Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QARDAŞLIQDA İNSAFA RİAYƏT ETMƏK



Yüklə 21,47 Mb.
səhifə53/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

QARDAŞLIQDA İNSAFA RİAYƏT ETMƏK


Həzrəti Əli (əleyhissalam) buyurur: "Qardaşlıq əlaqəsi, insaf və ədalətli rəftarla davam tapa bilər."1

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) yeddi yaşında, süd anası Həlimə Sədiyyəyə buyurur: Qardaşlarım hardadırlar? Cavab verir: Əziz övladım! Onlar, Allahın sənin vücuduna xatir bizə mərmət etdiyi qoyunları otarırlar. zrət buyurdu: Anacan mənim barəmdə insafla rəftar etməmisən! Anası soruşur: Nəyə rə? Buyurdu: Məgər layiqdir ki, mən xeymədə oturub süd əm, amma qardaşlarım biyabanda nün altında qalsınlar."2

Bu mövzuda yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Əməllərin ağası üçdür: 1. İnsafa riayət etmək 1. Allah yolunda qardaşa kömək etmək 1. r halda Allahı zikr etmək!"3

İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ QARDAŞLAR


İmam Sadiq (əleyhissalam) buyurur: "Qardaşlar üç dəstədirlər. Bir dəstə qida hökmündə olub, insanının ona həmişə ehtiyacı vardır. Bu dəstə şəxslər aqillərdir. İkinci, o dostlar ki, insan üçün dərd mikrob kimidirlər. Bu cür insanlar nadanlar ağılsızlardır. Üçüncü: Şəfa verən dərmanlar kimidirlər. Belə şəxslər, aqil zirəngdirlər."

Qardaşın hüquqları bəhsinin sonunda İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) mö`min qardaşın mö`minin boynunda olan otuz ədəd haqqını zikr etmək yerinə düşərdi. Bəlkə də, bu rəvayət, həmin mövzuda ən geniş və ətraflı rəvayətdir.


İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) NƏZƏRİNDƏ QARDAŞIN OTUZ HAQQI


İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Müsəlmanın müsəlman qardaşının boynunda otuz haqqı vardır. r bir müsəlman, bu quqları yerinə yetirməyib və ya müsəlman qardaşından bunlar barəsində halalllıq almayınca, qiyamətdə üzrlü olmaz:

1. Onun xətalarını bağışlasın.

2. Narahatçılıq vaxtı ona qarşı mehriban olsun.

3. Sirrini gizlin saxlasın.

4. Səhvlərinin əvəzini çıxsın.

5. Üzrünü qəbul etsin.

6. Pis danışanların müqabilində onu müdafiə etsin.

7. Həmişə onun xeyrini istəsin.

8. Onunla dostluğu qorusun.

9. Onunla əhdinə riayət etsin.

10. Xəstələnən vaxtı onu yoxlasın.

11. Ölən vaxtı onun dəfnində olsun.

12. Də`vətini qəbul etsin.

13. Hədiyyəsini qəbul etsin.

14. Xeyirxahlığını qiymətləndirsin.

15. Onun ne`mət olmasına şükür etsin.

16. Ona kömək etməyə çalışsın.

17. Onun namusunu qorusun.

18. Onun hacətini yerinə yetirsin

19. İstəyinə şəfaət etsin.

20. Asqıran vaxtı onu salamlasın.

21. İtirdiyini tapmaqda kömək etsin.

22. Salamına cavab versin.

23. Danışığını yaxşı bilsin.

24. Hörmətini saxlasın.

25. Andlarını təsdiq etsin.

26. Dostunu dost tutsun.

27. Onunla düşmənçilik etməsin.

28. İstər zalim, istərsə də məzlum olsa, ona kömək etməyə çalışsın. Zalim vaxtı ona köməkliyi bu olar ki, onu zülm etməkdən saxlasın. Məzlum olan vaxtı ona haqqını almaqda kömək etsin.

29.Onu müxtəlif hadisələrdə tək qoymasın.

30. Özünə istədiyi yaxşılıqlardan ona da istəsin. Özünə istəmədiyi pisliyi ona da istəməsin.

ÜMUMİ HÜQUQLAR

  1. KÖLƏ AZAD EDƏNİN HAQQI



وَأَمّا حَقُّ الْمُنْعِمِ عَلَيْكَ بالْولاءِ فَأَنْ تَعْلَمَ أَنّهُ أَنفَقَ فِيكَ مَالَهُ، وَأَخرَجَكَ مِن ذُلِّ الرِّقِ وَوَحْشَتِهِ إلَى عِزِّ الحُرِّيةِ وأُنسِها، وَأَطْلَقَكَ مِنْ أَسْرِ الْمِلْكَةِ، وَفَكَّ عَنْكَ حلَقَ الْعُبُودِيَّةِ وَأَوْجَدَكَ رَائِحَة الْعِزِّ، وَأَخرَجَكَ مِنْ سِجْنِ القَهْرِ، وَدَفَعَ عَنْكَ الْعُسْرَ، وبَسَطَ لَكَ لِسَانَ الإنْصَافِ، وَأَبَاحَكَ الدُنْيَا كُلَّهَا فَمَلَّكَكَ نفْسَكَ، وَحَلَّ أَسْرَكَ، وَفَرَّغَكَ لِعِبَادَةِ رَبكَ، وَاحْتَمَلَ بذَلِكَ التَّقْصِيرَ فِي مَالِهِ، فَتَعْلَمَ أَنّهُ أَوْلَى الخَلْقِ بكَ بَعْدَ أُولي رَحِمِكَ فِي حَيَاتِكَ وَمَوْتِكَ، وَأَحَقَّ الخَلْقِ بنَصْرِكَ وَمَعُونَتِكَ وَمُكَانفَتِكَ فِي ذَات اللَّهِ، فَلا تُؤثِرْ عَلَيْهِ نفْسَكَ مَا احْتَاجَ إلَيْكَ.

"Sənə azadlıq ne`məti bağışlayıb azad edənin haqqı odur ki, biləsən, o, öz malını sənin azad olmağına xərc edib, səni köləlik və onun vəhşətindən azadlıq izzəti və aramlığa çıxartdı. Səni mülk olmaq əsirliyindən xilas edib, köləlik lqələrini boynundan uzaqlaşdırdı. İzzət yelini sənə hazır etdi. Səni, qəhr zindanından azad edib, çətinliklərdən qurtardı. Ədalət dilni sənə açdı. Bütün dünyanı sənə mübah etdi. Əsirlikdən azad edib azadlıq ixtiyarının cilovunu öz əlinə verdi. Rəbbinə itaət etməkdən ötrü sənə aramlıq verdi. Öz malının azalmasına dözdü. Bəs bil ki, qohumlarından sonra insanlar içində, yatında və ölümündə sənə ən yaxın adamdır. Allah yolunda kömək olunmalı ən layiqli şəxsdir. Bəs nə qədər ki, möhtacdır özünü ondan qabağa salma!"

Bu bəhsdə İmam Səccad (əleyhissalam), azad olunmuş köləyə xəbərdarlıq edir ki, səni öz pulu və sərvəti ilə azad edən şəxs, köləliyin vəhşətindən, başqalarının köləliyindən, başqalarının sənin üstündə malik olmasından, iqtisadi müstəqillik, əqidə və fikir azadlığı, başqalarından xilas olub yalnız, Allaha bəndə olmaq azadlıqlarını sənə bəxş etmişdir. Belə şəxsin, azad olunmuş kölənin boynunda haqqı vardır. O da köməklik haqqıdır. Kölə çalışmalıdır ki, heç vaxt belə şəxsdən qabağa düşməsin və hər yerdə onun ehtiramını gözləsin.

Biz keçmiş bəhslərdə, malik və kölənin hüquqları, köləliyin yaranması, tarix boyu kölələrin əziyyətləri, onların azadlığa çıxması amilləri, xüsusilə, İslamda köləliklə mübarizə və tədriclə azadlığa də`vət barəsində geniş bəhs etmişik. Bu bəhsdə onları təkrar etmək istəmirik. Bu qismətdə yalnız, başqa mövzulara o cümlədən, azadlıq, əqidə azadlığı, fikir azadlığı, məkan seçmək və sair barəsində bəhs edəcəyik.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin