Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə52/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   48   49   50   51   52   53   54   55   ...   111

MÖMİN, MÖMİNİN QARDAŞI


İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`min, mö`minin qardaşıdır. Ona yol stərən zü kmündədir. H vaxt ona xəyanət və zülm etməz. Onu aldadıb hiylə lməz. Verdiyi r bir və`dəsinə əməl edər."2

Başqa hədisdə Həzrət buyurur:

"Mö`min mö`minin qardaşıdır. Hamısı bir bədənin əzasına bənzərlər ki, r bir üzvü dərd tutsa, diri də ağrıyar. Onların hamısının ruhu bir ruhdan tutulub. Mö`minin ruhu, Allahla, nəşin nurunun nəşlə bağlılığı kimidir."3

QARDAŞLIQ ƏN BÖYÜK NE`MƏTDİR


Qur`ani-Kərim, Ali-İmran surəsində qardaşlıq ne`mətini insanlara çatdırır, buyurur:

"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-biriniz ilə qardaş oldunuz."4

Ayənin nazil olma səbəbi, bir-biri ilə düşmən olan "Ovs və Xəzrəc"adlı iki qəbilə barəsindədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Mədinəyə gələrkən, onların arasında sülh və qardaşlıq icad edir. Doğrudur ki, bu qardaşlıqdan sonra müxtəlif səbəblərdən dində düşmənçiliyə qayıtmaq istəyiblər, lakin, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) vaxtında onların ixtilaf atəşini söndürə bilir.

Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) müsəlmanlara göstəriş verir ki, dostluq, məhəbbət və qardaşlıqlarını bir-birinə e`lan etsinlər. Çünki, bu işin qardaşlıqda çox böyük tə`siri vardır. Həzrət buyurur: "Sizlərdən müsəlman qardaşlarnızdan birini dost tutduqda, bu dostluğu ona e`lan edin!"1

MÖMİN QARDAŞIN ZİYARƏTİNİN SAVABI


"Kafi" kitabında, "Mö`min qardaşın ziyarəti" fəslində, bu əməlin çoxlu savablarına işarə olunur. Onlardan bə`zilərinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) buyurur: "r kim dini qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm! "

Başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur: "Müsəlman, qardaşını ziyarət etməkdən ötrü evindən xaric olsa və onun bu işi yalnız, Allahın razılığını ələ tirməkdən ötrü olsa, Allah-taala, yetmiş min Məlaikəni ona vəkil edər. Mənzilinə qayıdarkən səsləyərlər: Xoş halına! Behişt sənə şirin olsun!"2

İslam dini, müsəlmanların belə gözəl göstərişlərlə vəhdət və birliyinə zəmanət vermişdir. Belə göstərişlər sayəsində mö`minlər şirin həyat tərzi keçirirlər.


HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ QARDAŞLAR VƏ ONLARIN VƏZİFƏLƏR


Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Qardaşlar iki dəstədirlər: Birinci: İnanılmış və qiqi qardaşlar. İkinci: Zahiri qardaşlar. Amma, qiqi qardaşlar insanın əli, qanadı və malı kimidirlər. Bəs nə vaxt belə inanılmış qardaş tanıdın, malını onun yolunda bağışla. Əlinlə ona kömək et. r kimlə dostdursa dost ol, r kimlə düşməndirsə, ona düşmən ol! Sirrini saxlayıb, eybini gizlət, yaxşılıqlarını aşkar et. Bil ki, onlar, qırmızı kibritdən də az tapılandırlar. Lakin, zahiri qardaşlardan yalnız, zahirdə bəhrələn və istifadə et. Bu yolda onlardan rabitəni üzmə. Ancaq, olanların batinindən bundan artıq bir şeyin intizarında olma! Onların şirin danışıq və rəftarı müqabilində, yaxşı rəftar edib şirin danış! "

Bu bəyanda Həzrəti Əli (əleyhissalam) insanların həqiqi və zahiri dostları müqabilindəki vəzifəsini tə`yin edir. Onlardan bəhrələnmə və vəzifə yollarını tanıtdırır. Yaxşı dostlardan ötrü mal, can və köməklərindən keçməli, zahiri dostlara isə gündəlik həyatda zahiri rəftarla kifayətlənməliyik.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin