Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə55/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

MALİKİYYƏT AZADLIĞI


İmam Səccad (əleyhissalam) azad olunmuş köləyə buyurur: Səni azad edən malik, dünyada istədiyinə (halal yolla) malik olmağı sənə mübah etmişdir. Sənə fikir, əqidə, söz və malikiyət azadlığı bağışlamışdır. Beləliklə, azad olunmuş kölə, mal-dövlətə malik olmasında da, tamamilə azaddır.

Mə`lum olduğu kimi fərdi malikiyyət, insanın fitrətindən qaynaqlanır və həyatın rövnəqli olmasında, insanda ürək isintisi yaradır. İslam da, fərdi malikiyyəti müqəddəs bilib, öz qanunlarında tamammilə bu hüquqdan himayət etmişdir. Qur`an buyurur:

"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payları vardır."1

Bununlada, mə`lum olur ki, İslamda hər kim halal yolla nə qədər mal-dövlət qazanarsa, öz haqqı sayılır. Qur`an yenə də bu mövzuda buyurur:

"Ey iman tirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarınnızı haqsız bəhanələrlə yeməyin! "2

Beləliklə, halal zəhmətdən qazanılmış mal halal olub, insanın şəxsi malı sayılır. Hədislərdə var, əgər müsəlman öz halal mal-dövlətini qorumaq yolunda öldürülsə, şəhid hökmündədir. Rəvayətdə, mə`sum İmamdan (əleyhissalam) nəql olunur, buyurur:



"r kim mal-dövlətini qorumaq yolunda ölsə, şəhiddir." 3

Əlbəttə, bir məsələ də aydındır ki, malikiyyət azadlığı o demək deyil ki, hər kəs istədiyi yolla mal-dövlət toplasın. Bəli! Əkinçilik, heyvndarlıq, ticarət, sənətkarlıq və başqa bu kimi sənətlərlə qazanılan mal-dövlət, insanın öz malı sayılır. Ancaq, qanunsuz yollarla, o cümlədən, oğurluq, al-verdə aldatma, çəkidə azaltma, sələmçilik, qəsb etmək kimi yollarla ələ gələn mal-dövlət, sahibininki sayılmır və İslam belə hallarla qəti şəkildə mübarizə aparır. Həmçinin, insanın halal yolla qazandığı mal-dövlətin İslami maliyyatları və vergiləri da vardır. Əgər müsəlman bu dini və şər`i vergiləri öz halal mallarından ayırıb müstəhəqqinə verməsə, (məs, xums, zəkat və s), aşağadakı zikr olunacaq Qur`an ayəsinin aydın nümunəsi hesab olunacaq. Qur`an buyurur:

"Qızıl-müş ğıb onu Allah younda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! " "O n (Qiyamət nü), ğdıqları qızıl-müş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. (və onlara:) Bu sizin özünüz üçün ğıb saxladığınız mallardır. ğğınızın (əzabın) dadın! – deyiləcəkdir."1

Bura kimi kölənin azad olması, malikin hüququ, e`tiqad, malikiyyət, fikr və söz azadlıqları barəsində bəhs olundu. İmam Səccad (əleyhissalam) azad olunmuş kölənin vücudunda təşəkkür və ne`mətlər müqabilində Allaha şükr etmək hissini oyadır. Bununla da, ona xəbərdarlıq edir ki, malikin sənin barəndə etdiyi bu mühüm xeyirxahlığı heç vaxt unutma!.


  1. KÖLƏNİN HAQQI



وَأَمَّا حَقُّ مَوْلاكَ الْجَارِيَةِ عَلَيْهِ نِعْمَتُكَ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ جَعَلَكَ حَامِيَةً عَلَيْهِ، وَوَاقِيَةً وناصِرًا وَمَعْقِلاً، وَجَعَلَهُ لَكَ وَسِيلَةً وَسَبَباً بَيْنَكَ وَبَيْنَهُ فَبالْحَرِيِّ أَنْ يَحْجُبَكَ عَنِ النَّارِ فَيَكُونَ فِي ذَلِكَ ثَوَابٌ مِنْهُ فِي الآجِلِ، ويَحْكُمُ لَكَ بمِيرَاثِهِ فِي الْعَاجِلِ إذَا لم يَكُنْ لَهُ رَحِمٌ، مُكَافَأَةً لِمَا أَنفَقْتَهُ مِنْ مَالِكَ عَلَيْهِ وَقُمْتَ بهِ مِنْ حَقِّهِ بَعْدَ إنفَاقِ مَالِكَ، فَإنْ لَمْ تَقُمْ بحَقِّهِ خِيفَ عَلَيْكَ أَنْ لا يَطِيبَ لَكَ مِيرَاثُهُ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin azad etdiyin kölənin haqqı budur ki, biləsən, Allah, səni onun köməkçisi, himayətçisi və pənah yeri qərar vermişdir. Allah, səni onunla Özü arasında vasitə tə`yin etmişdir. Yaxşı olar ki, bu işə görə Allah, sənə Cəhənnəmdən nicat versin və bu savab, Axirətdə ondan sənə çatan olsun. Dünyada da, əgər azad etdiyin kölənin öləndə varisi olmasa, ondan irs aparırsan. Çünki, sən malını onun yolunda xərc etmisən və onun haqqını qaytarmısan. Əgər malını onun yolunda xərc etdikdən sonra onun hörmətini gözləməsən (minnət qoysan), ondan sənə qalan irs sənin üçün şirin olmaz"!

"Məkarimul-Əxlaq" kitabında bu hüquq belə bəyan olunmuşdur.



"Azad etdiyin kölənin haqqı odur ki, biləsən, Allah taala, Özünə yaxın olmaqdan ötrü onun azad olunmasını sənə vəsilə qərar vermişdir. Həmçinin, onu atəşlə sənin aranda mane qərar vermişdir. Bil ki, bu işin mükafatı dünyada malını ona görə xərc etdiyin üçün (əgər kölənin qohumu olmasa) öləndən sonra irsi sənə çatması, Axirət də isə Behiştdir."

Hədisdə "Məvali" kəlməsi təkrar olmuşdur. Bu ad bir sıra yerlərdə müxtəlif mə`nalarda işlənilir. Onlardan, rəbb, malik, seyyid, ne`mət verən, azad olunmuş nasir, sevilən, tabe, qonşu, bibi oğlu, ne`mət verilmiş, və sair mə`naları qeyd etmək olar.

Bu hədisdə "Məvali" kəlməsi, "azad olunmuş kölə" mə`nasındadır. Əvvəlki bəhsdə, İmam Səccad (əleyhissalam) kölə azad edənin haqqı barəsində məsələlər buyurmuşdur. Bu bəhsdə isə azad olunmuş kölənin hüquqları barəsində bəhs olunmuşdur.

İnsan, başqasına xidmət göstərib bağışladığı zaman özündə qürur və təkəbbür hiss edib, minnət qoya bilər. İmam Səccad (əleyhissalam), kölə azad edən malikdə, bu qürur və təkəbbürü aradan aparmaqdan ötrü buyurur:



"Heç vaxt güman etmə ki, təkcə sənin onun boynunda haqqın var! Xeyr! Bəlkə də, onun da, (azad olunmuş kölənin) sənin boynunda haqqı vardır. Onu əda etməlisən."

Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin