Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


AZAD OLUNMUŞ KÖLƏNİN VƏZİFƏLƏRİ



Yüklə 21,47 Mb.
səhifə56/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

AZAD OLUNMUŞ KÖLƏNİN VƏZİFƏLƏRİ


O vəzifələr bunlardan ibarətdir: Sən onu azad etməklə, Allaha yaxın olursan. Bununlada, onun vasitəsilə səninlə Cəhənnəm atəşi arasında fasilə olur. Axirətdə də, nicat tapanlardan olursan. Bu əməlin dünyadakı tə`siri budur ki, əgər azad etdiyin kölə dünyadan köçsə və qohumlarından heç kəs qalmasa, yerdə qalan irsi sənə çatır. Çünki, ondan ötrü mal-dövlətini xərcləmisən. Bu da, kölə bəhsində şər`i hökmə işarədir.

Köləni azad edən malik, o vaxt ondan irs aparır ki, əvvəla, köləni Allahın razılığına görə azad etmiş olsun. İkincisi, kölənin yaxın qohumları olmamış olsun. Nəticədə, köləni azad etməyin həm bu dünyada, həm də axirətdə mükafatı olur.

Keçən bəhslərdə, kölə azad etməyin savabları barəsində söhbət açmışdıq. Bu bəhsdə isə qısa da olsa, kölənin bə`zi hüquqlarına işarə edəcəyik. İndi də bu barədə nəql olunan rəvayətlərə nəzər salaq.

KÖLƏ AZAD EDƏNİN MƏQAMI


"Vəsail-Şiə" kitabının "kölə azad etmək" fəslində, İmam Baqir (əleyhissalam)-dan belə bir rəvayət nəql olunur, Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:

"r kim kölə azad etsə, Allah-taala, azad olunmuşun r bir bədən üzvü müqabilində azad edənin bədən üzvünü atəşdən qoruyar."

Başqa hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

"Günlərin birində Fatimə binti Əsəd, İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz edir: Qərara almışam ki, bu kənizi Allah yolunda azad edəm! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əgər belə etsən, Allah-taala onun hər bir üzvü müqabilində sənin üzvünü Cəhənnəm odundan azad edər.

ŞİƏLƏRİN İMAMLAR VƏ KÖLƏLƏRİ AZAD ETMƏK HAQQINDA


Hədislərdən birində oxuyuruq: İmam Sadiq (əleyhissalam) buyurur:

"İmam Baqir (əleyhissalam) vəfat edərkən altımış köləsi var idi, onlardan iyirmisini Allah yolunda azad edir!"

Şiələrin mə`sum İmamları (səlləllahu əleyhi və alihi və səlləm) özü hər yerdə həmişə həmişə kölə azad etməkdən öndə gediblər. Bununla da dünya və axirətin savabını öz tərəfdarlarına nişan verirdilər.



  1. EHSAN EDƏNİN HAQQI



وَأمّا حَقُّ ذِي المَعْرُوفِ عَلَيكَ فَأَنْ تَشْكُرَهُ وتَذْكُرَ مَعْرُوفَهُ وتَنْشُرَ لَهُ الْمَقَالَةَ الْحَسَنَةَ، وَتُخلِصَ لَهُ الدُّعَاءَ فِيمَا بَينَكَ وبَيْنَ اللَّهِ سُبْحَانَهُ، فَإنّكَ إذَا فَعَلْتَ ذَلِكَ كُنْتَ قَدْ شَكَرْتَهُ سِرًّا وَعَلانِيَةً. ثُمَّ إنْ أَمْكَنَ مُكَافَأَتَهُ بالْفِعْلِ كَافَأتَهُ وإلاّ كُنْتَ مُرْصِدًا لَهُ مُوطِّنًا نَفْسَكَ عَلَيْهَا.

"Sənə yaxşılıq və ehsan edənin haqqı odur ki, ona təşəkkür edəsən və yaxşılığını yada salasan. Onun barəsində yaxşı sözlər yayıb, özünlə Allah arasında ona dua edəsən. Çünki, sən bu işinlə ona qarşı gizlin və aşkarda təşəkkür etmiş olursan. İmkan tapanda, onun yaxşılığının əvəzinin çıx. İmkanının yoxsa, bu fikirdə olub, özünü belə bir ə hazırlaşdır! "

Hər bir insanını batinində ona yaxşılıq edənə qarşı, təşəkkür və yaxşılıq etmək xüsusiyyəti var. Əgər bə`zilərində bunun əksi müşahidə olunursa, bu da onların vucudunda olan rəzilət sifətlərinin nəticəsindəndir. Bu sifətlər, insanda yaxşı xüsusiyyətlərin qarşısına sədd çəkir. Doğurdan da, yaxşı tərbiyə olunmuş və İslam dininin bəyənilmiş əxlaqi xüsusiyyətlərinin özündə cəm etmiş bir şəxsin batinində, həmişə yaxşılıq və başqalarına qarşı təşəkkür hissi dolaşır. Belə şəxslər, Allahdan fürsət axtarırlar ki, mö`minlərin xidmətində olsunlar. İmam Səccad (əleyhissalam) bu əməlin yolunu belə bəyan etmişdir:

Birinci: Yaxşılıq edənin xeyir işinin müqabilində təşəkkür edilsin.

İkinci: Başqasının yaxşılığını yadında saxla və hər yerdə onun xeyir işini təbliğ et. Həmçinin, onun haqqında Allaha dua et! Əgər belə etmiş olsan, gizlin və aşkarda onun təşəkkürünü yerinə yetirmiş olursan.

Üçüncü: Özünü bu yaxşılığın əvəzini çıxmağa hazırlaşdır. İmkan həddində özündə belə bir təsəvvür yarat ki, nə vaxt imkanım olsa, bu yaxşılığın əvəzini çıxacam.

YAXŞILIQ VƏ PİSLİK BƏRABƏR DEYİLDİR


Qur`ani-Kərim öz əxlaqi tə`limində belə buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz. (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi sanki, yaxşı bir dost kimi rərsən!"1

Ayədə buyurur: Yaxşılıq müqabilində yaxşılıq təbii bir işdir. Bəlkə də, bu əməl hamıya vacibdir. Mühüm odur ki, insana hətta, pislik olunsa da, onun müqabilində yaxşılıq göstərsin. Bununlada, Qur`nanın, "Pisliyi yaxşılıqla dəf et!" - əmri öz yerini tutsun.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin