Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


HƏCCƏ DƏ`VƏT, ALLAHIN İNSANA MİNNƏT!



Yüklə 21,47 Mb.
səhifə19/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

HƏCCƏ DƏ`VƏT, ALLAHIN İNSANA MİNNƏT!


Allah-taala, insana minnət qoyaraq kəramət tacını onun başına qoyur, yatmış fitrətini oyadır, haqqı tanımaq hissini və şükr etmək meylini onda dirçəltməklə həccə və evini (Kə`bəni) təvaf etməyə də`vət edir. Buyurur:

Onun yoluna gücü çatan r bir kəsin həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.”1

Yə`ni, sən ki, fitrətinə əsasən, haqqı tanıyansan və Mən də sənin Xaliqin və mütləq şəkildə ruzi verəninəm, deməli bu haqq varımdı ki, şükr etməkdən ötrü səni Öz evimə də`vət edib, ziyarət etməyini e`lan edim.

HƏCCİN TƏƏCCÜBLÜ BƏRƏKƏTLƏRİ


Allah-taala tərəfindən Kə`bə evinin zəvvarına əta etdiyi xeyir və bərəkətin əzəmətini dərk etməkdən və bu savabın bir guşəsini bilməkdən ötrü rəvayətlərə müraciət edək. (Əlbəttə, əvvəlcədən bir sıra rəvayətlərə işarə etmişdik)

Sə`d Əskaf nəql edir: İmam Baqir (əleyhissalam)-dan eşitdim ki, buyurur:2 Həccə azim olan şəxs, müqəddəmat işlərini rdükdə, həccin işinə aid r bir işdən ötrü atdığı r bir addıma, Allah-taala, on ehsan yazar və on nahından keçər, on dəfə məqamı Allah yanında yuxarı qalxar. Müqəddəmat işlərini qurtarıb evdən çıxıb yola düşdük ali mərtəbələrə çatar"

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur:

Həccdən qayıdan hacılar üç dəstədirlər: Bir dəstəsi Cəhənnəm atəşindən xilas olanlardır. Bir dəstəsi anadan təzə doğulmuş uşaq kimi günahlardan xaric olub gələrlər. Üçüncü dəstə isə mal-dövlət və əhli-əyalının öz yerində sağlam olması halında qayıdarlar. Bu, hacıya aid olan ən az bəhrədir.3

Onların arasındakı fərqlər də aydındır. Çünki, niyyətlər fərq edir. Fərq, Kə`bə evinin sahibinin tanınması, ibadətin şirinliyini dərk etmək və həcc əməllərindən tə`sir alınmasındadır.

  1. SƏDƏQƏNİN HAQQI



وَأَمَّا حَقُّ الصَّدَقَةِ فَأَنْ تَعْلَمَ أنَّها ذُخرُكَ عِنْدَ رَبكَ وَوَديعَتُكَ الَّتِي لا تَحْتَاجُ إلَى الإشْهَادِ، فَإذا عَلِمْتَ ذَلِك كُنْتَ بمَا اسْتَودَعْتَهُ سِرًّا أَوْثقَ بمَا اسْتَوْدَعْتَهُ عَلانِيَةً، وَكُنْتَ جَدِيرًا أَنْ تَكونَ أَسْرَرْتَ إلَيْهِ أَمْرًا أَعْلَنْتَهُ، وَكَانَ الأَمْرُ بَيْنَكَ وبَيْنَهُ فِيهَا سِرًّا عَلَى كُلِّ حَالٍ وَلَمْ تَسْتَظْهِرْ عَلَيْهِ فِيمَا اسْتَوْدَعْتَهُ مِنْهَا بإشْهَادِ الأَسْمَاعِ وَالأَبْصَارِ عَلَيْهِ بهَا كَأنَّهَا أَوْثقُ فِي نَفْسِكَ لا كَأنَّكَ لا تثِقُ بهِ فِي تَأْديَةِ وَديعَتِكَ إلَيْكَ، ثُمَّ لَمْ تَمْتَنَّ بهَا عَلَى أَحَدٍ لأَنّهَا لَكَ فَإذا امْتَنَنْتَ بهَا لَمْ تَأْمَنْ أَنْ تَكُونَ بهَا مِثْلَ تَهْجِينِ حَالِكَ مِنْهَا إلَى مَنْ مَنَنْتَ بهَا عَلَيْهِ لأَنَّ فِي ذلِكَ دَلِيلاً عَلَى أَنّكَ لَمْ تُرِدْ نفْسَكَ بهَا، وَلَوْ أَرَدْتَ نفْسَكَ بهَا لَمْ تَمْتَنَّ بهَا عَلَى أَحَدٍ. وَلا قُوَّةَ إلا باللهِ.

Sədəqənin haqqı budur ki, biləsən, o sənin Allah yanında zəxirən və yığdığın savabdır. Elə bir əmanətdir ki, şahidə ehtiyacı yoxdur. Bunu bildinsə, gizlində verdiyin sədəqənin əmanətdə qalmasına, aşkarda verdiyindən daha çox arxayın olacaqsan. Yaxşı olar ki, aşkarda gördüyün xeyir işi, gizlində görəsən və hər halda səninlə sədəqələrin arasında örtük olsun.



Sədəqələrdə, gözlər və qulaqları şahid tutma. Çünki, belə bir şeyə ehtiyac yoxdur. Arxayınsan ki, onun savabı sənə qayıdacaq. O kəslər kimi olma ki, sədəqinin savabının özünə qayıtmasına e`timad etmirlər.

Sonra heç bir kəsə sədəqə verdiyinə görə minnət qoyma. Çünki, o, sənin öz malındır. Əgər sədəqə verdiyinə minnət qoysan, heç də arxayın olma ki, sədəqə verdiyin şəxsin gününə düşməyəcəksən. Çünki, bu bir dəlildir ki, sən onu özündən ötrü istəməmisən. Əgər özündən ötrü istəsəydin, heç kəsə minnət qoymazdın. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur!”

“Həcən" sözü ərəbcədən, “başı aşağı və pisə dönmək" mə`nasındadır. “Həccəl-əmrə"yə`ni, “onu eybli bildi və pis fikirləşdi.”

Ümumiyyətlə, İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində üç mühüm mətləbə də işarə buyurmuşdur:

Birinci mətləb: Sədəqə zəxirə olub, aradan gedən və məhv olan bir şey deyildir. Əslində, belə bir fikir səhv olar ki, mal, sədəqə verənin əlindən çıxıb məhv olur. Bəlkə də, sədəqə vermək, dünyada Axirətə görə bəhrə aparmaqdır. Necə ki, Qur`an buyurur:

Allahın sənə verdiyindən özünə Axirət qazan. (Malını Allah yolunda sərf et) Dünyadakı nəsibini də unutma!”

Ən yaxşı bəhrə odur ki, gördüyün əməl fani yox, bəlkə də, əbədi və cavidan olsun.

İkinci mətləb: Gizlində sədəqə vermək, aşkarda verməkdən mühümdür. Ola bilsin, bu da ona görə olsun ki, aşkar sədəqə verdikdə riya və minnət qoymaq ehtimalı olsun. Bununla da sədəqə alan bşqalarının gözündə kiçik görünsün.

Üçün mətləb: Sədəqənin tə`sirinin aradan getməməsindən ötrü minnətlə olmamalıdır. Sonradan işarə edəcəyik ki, sədəqə, əvvəl Allahın əlinə yetir. Mühüm budur ki, sədəqə verəndə, ali bir tərbiyət xüsusiyyəti vücuda gəlməlidir ki, hər şeyin həqiqi maliki Allah-taaladır. Sədəqə verən vasitədən başqa bir şey deyildir. Ona görə də, sədəqə verəndə bəndəlik və ibadət mə`nası özünü tapır.

QUR`AN NƏZƏRİNDƏ “SƏDƏQƏ”


İmam Səccad (əleyhissalam)-ın sədəqə barəsində buyurduqları, Qur`ani-Kərimdə müxtəlif bənzətmə və məsəllərlə zikr olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik. Ayələrə işarə etməzdən əvvəl izah etmək lazımdır ki, sədəqə, insanın Allah yolunda öz malından bir şey verməsidir. O da zəkatdan ümumidir. Həm vacib, həm də müstəhəbb vergiyə sədəqə deyilir. Amma, zəkat yalnız, vacib sədəqəyə deyilir. “Bəqərə" surəsində Allah-taala buyurur:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin r birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. Allahın lütfü genişdir. O r şeyi biləndir!”1

Bu ayədə "buğdanı" məsəl gətirməklə, sədəqənin necə bərəkətli olması bəyan olunur. İnfaq edənlərin bərəkətli toxumlara bənzədilməsi, çox diqqəti cəlb edən və dərin mə`nalıdır. Qur`an demək istəyir ki, hər bir insanın əməli onun özünün vücudu ilə bağlıdır. Əməl nə qədər geniş olsa, insanın vücudu da böyüyər. Məgər belə deyil ki, insanın əməllərinin şəklinin dəyişməsi onun qüvvə və cisminin dəyişməsinə səbəb olur?

Misal, əslində təhəqqüq tapmış bir fərzi qissədir ki, başqa bir şeylə oxşarı vardır. Belə misallar, o cəhətdən gətirilir ki, müxatəbin zehni, oxşadılmışı yaxşı dərk etsin. Bu ayədə, malını Allah yolunda sərf edən şəxs, toxum əkən bir əkinçiyə bənzədilir. Toxum yeddi ədəd olsa, yüz danə verər. Bu işin əslində vaqeiyyəti olmasa da, əsl mə`nanı bizə aydın şəkildə çatdırır.

Allah yolunda xərcdən məqsəd, Allahın razılığına səbəb olan hər bir əməldir.

İNFAQ VƏ TƏBƏQƏLƏŞMƏ MÜŞKÜLÜNÜN HƏLLİ


Ən böyük ictima müşküllərdən biri, insanın indi də düçar olduğu və bütün texnikanın inkişafına baxmayaraq, daha da genişlənməsinə səbəb olduğu “fəqirlik”, digər təbəqənin isə sərvətlənməsi problemidir. Aydındır ki, cəmiyyətin bir qismi dövlətli və sərvətli olub, digər mühüm qisməti isə fəqirlik və aclıqda olarsa, belə cəmiyyət çox davam gətirməz və əsl səadətə yetişməz. Belə cəmiyyətdə iztirab, həyəcan, pislik, düşmənçilik və müharibə sözsüzdür.

Qur`an ayələrinə diqqət etdikdə aydın olur ki, İslam dininin mühüm hədəflərindən biri, ədalətsizlik nəticəsində cəmiyyətdə yaranmış dövlətli və kasıblıq, fəqirlik sinifləşməsini aradan aparmaqdır. Bununla da, başqalarının köməkləri olmadan yaşaya bilməyənlərin həyat səviyyələrini ən azı adi yaşayış səviyyəsinə çatdırsın. Bu mühüm hədəfə çatmaqdan ötrü İslam dinində, sələmçilik mütləq şəkildə haram buyurulmuş, İslami vergilər, o cümlədən zəkat, xüms və s. vacib infaq, borc vermək, vəqf və müxtəlif mali köməklərə təşviq olunmuşdur.


İNFAQIN MÜXTƏLİF HƏDƏFLƏRİ VƏ NƏTİCƏLƏRİ


Aşağıdakı ayələr, infaq və sədəqənin müxtəlif nəticələrini yaxşı bəyan edir. Qur`an buyurur:

Ey iman tirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa stərmək üçün) sərf edən, Allaha və Axirət nünə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübsiz ki, Allah, kafirləri haqq yoluna yönəltməz!”1

Ayədə “səfvan" sözü ərəbcə, cəm şəklində olub, tək şəkli “səfvanə”, yə`ni, saf daş mə`nasındadır.

“Vabil" sözü də ərəbcə, “güclü və iri dənəli yağış" deməkdir. “Səld" sözü də ərəbcə “saf daş" mə`nasındadır.

Möhkəm bir daş parçasını nəzərə alın. Nazik torpaq örtüyü onun üzərini örtmüşdür. Bitməyə hazır olan toxumları bu torpağa səpsinlər və açıq havada günəşin tə`siri altında qərar tutmuş olsun. Sonra dolu yağışlar bu torpağın üstünə yağsın. Şübhəsiz ki, bu dolu yağışlar yalnız, üzərində toxum olan torpağı yuyub aparmaqdan başqa bir iş görməyəcək. Üzərində heç bir şey bitirməyə qabiliyyəti olmayan möhkəm daş, özünü aşkar edəcəkdir. Bu heç də o səbəbə görə deyil ki, azad hava, yağışın yağmasının pis tə`siri var, bəlkə də, ona görədir ki, toxumların səpildiyi yer namünasib olmuşdur. Toxum səpilən yerin zahiri yumuşaq, batini isə möhkəm olub, qeyri-nüfuzedici olmuşdur. Onun üzərini yalnız, nazik torpaq örtüyü örtmüşdür. Halbuki, bitkinin inkişafından ötrü yerin üzərindən əlavə, onun dərinliklərinin də bitkinin köklərinin inkişaf etməsindən ötrü şəraitə malik olması lazımdır.

Qur`an, daş ürəkli qəlblərdən sərçeşmə almış, minnət və əziyyətlə qatışmış riyakarcasına infaq və sədəqəni, möhkəm daşın üzərinin nazik torpaqla örtülməsinə bənzədir. Belə daşdan heç bir bəhrə almaq olmaz. Bəlkə də, bağbanın zəhmətini bada verər. Bu ayə də, riyakarcasına infaq və sədəqə verənlər və minnət qoyanlar barəsində misaldır. Əvvəlcə zikr etdik ki, İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində buyurmuşdu: Sədəqə və infaq etdikdə h kəsə minnət qoyma. Çünki, onu özünün xeyrinə rə vermisən (savabı özünə çatır)"

“Təfsiri nümunə" kitabında bu ayənin izahı barəsindəki bir neçə mətləbə işarə edək:

1. “Minnət qoymaqla sədəqələrinizi puça çıxarmayın" cümləsindən mə`lum olur ki, bir sıra əməllər var ki, yaxşı əməllərin savabını aradan aparır. Bu, həmin “puç olmaq" məsələsidir ki, “Bəqərə" surəsinin 217-ci ayəsində onun izahını verdik.

2. Riyakarcasına görülmüş əməlin üzərini, nazik torpaq örtmüş daş parçasına bənzədilməsi çox gözəl bir oxşatmadır. Çünki, riyakar şəxslər öz qəsavətli batinlərini zahirdə xeyirxahlıq və yaxşılıq etməklə örtürlər. Qəlblərində heç bir kökü olmayan əməlləri yerinə yetirirlər. Lakin, həyat yolları tezliklə o pərdəni kənara atır və onların batinləri aşkar olunur.1

QUR`ANDAN BAŞQA BİR MİSAL


Qur`ani-Kərimdə oxuyuruq:Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər, uca təpənin üstündə olan bir dağa bənzərlər ki, ora düşən bol yağış oranın meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şəbnəm (şeh) də ona kifayət edər. qiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) rəndir!”2

Yamyaşıl və bar verən bir bağı nəzərdə tutun ki, uca və bol məhsul verən, günəşin çox şüası və azad havası olan yerdə qərar tutmuşdur. Bol yağış, bu yerə yağıb bərəkət verir. Yağış yağmayan vaxt bağ, xırda yağış və şeh vasitəsi ilə də öz təravət və gözəlliyini hifz edir. Nəticidə, belə bağ, başqa bağlardan iki dəfə çox meyvə verir. Çünki, uca yerdə qərar tutub, azad hava və kifayət qədər günəşin nurundan bəhrələnir. İki gözün tamaşası onu özünə cəlb etməsindən əlavə, belə bağ, sel və su daşğınlarından da amandadır. Öz mallarını Allah yolunda sərf edib, Onun razılığını ələ gətirmək, iman və yəqinliyin möhkəmlənməsi üçün sədəqə verənlər, həmin bağ kimi olub, bərəkətli və dəyərlidir.

Ayə barəsində “Təfsiri nümunə”dən iki mətləbə işarə edirik:

1. Ayədəki “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmlətməkdən ötrü infaq edənlər”- cümləsi, düzgün və Allah yolunda olunmuş xərcin hədəflərini bəyan edir. O da iki şeydir: Allahın razılığını ələ gətirmək, iman ruhunu möhkəmlətmək və qəlbin arxayınlığı. Cümlədə qeyd olunur ki, əsl infaq edənlər o kəslərdir ki, yalnız Allahın razılığını ələ gətirib, insani fəzilətləri artırıb, öz batini ruhiyyələrini möhkəmlətmək üçün infaq edirlər. Həmçinin, belə şəxslər öz vicdanları və mərhumlar müqabilində məs`uliyyət hissindən vücuda gəlmiş iztirablarını sakitləşdirməkdən ötrü xərc edirlər.

2. Allah nə etdiklərinizi rəndir"- cümləsi, ayənin axırında zikr olunmaqla bütün yaxşı əməl görmək istəyənlərə xəbərdarlıq edir ki, öz niyyətlərində ehtiyatlı olsunlar. Çünki, ən kiçik riyakarlıq və niyyətdə şirk, infaqlarına zərər gətirir. Çünki, Allah-taala onların əməllərinəd tamamilə agahdır.1

GİZLİN VƏ AŞKAR SƏDƏQƏLƏR


İmam Səccad (əleyhissalam) sədəqənin gizlində verilməsinə daha çox tə`kid edir. Bu bəyanla ki: “Qulaqları və zləri sədəqə verməyinə şahid tutma!" Ola bilsin, bu ifadə müstəhəbb sədəqə vermək barəsində olsun. Yoxsa, vacib sədəqə sayılan zəkatı aşkar verməkdə heç bir mane yoxdur. Allah-taala “Bəqərə"surəsində bu barədə buyurur:

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin, onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah, etdiyiniz hər bir işdən xəbərdardır!”2

Şübhəsiz ki, sədəqə və infaqın aşkarda yaxud, gizlində verilməsinin hər birinin xüsusi faydası vardır. Aşkar infaq da xüsusilə, vacib olarsa (məsələn, zəkat), insanların bununla, « bu işə təşviq olunmasından əlavə, “vacib vəzifəsinə əməl etmədi”- töhmətinə də son qoyulur. Əgər aşkar verilən sədəqə müstəhəbb olarsa, əslində, insanlara mərhumların müqabilində xeyir işlər görmələrinə təşviq olan bir növ təbliğdir.

Əgər infaq gizlində olarsa, qəti olaraq riyakarlıq, özünü göstərmək hissi çox azalar. İxlası çoxalar və bununla da məhrumların abır-həyası hifz olunmuş olar.

Bə`zi rəvayətlərdə aşkarcasına qeyd olunub ki, vacib infaqın aşkarda verilməsi daha yaxşıdır. Həmçinin, müstəhəbb infaqlar gizlində verilsə daha yaxşıdır. Bu mətləb “Məcməul-bəyan" təfsirində nəql olunmuşdur.

Ayədəki “nahlarınızdan bə`ziləri bağışlanar”- cümləsindən mə`lum olur ki, Allah yolunda xərc etməyin günahların bağışlanmasında dərin tə`siri vardır. Əlbəttə, bu mə`nada yox ki, bütün günahlar bağışlanılır.

Hər halda, infaq etməkdə ən tə`sirli şey, pak və xalis niyyətlə əməl etməkdir. Əhalinin bilməsi və bilməməsi çox da mühüm deyildir. Mühüm, Allahın bilməsidir. Çünki, insanın mükafatını verən, aşkar və gizlindən agah olan yalnız, Allahdır!

İNFAQ VƏ SƏDƏQƏNİN İNSANIN HƏYATINDA ROLU!


Qur`an buyurur: Ya Məhəmməd! İnsanları (qeyri-müsəlmanları) doğru yola yönəltmək sənin borcun deyildir. Sənin vəzifən ancaq onları haqq yola də`vət etməkdir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. Malınızdan sərf etdiyiniz r hansı bir şeyin xeyri (mənfəəti) ancaq özünüz üçündür. Siz yalnız, Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz r hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!”1

"Məcməul-bəyan" təfsirində bu ayənin nazil olma səbəbi barəsində, İbni Abbasdan nəql olunur ki, müsəlmanlar qeyri-müsəlmanlara infaq etməyə hazır olmurdular. Yuxarıdakı ayə nazil olur və onlara icazə verir ki, lazım olan vaxtda bu işi yerinə yetirmək lazımdır.

Ayədəki “Malınızdan sərf etdiyiniz r hansı bir şeyin xeyri ancaq özünüz üçündür”- cümləsindən başa düşülür ki, infaqın mənfəəti infaq edənin özünə çatır. Bu yolla, Qur`an, infaq edənləri bu insani əmələ təşviq edir. Bir mətləb də qətidir ki, insan biləndə ki, hər hansı əməlinin mənfəəti özünə qayıdacaq, onda bu işə qarşı daha çox meyl edir.

İnfaq və Allah yolunda xərc etməyin həm maddi, həm də mə`nəvi cəhətdən mühüm tə`sirləri vardır. Mə`nəvi cəhətdən, bağışlamaq ruhiyyəsi, bəxşiş və bir növ dostluq və qardaşlıq yaradır. Əslində, infaq edənin şəxsiyyətinin pərvərişində mühüm vəsilə kimi olur.

Maddi nəzərdən isə cəmiyyətdə təbəqələşmə azalsın. Əvvəlcədən işarə etdik ki, hər hansı bir cəmiyyətdə məhrum və fəqrlərin çoxalması xətərli partlayışlara səbəb ola bilər. Bu halda, həm fəqirin, həm də varlının həyatı çətinləşir. Beləliklə, infaq həm ictimai, həm iqtisadi və həm də müxtəlif maddi və mə`nəvi cəhətdən infaq edənlərə fayda verir.

Ancaq, ayədəki “Vəchullah" sözü ərəbcə, “vəch" surətə və bə`zən də “zat" mə`nasında işlənilir. Ola bilsin bu mə`nada olsun ki, infaq edənlərin niyyəti Allahın pak zaatına xatir olmalıdır. “Vəch" sözü, kinayə ilə Allah barəsində işlədilir. Aydındır ki, Allah nə cismdir və nə də surəti vardır.

Ayədəki “Mallarınızdan verdiyiniz r hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir”- cümləsindən aydın olur ki, güman etməyin ki, sizin infaqınızdan sizə yalnız, azca fayda olar, bəlkə də, sərf etdiyiniz hər bir şeyin əvəzi tamamilə sizə qaytarılacaqdır. Sizin bu işiniz barəsində azacıq da olsa zülm olunmaz. Bu cümlə, əməllərin təcəssüm olunmasına da bir dəlil ola bilər. Çünki, deyilir: İnfaq etdiyiniz şey sizə qaytarılacaqdır." İndi də bu mövzudakı rəvayətlərə müraciət edək.

SƏDƏQƏ VƏ ONUN TƏ`SİRLƏRİ RƏVAYƏTLƏRDƏ


Çoxlu rəvayətlərdə sədəqənin tə`sirləri barəsində nəql olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik:


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin