Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə5/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   2   3   4   5   6   7   8   9   ...   111

NƏFSİN HAQQI



وَأَمَّا حَقُّ نَفْسِكَ عَلَيْكَ فَأَنْ تَسْتَوْفِيَهَا فِي طَاعَةِ اللهِ فَتُؤَدّي إلَى لِسَانِكَ حَقَّهُ وَإلَى سَمْعِك حَقَّهُ وَإلَى بَصَرِكَ حَقّهُ وَإلَى يَدِكَ حَقَّهَا وَإلَى رِجْلِك حَقَّهَا وَإلَى بَطْنِكَ حَقَّهُ وَإلَى فَرْجِكَ حَقَّهُ وَتَسْتَعِينَ باللهِ عَلَى ذَلِك.

«Amma sənin öz nəfsinə haqqın [hüququn] budur ki, onu tamamilə Allah yolunda itaətdə qərar verəsən. Belə olan halda dilinin, gözünün, qulağının, əlinin, ayağının, qarnının və cinsi üzvlərinin haqqını [hüququnu] əda et. Onların haqqını əda etməkdə, Allahdan kömək istə!"

NƏFS SÖZÜNÜN LÜĞƏTDƏ MƏ᾿NASI VƏ İSTİFADƏ YERLƏRİ


İlk öncə, "nəfs" sözünün lüğətdə mə᾿naları və onun işlədilmə yerləri ilə tanış olaq. Tanınmış lüğətşünas Rağib İsfahani, "nəfs" sözünü «ruh» mə᾿nasıda bilir. Bu iddiasına, Qur᾿ani-kərimdən bir neçə nümunə gətiririk.1 O ayələrdən:

1. «Çıxarın canlarımızı2

2. "Bilin ki, Allah sizin qəlblərinizdə olanı bilir. Allahdan qorxun!"3

3. "Sən mənim ürəyimdə olan r bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm."4

Bütün bu ayələrdə "nəfs" sözü, "ruh və ya can" mə᾿nasında işlədilmişdir.

Rağib, "nəfs" sözünə başqa bir mə᾿na da vermişdir. O da budur ki, əslində «nəfs», hava və oksigenə deyilir ki, insan onu ağzının vasitəsilə bədəninə daxil edir. Başqa tərəfdən karbon qazı insanın bədənindən xaric olur. Bu «nəfs», insanda qida maddəsi rolunu oynayır. Onun kəsilməsi ilə ölümün gəlməsi qətidir. Mərhum Şeyx Təbərsi:



«Ancaq, özlərini aldadırlar!"1 ayəsinin şərhində buyurur: Nəfsin üç mə᾿nası var: Əvvəl, «ruh» mə᾿nasındadır, ikincisi, "tə᾿kid" mə᾿nasında. Məsələn, Zeydin özü gəldi. Üçüncüsü, «zat» mə᾿nasında. Əsl mə᾿na, həmin üçüncü mə᾿nadır.

QUR᾿ANDA NƏFS SÖZÜNÜN MƏ᾿NALARI


1. Təbərsinin buyurduğu kimi Qur᾿ani-kərimdə, «nəfs"sözü ən çox «ruh» mə᾿nasında işlədilmişdir. Ayələrdən birində buyurur:

«Allah [əcəli çatan kimsələrin] canlarını onlar öldüyü zaman, bədəni ölməyən ruh isə yuxuda olar. O vaxt yuxuda aldığı ruhu saxlayar. Əgər sahibinə ölüm hökmü yazılmış olsa, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar."2

2. «Nəfs», zat mə᾿nasında işlədilir. Nümunə üçün bu ayədə buyurur: «Qorxun o ndən ki, h kəs və zat h kəsin və zatın əvəzində zalandırılmasın3

3. «Nəfs», qəlb və batin mə᾿nasında da işlədilib. Ayədə buyurur:

«Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan qəlbində və batində Rəbbini yad et!"4

«Yusif onu qəlbində və batində saxladı5

«Rəbbiniz qəlblərinizdə və ürəklərinizdə olanları ən yaxşı biləndir!"6

HİKMƏT SAHİBLƏRİNİN NƏFSİN NÖVLƏRİ BARƏSİNDƏ NƏZƏRLƏRİ


Sədri Mütəəllihin, Əbu Əli Sinadan (Şeyxürrəisdən) "Şifa" kitabında nəql edir ki, "nəfs" qüvvəsi üç qismə bölünür.

1. Nəbati nəfs: –Nəbati nəfs, təbii cisimdən ötrü təkcə, qida və inkişaf mayası sayılan ilk kamaldır.

2. Heyvani nəfs–təbii cismdən ötrü təkcə iradə ilə birlikdə, hiss və hərəkətdən ibarət olan ilk kamal hesab olunur.

3. İnsani nəfs–İnsani nəfs, qəlbi cismin, ağıl və ümumiliyin dərk etmək qüvvəsinə malik olub, çalışıb müxtəlif rəyləri gətirmək qabiliyyəti olan kamaldır. Sonra bu qisimlərin xüsusiyyatlarını bəyan edir.1

Əbu Nəsr Farabi (İkinci müəllim), özünün «Fususul-hikəm» kitabının 23-cü fəslində, "nəfs" barəsində belə deyir: "qiqətən, arxayın nəfs odur ki, öz dərki ilə ilk haqqı tanısın. Tanıdığı da ilk haqq olsun." Bu ifadənin izahında cənab İlahi Qomşeyi belə buyurur:

"Natiq nəfsin" (insani nəfsin) çox cəhətləri və tərəfləri vardır. Ləzzətə və heyvani şəhvətə şiddətli meyli olduğu cəhətinə görə ona "əmmarə nəfsi" deyirlər.

Şəhvətin çoxluğundan, çirkin əməlləri insanın gözündə gözəl göstərdiyinə görə ona "müzəyyinə nəfsi" deyərlər.

Heyvani məqsədindən ötrü hiyləgərlikdən istifadə edib, öz əməllərində yalan çöhrələri göstərdiyi cəhətdən ona "müsəvvələ nəfsi" deyirlər.

İnsan, hər vaxt çirkin bir iş gördükdə, əsas fitrətinə qayıdır və vicdanı özünü məzəmmət etdiyinə görə ona, "ləvvamə nəfsi"deyirlər.

Heyvani ləzzətlərdən xilas olub, şəhvət qüvvəsindən və qəzəbdən aram tapıb, ağıl ləzzətlərindən bəhrələndiyinə görə ona, "mütmə᾿innə nəfsi" deyirlər.

Nəhayət, insan öz nəfsini tamamilə həqiqi mə᾿şuq (mə᾿bud) müqabilində təslim edib, Onun meyl və razılığına görə özünü fani hesab etdiyinə görə onu, «raziyyə» və "mərziyyə nəfsi" adlandırırlar. Bu sözlərin və terminlərin hamısı Qur᾿ani-kərimdən götürülmüşdür. "Nəfsi mütməinnə", nəfsin kamal və ilk haqqı tanıyan mərhələsidir.

Beləliklə, "nəfsi mütmə`innə", yə᾿ni, pak və hər cür çirkinlikdən, kin-küdurətdən təmiz olan ruh.2

Molla Sədranın Əbu Əli Sinadan nəql etdiyi və İlahi Qomşeyinin onu izah etdiyi mətləbin xülasəsi budur. Biz də, Allahın köməyi ilə nəfsin mərtəbələrini Qur᾿an baxımından bəhs edəcək və bu barədə nazil olan ayələrə işarə edəcəyik.

NƏFSİN QUR᾿ANDA QİSİMLƏRİ VƏ MƏRTƏBƏLƏRİ


Qur᾿ani-Kərimdə nəfsin müxtəlif mərtəbələrinə işarə olunmuşdur. Biz xülasə şəklində onlara işarə edəcəyik.

1. Əmmarə nəfsi;

Ləzzət və şəhvət meyli olan nəfsin ilk mərhələsi, "əmmarə" adlanır. Yə᾿ni, həmişə insana əmr edir ki, onun xahiş və istəklərini yerinə yetirsin. Qur᾿an dili ilə "əmmarə" (çox əmr edən) adlanan nəfsin bu mərtəbəsi, insanın ən böyük düşmənidir. Böyük şəxsiyyətlər bu nəfsin şərrindən Allaha pənah aparmışlar. Qur᾿an, həzrət Yusifin dilindən belə deyir:



"Mən öz nəfsimi təmizə çıxartmıram. Allah tərəfindən mərhəmət və günahdan çəkinmək tofiqi mənə çatmasa, nəfs həmişə pis işlər görməyi əmr edər."1

Başqa bir ayədə buyurur:



«Amma kim Pərvərdigarın məqamından qorxmuş və nəfsinə va-vəsini qadağan etmişsə, qiqətən, onun yurdu nnətdir 2

Hədəf budur ki, insan «əmmarə nəfsinin» istək və tələblərinə cavab verməsin. Həzrət Əli (əleyhissəlam) bu barədə buyurur:



«Nəfsin təbiəti və adəti həmişə ədəbsizliyə tərəf yönəlmək və tüğyan etməkdir. Bəndənin vəzifəsi budur ki, öz nəfsini yaxşı ədəbləndirsin. Nəfs həmişə müxalifət meydanında cövlan edir. Bəndə çalışır ki, onun istəklərini nəzarətə alsın. Hər zaman onun cilovunu azad buraxsa, fəsad və tüğyanda onunla şərikdir. Hər kim nəfsinin istəklərində ona köməklik göstərsə özünün ölümündə nəfsi ilə şərikdir.»3

İmam Sadiq (əleyhissəlam) bu barədə buyurur:

«Öz nəfsindən ayrılmazdan əvvəl onun sənə zərər vurmağını azalt və zərərinin qarşısını al. Qeyri-şər᾿i işlərdən onu azad buraxmamağa çalış. Nəfsinə yatda ciddiyyətlə yaşadığın kimi rəftar et. Çünki, nəfsin sənin əməlinin girovundadır1

MEYLLƏRLƏ CİHAD


Həzrət Əli (əleyhissəlam) buyurur:

«Ən fəzilətli cihad insanın öz nəfsinin istəklərinə qarşı etdiyi cihaddır.»2

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:



«Şücaətli və güclü insanlara qalib gələn şəxs deyil, bəlkə də, o kimsə möhkəm və qüdrətlidir ki, öz nəfsinə hökumətlik edə bilsin.»3

Yenə də həzrət Əlidən (əleyhissəlam) bu mövzuda nəql olunur:



«Əyri işlərdən düzlüyə yönəlmək və həyatda möhkəm istiqamətli olmaqına görə öz nəfsinin istəkləri ilə (əlbəttə, qeyri-şər᾿i istəklərlə) mübarizəyə qalx. Alim olub cəhalətdən uzaqlaşmağına görə alimlərlə oturub dur!»4

Həzrət başqa bir əmrində buyurur:

«r kim öz nəfsinə kumət və rəhbərlik edə bilsə, axirətdə yaxşı dərəcəyə çatar5

QƏHRƏMANDAN DA GÜCLÜ


İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bir dəstənin yanından keçirdi. Onlardan birisi ağır bir daşı yerdən qaldırırdı. Cəmiyyət, onu tə᾿rifləyib alqışlayırdı. Əhali onun bu işindən təə`ccübə gəlmişdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onların yanına gəlib soruşdu: Bu nə səhnəsidir? Cavab verirlər ki: Ya Rəsulullah! Bu kişi ağır daşları qaldırır. Ona ağır daş qaldıran pəhləvan deyirlər. İslam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:

İstəyirsiniz ki, ondan da güclü və möhkəm şəxsdən sizə xəbər verim? Dedilər bəli! Buyurur: Bir şəxsə söyüş verilsin, amma o şəxs nəfsinə qalib lib onun müqabilində səbr etsin. m öz Şeytanına, m də dostunun Şeytanına qalib lsin!1

2. Ləvvamə nəfsi


Bura kimi haqqında ayələr və rəvayətlərdən istifadə edilərək bəhs edilmiş mövzu, insanı həmişə, pisliyə və çirkinliyə tərəf çəkən "əmmarə nəfsi" (çox əmr edən nəfs) idi. Belə nəfsin müqabilində, insanı həmişə, pis işlərinə görə məzəmmət edən «ləvvamə nəfsi"də (çox məzəmmət edən nəfs) vardır. Qur᾿ani-kərim bu ayədə and içərək buyurur: «And olsun Qiyamət nünə! And içirəm insanı nah etdiyi üçün qınayan nəfsə2

Əli ibni İbrahim öz təfsirində, İmam Sadiqdən (əleyhissəlam) nəql edir:



«Ləvvamə nəfsi, elə bir nəfsdir ki, Adəm oğlu günah etdi və qınanmış oldu.»3

Günaha mürtəkib olan şəxs, öz batinindən məzəmmət nidasını eşidər. O nida insana əzab və işkəncə verər.

Psixoloqlar və alimlər, məzəmmət edici nəfsi "vicdani əxlaq" adlandırırlar. Qur᾿an, ondan «ləvvamə nəfsi"ünvanı ilə ad aparmışdır. Ayədə, nəfs sözünün işlədilməsi, insanı günah zamanı məzəmmət edən qüdrət, onun orqanizminin bir hissəsini təşkil edir. Hədislərdə də deyilir ki: Bu ruhi qüvvə lap əvvəlcədən insanın vücudunda olub.

ÜMİDSİZLİK XƏSTƏLİYİ VƏ ONUN ƏLACI


İmam Səccad (əleyhissəlam) təvaf etməklə məşğul idi. Görür ki, camaat məscidin bir tərəfində cəm olub. Soruşdu: Burda nə xəbər var? Ərz etdilər: Məhəmməd ibni Şəhab Zöhri, ruhi xəstəliyə tutulub. Sanki, əqlini əldən verib. Ağzın açıb bir kəlmə danışmır. Əhli-əyalı, onu Məkkəyə gətiriblər ki, bəlkə əhalini görməklə dilə gəlsin. Təvaf qurtardıqdan sonra İmam Səccad (əleyhissəlam) cəmiyyətə tərəf gedib Məhəmməd ibni Şəhabın yanına gəlir. O həzrəti tanıyır. İmam ondan soruşur: Sənə nə olub?

Cavab verir: Şəhərlərin birində başçı idim. Günahsız bir şəxsin qanını tökdüm. Bu böyük günah, məni bu günə salıb.

Günahsızın qətli ölkə başçısını ayaqdan salmış və batini işgəncələri, onun ruhi xəstəliyinə səbəb olmuşdur. Günahının xəcalətindən ağzın açıb bir söz də danışa bilmir. Beləliklə, də zahirdə divanə şəklində olan bir adam surətinə düşüb.

İmam Səccad (əleyhissəlam) onun sözlərindən başa düşür ki, günahının bağışlanmasından naümid olub. Ona görə də, buyurur: Mən, sənin Allahın rəhmətindən ümidini üzmək günahının qorxusunu, günahsız qətl etməyindən çox bilirəm. Həzrət yenə davam edir: Qətlə yetirilənin qan bahasını varisinə ver. Günahkar cavab verir: Mən qan bahasını verdim, ancaq onlar qəbul etmədilər.

İmam buyurdu: zlə, nə vaxt onlar evdən çıxıb namaza getsələr, evin bacasından pul kisəsini evin içinə at.”1

İmam (əleyhissəlam) bu minvalla ona ümidsizlikdən əlac verdi. Ləvvamə nəfsinin və vicdan əxlaqının tə᾿siri budur.


3. MÜSƏVVƏLƏ NƏFSİ


Nəfsin başqa qismətlərindən biri də, «müsəvvələ» adlanır. Nəfsin bu xüsusiyyəti, insana çirkin və pis şeyləri zinətli göstərib, onu bu işləri görməyə təşviq edir. Qur᾿ani-kərimdə «müsəvvələ nəfsin» iki nümunəsi gəlmişdir:

YUSİF VƏ QARDAŞLARI


Yə᾿qub peyğəmbərin övladları, Yusifi atasından ayırıb onu quyuya atdıqda, nəfsləri onları aldatdı. Necə ki, Qur᾿an buyurur:

«Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər. Yə᾿qub dedi: Xeyr! Sizin öz həvayi-nəfsləriniz bu işi sizə gözəl göstərmişdir. Mən gözəl və yaxşı səbr etməliyəm. Dediklərinizin yalan olduğunu [sübut etməyə isə] ancaq Allahdan kömək istəyirəm.»2

Bu ayədə, "səvəllət" cümləsi ərəbcədən "təsvil" kökündən olub «zinət vermək» mə᾿nasındadır. Bə᾿zən onu «rəğbətləndirmək», bə᾿zən də "vəsvəsə etmək" mə᾿naları kimi təfsir edirlər. Ümumilikdə, bunların hamısını bir mə᾿nada cəm etmək olar. O da buna işarədir ki, tüğyanedici həvəslər, insanın ruhuna və fitrətinə sahib çıxdıqda ən çirkin günahları o cümlədən, qətlə yetirmək və ya qardaşı sürgün etməyi, insanın nəzərində elə zinətləndirir ki, günah sahibi onu zəruri və müqəddəs bir əməl kimi təsəvvür edir. Bu da, ruhi məsəllərdə ümumi bir qanuni yoldur. O da budur ki: Hər hansı bir məsələyə ifrat dərəcədə meyl etmək, xüsusilə bu meyl, çirkin əxlaqla olduqda, insanın həqiqəti aramaq fikrinin üstünə pərdə çəkilir və həqiqətlər onun nəzərində tamamilə dəyişir. Ona görə də, insan nəfsini pak etməyincə düzgün və doğru şəkildə mühakimə yürüdə bilməz. Bu əhvalatdan aydın olur ki, Yusifin qardaşları «müsəvvələ nəfsin» (aldadıcı nəfsin) vasitəsilə ən böyük cinayəti edirlər. Yalandan qanlı köynək düzəltməklə öz yalanlarını doğru və düzgün şəkildə cilvələndirmək istəyirlər. Həmin əhvalatda qardaşlar, Misirdən qayıdıb qardaşlarının oğurluq xəbərini Yə᾿quba verdilər. Yə᾿qub (əleyhissəlam) buyurur:



«Dedi: Sizin öz nəfsiniz mövzunu nəzərinizdə belə zinətləndirdi. Mən səbr edirəm. Gözəl səbr. Ümidvaram ki, Allah onların hamısını mənə qaytarsın. Çünki, O, bilən və hikmət sahibidir!»1

SAMİRİ


Qur᾿an buyurur: «Musa Tövartın lövhələrindən ötrü Tur dağına gedir. Gedərkən camaata buyurur: Mənim bu işim otuz n çəkəcək. Ancaq, Allah onun işini on n də artırır, qırx n çəkir. Bu on nlük gecikmə fasiləsində Samiri adlı şəxs Bəni-İsraili aldada bilir və onları buzova pərəstiş etməyə vadar edir. zrət Musa qayıdır və belə bir narahatedici mənzərə ilə rastlaşır. Əvvəl, qardaşı Harunu danlayıb məzəmmət edir. Qardaşının təqsirkar olmadığı mə᾿lum olduqda Samirini xitab qərar verib, buyurdu: Ey Samiri! Nəyə rə bu işi rdün? Samiri belə cavab verdi: Mən onların rmədiklərini rdüm. Mən o rəsulun (Allah elçisinin) ləpirlərindən bir az türdüm sonra onu atdım. Beləcə, öz nəfsim məqsədimi zlərim önündə cilvələndirdi1

Samiri təkəbbürlü və özündən deyən bir şəxs idi. Özünün huşyarlığı, qüdrəti və xüsusi məharəti vasitəsilə İsrail övladlarının zəif cəhətlərindən istifadə edib böyük bir fitnə yarada bilmişdi. Musanın (əleyhissəlam) zəhmətlərini görməməzliyə vurub, əhalini buzovpərəstliyə də᾿vət etmişdi.

Ayədə Samiri, öz çirkin əməlini, yə᾿ni, İsrail övladlarını zəlalətə salmasını "müsəvvələ nəfsinə" və ya özü-özünü aldatmasına nisbət verir. Söyləyir: "Beləcə nəfsim məqsədimi zlərim önündə cilvələndirdi."

Ayədəki, «Mən o rəsulun (Allahın elçisinin) ləpirindən bir az türdüm» cümləsində, «ləpirdən"məqsəd, ayağın altında olan torpaqdır. «Atdım» sözündən məqsəd isə o torpağı qızıldan düzəldilmiş buzovun heykəlinin içinə atmasıdır. Yaxud, belə mə᾿nalandırmaq olar ki, «iz və ya ləpirdən» məqsəd, tə᾿limatlardan bir qismini bilmək, «atmaq»dan məqsəd isə «Musanın tə᾿limatlarını kənara atmaqdır.»

Hər iki ehtimal olunmuş mə᾿nanın hansını qəbul etsək, belə bir mə`nanı çatdırmaq istəyir ki, Samiri, İsrail övladlarını zəlalətə salmaq əməlində öz nəfsinə aldanmış və belə bir böyük cinayətə əl atmışdır.

HƏSƏN BƏSRİNİN MÜSƏLMAN ÜMMƏTİNDƏ SAMİRİ ROLUNU OYNAMASI


Təbərsinin «Ehticac» kitabından nəql olunan hədisdə gəlib: Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) Bəsrəni fəth edən zaman əhali onun ətrafına yığışır. Onların arasında Həsən Bəsri adlı bir şəxs özü ilə yazı yazmaqdan ötrü xüsusi lövhələr gətirmişdi. Həzrət Əli (əleyhissəlam)-dan hər nə söz eşidirdisə, dərhal yaddaş edirdi. İmam Əli (əleyhissəlam) əhali arasında onu müxatəb qərar verib uca səslə soruşur: Nə edirsən? Cavab verir: Sizin əsərlərinizi və sözlərinizi gələcəkdə araşdırmaqdan ötrü qeydə alıram! Əmirəl-mö᾿inin (əleyhissəlam) buyurdu:

«Agah olun! Hər bir tayfanın və cəmiyyətin bir Samiriyə bənzər şəxsi var. Həsən Bəsri də bu ümmətin Samirisidir. Təkcə, Musanın (əleyhissəlam) dövründəki Samiri ilə fərqi budur ki, hər kim Musanın (əleyhissəlam) dövründəki Samiriyə yaxınlaşsaydı, deyərdi ki, mənimlə ünsiyyətdə olmayın. Lakin, bu Samiri əhaliyə deyir ki: Döyüşmək olmaz hətta, yolunu azmışlarla belə olsa da.»

Bu sözlər, Həsən Bəsrinin Cəməl döyüşünə qarşı etdikləri təbliğlərinə görə idi.1


4. MÜTMƏİNNƏ NƏFSİ


Nəfsin mərtəbələrindən biri də, «mütməinnə» (arxayın, xatircəm olan) nəfsdir. Bu mərtəbə, nəfsin ən uca mərtəbəsidir. Qur᾿ani-kərimdə belə oxuyuruq:

«Ey xatircəm olan nəfs! Rəbbinə tərəf dön! Sən ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə daxil ol!»2

Pərvərdigari-aləmin, iman sayəsində xatircəmlik və arxayınlıq halətində olan nəfsi Behiştə də᾿vət etməsi necə də səfalıdır! Hər iki tərəfin razılığı ilə qarışmış də᾿vət, öz mə᾿şuquna qəlbini vermiş aşiqin razılığı və onun ardınca məhbub və həqiqi məhbubun razılığı! Bəndələrin iftixar, bəndəlik libası ilə onu fəxrli etmək, xüsusi şəxslərin yolunu ona vermək və nəhayət, mö᾿mini Behiştə də᾿vət etmək!

Xatircəmlik, bir sıra dəyişiklikdən sonra qəlbdə olan sakitlik və aramlıqdır. Nəfsin sakitliyi, yəqinliyə və mə᾿rifətə yetmiş halətidir. Məşhur alim "Kaşifi"yazır:

«Ey xatircəm nəfs! Çətinlikdə və ne᾿mətli hallarda səbirli və dözümlü olub, Mənə şükr etdin! Allahın Öz kəramətindən sənə verdiyi yerə qayıt. Sənə verdiyim ne᾿mətlərdən razı olduğun halda!»3

MÜTMƏİNNƏ NƏFSİ ÖLÜM VAXTI


"Mütməinnə" nəfsinin ən gözəl cilvəsi, insanın ölüm vaxtı və xatir cəmliklə bu maddi aləmi tərk edib əbədiyyət aləminə qovuşması zamanı aşkara çıxır. Ravilərdən biri İmam Sadiqdən (əleyhissəlam) bu halət barəsində nəql edərək, yazır:

«İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Qurbanın olum! Ey Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladı! Məgər mö᾿minin ruhunun bədənindən çıxmasından ikrah edərmi? Buyurdu: Xeyr! Allaha and olsun, ölüm mələyi gələndə mö᾿minin ruhu azca narahat olar. Ölüm mələyi ona deyər: Ey Allahın dostu narahat olma! And olsun o Allaha ki, Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) göndərmişdir. Mən sənə atadan da mehribanam! Əgər sənin yanına gəlsə, gözlərini aç və gör!

Sonra buyurdu: Mö᾿min can verəndə, Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyn və başqa İmamlar (əleyhimussəlam) onun yanında hazır olarlar. Ona deyilmiş olar: Ey Məhəmmədin övladlarına görə aram tutmuş nəfs! Əlinin (əleyhissəlam) vilayətini qəbul edib, Rəbbinin sənə verdiyi mükafatdan razı halda ona tərəf qayıt! Məhəmməd və onun Əhli-beyti kimi bəndələrimin zümrəsinə gəl və Behiştə daxil ol! Ruhun yanında o səsdən yaxşı və nida edəni görməkdən başqa yaxşı şey yoxdur.»1

KAMİLLİYİN SON MƏRHƏLƏSİ, NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ APARMAQDIR


İnsanın kamilliyə yetişməsindən ötrü ilk mərhələdə, insan öz nəfsini tanımalı və bütün maddi meyllərinə göz yummalıdır. Bu mə᾿nanı Müşace adlı ravi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:

«Ğəvali-Ləali" kitabının müəllifi, bə᾿zi xəbərlərdə nəql edir ki, Mücaşe adlı bir kişi, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib və o həzrətdən çoxlu suallar soruşur. O cümlədən: soruşur: Ya Rəsulullah! Haqqı tanımağın yolu nədir? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verir: «Nəfsi tanımaqlıqda!"Soruşur: Haqla müvafiq olmağın yolu nədir? Buyurur: Nəfslə müxalifətçilik etmək.



Soruşur: Haqqın razılığına yetişməyin yolu nədir?

Buyurur: Nəfsi qəzəbə gətirmək.

Soruşur: Haqqa yetişməyin yolu nədir?

Buyurur: Nəfsin meyllərindən mühacirət etmək.

Soruşur: Haqdan itaət etməyin yolu nədir?

Buyurur: Nəfsin istəklərindən boyun qaçırmaq.

Soruşur: Haqqı xatırlamağın yolu nədir?

Buyurur: Nəfsi unutmaqlıq.

Soruşur: Haqqa yaxın olmağın yolu nədir?

Buyurur: Nəfsdən uzaqlaşmaq.

Soruşur: Haqla ünsiyyətdə olmağın yolu nədir?

Buyurur: Nəfsdən qorxmaq.

Soruşur: Bütün bunların hamısı ilə ünsiyyətdə olmağın yolu nədir?

Buyurur: Nəfslə mübarizə aparmaqdan ötrü Allahdan kömək istəmək.1

Bu maraqlı hadisədə, insanda kamilliyin ən yuxarı həddinə yetişməsini, onun haqqa yetişməsi və nəfsi ilə müxalifətçilik etməsində görür. Hədisdə, haqqın müqabilində zikr olunan yollar daha diqqətə layiqdir. Haqqı və nəfsi tapmaq, haqqla müvafiqlik və nəfslə müxalifətçilik, haqqın razılığı və nəfsdən uzaqlaşmaq, haqqa itaət və nəfsə qarşı günah, haqqı xatırlamaq və nəfsi unutmaq, haqqa yaxınlaşmaq və nəfsdən uzaq qalmaq.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisdə qeyd etdiyi vəsfləri ələ gətirməklə əsil ariflər sırasına düşmək olar.

NƏFSİN FİQHİ CƏHƏTDƏN HÜQUQU


Nəfsin hüququ bəhsinin sonunda, onu fiqhi cəhətdən araşdıracağıq. Qur᾿ani-kərimdə istifadə olunan (nəfsin) mə᾿nalarından biri də «həyat» (və insanın canı) mə᾿nasındadır. Elə bir mə᾿na ki, insanın ondan üstün heç bir qiymətli şeyi yoxdur. Qur᾿ani-kərim insanın canının qiymətini belə bəyan edir:

«Hər kəs bir kimsəni icazəsi və haqqı olmadan yaxud, yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o bütün insanları öldürmüş kimi olur. Hər kəs birisinin həyatının davam etməsinə səbəb olsa, o bütün insanları diriltmiş kimi olur.»1

Qur᾿an, günahsız bir mö᾿mini öldürməyi, ən böyük günahlardan sayır və cəriməsini bütün cərimələrdən üstün hesab edir.



«Hər kəs bir mö᾿min şəxsi qəsdən öldürsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lə᾿nət edər, (Axirətdə) onun üçün böyük əzab hazırlayar.»2

Qur᾿an başqa yerdə buyurur: «Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə qisas ixtiyarı verdik. Lakin, o da qətl etməkdə ifrata yol verməsin. »3

Qisas hökmü, Qur᾿ani-kərimin əbədi hökmlərindən biridir:

«Ey ağıl sahibləri, bu qisas [qisas hökmü] sizin üçün həyat deməkdir.»4

Qətl üç qisimdir:

1. Qəsdən öldürmə;

2. Qəsdən öldürməyə oxşama;

3. Səhvən öldürmə. Qəsdən qətlə yetirməkdə öldürülmüş şəxsin sahibinin ixtiyarı var ki, ya qisas alsın, ya da qan bahası almaqla qatili əfv etsin. Amma, qəsdən öldürməyə oxşar və ya səhvən qətldə qisas yoxdur. Öldürülmüşün yaxın qohum-əqrəbası yalnız, qan bahası ala bilər. Qəsdən öldrüməyə oxşar olan qətldə buyurulur ki, ölüm, öldürücü alətlərlə olmasın (bıçaq və s.). Qatilin də öldrümək qəsdi olmasın. Lakin, zərbə nəticəsində ölüm hadisəsi baş vermiş olsun.

Bəli! Qur᾿an baxımından qisas cəmiyyətdə həyata zəmanət verəndir. Qisas hökmünü qadağan etmək canilərə meydan verməkdir. Bununla belə qisas hökmündə ifrata yol vemək haramdır. Azad insanın qan bahası aşağıdakılardan biridir:



1. Altı yaşına keçmiş yüz dəvə;

2. 200 inək;

3. 1000 qoyun;

4. 200 top Yəmən parçası;

5. Hər misqalı 18 noxud olan, 1000 şər᾿i qızıl misqal;

6. 10000 dirhəm.

Xatırladaq ki, qadının qan bahası, kişinin qan bahasının yarısı qədərdir.1

BƏDƏN ÜZVLƏRİNİN HAQQI



  1. Yüklə 21,47 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin