Get pulu gətir. Qənbər pulu gətirib fəqirə verir. Həzrət fəqirin şe`rinin cavabında belə buyurur:
“Bu hədiyyəni götür. Mən səndən üzr istəyirəm. Bil ki, sənə qarşı mərhəmət və mehribançılığım var. Əgər başqa cür olsaydı, bizim hədiyyəmiz sizin başınızdan yağardı. Lakin, zəmanə dəyişib və dünya bizim əlimizdə azdır. “
Fəqir ərəb hədiyyəni alıb dalı-dalı çölə çıxır və bu məzmunda şe`r deyir:
“Siz Əhli-beytə pak və təmizlik libası geyindirilib və hər yerdə adınız çəkilsə, sizlərə salam göndərirlər. Böyüklərimizsiniz. Kitab elmi, İlahi vəhy və Qur`an sizin evinizdədir. Hər kim nisbət verilərkən Əlinin övladlarına nisbən verilməsə, heç bir iftixarı yoxdur! "1
Dostları ilə paylaş: |