Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


Pişnamazlardan əhvalvtlar



Yüklə 21,47 Mb.
səhifə63/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

Pişnamazlardan əhvalvtlar


Camaat namazının savavbı barəsində qısa şəkildə rəvayətlər nəql etdikdən sonra yerinə düşər ki, tarixçi Qapançının "Şərh risalətul-quq" kitabında nəql etdiyi bir neçə əhvalata işarə etməklə bu bəhsimizi sona yetirək.2

Birinci: Mucrim adlı bir nəfər ərəb, pişnamazın arxasında birinci sırada durub namaz qılırmış. Pişnamaz öz qiraətinin arasında bu ayəni oxuyur:

Məgər biz öndə gedənləri lak etmədikmi? Sonra isə başqalarını da onlara birləşdirdik!"

Ərəb bu sözü eşitcək üçüncü sıraya keçir. Pişnamaz öz qiraətində bu ayəni oxuyur:

Biz cinayətkarlara belə cəza veririk “

Ərəb öz-özünə deyir: Allaha and olsun ki, məndən başqa heç kimi nəzərdə tutmayıb!. Ayaqqabısını götürüb məsciddən qaçır!

İkinci: İbrahim, Musa və Hacı Əhməd adlı üç qardaş vardı. Onlar köməkli bir məscid tikdirərək camaat namazından ötrü bir nəfər pişnamaz tə`yin etmiş, məscidi birlikdə idarə edirdilər. Günlərin birində pişnamaz namazda bu ayəni qiraət edir:

"Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında.”

Namaz qurtardıqdan sonra hacı Əhməd pişnamaza belə müraciət edir: Məgər bilmirsən ki, bu məscidi biz qardaşlar tikib idarəsində də müştərəkik? Pişnamaz cavab verir: Bəli! Bəs necə olur ki, o iki qardaşımın adını namazda çəkirsən , amma məni yaddan çıxarırsan?!

Pişnamaz cavabında buyurur: Bu Qur`an ayələridir, onu artırmaq olmaz.

Hacı Əhməd cavab verir: Xeyr! De ki: Bu mənim o iki nəfərə qarşı məhəbbətimdir. Əgər bundan sonrakı namazda mənim də adımı çəkməsən əlimdəki əsa ilə səni möhkəm əzişdirəcəm! Pişnamaz canının qorxusundan növbəti namazda oxuyur:

İbrahimin, Musanın və hacı Əhmədin kitablarında"

Namazdan sonra namaz qılanlar pişnamazdan soruşurlar: Hacı Əhmədin adını hardan Qur`ana saldın?! Cavab verir: Möhkəm əsa zərbəsilə hədələmək səbəb oldu ki, hacı Əhmədin adı Qur`ana düşsün!



Üçün: Nəql olunur: Bir nəfər pişnamaz, bazardan vedrə alıb, məscidə namaza gəlir. Namaz qılarkən vedrəni gözünün qabağına qoymaqdan utanıb, onu arxa tərəfinə qoyur. Rükuya gedərkən vedrə yadına düşür. Güman edir ki, vedrəni oğurladılar. Ona görə də, başını rükudan qaldırarkən: "Rəbbəna! Ləkəl həmd!" (İlahi Sənə həmd olsun!)- deməyin əvəzinə, buyurur: "Rəbbəna! Ləkəs-sətl!” (İlahi! Vedrəni Sənə tapşırdım!). Bu zaman, dalda namaz qılanlardan biri deyir: :Əs-sətlu xəlfəkə la bə`sə bi ”! (yə`ni, vedrə yanındadır, bir şey olmayıb)

Dördün: Bir nəfər pişnamazın arxasında namaz qılırmış. Pişnamaz nə qədər çalışırsa, "Fatəhə" surəsi yadına düşmür. Bədəninə titrəmə düşür. Başlayır: "Əuzu billahi minəş-Şeytanir-rəcim" cümləsini təkrar-təkrar deməyə. Bu vaxt arxadan bir nəfər deyir: Şeytanın günahı yoxdur, sən namazı unutmusan!

Bəli! Camaat namazı barəsində zikr olunmuş savablar, həm pişnamaza, həm də arxada namaz qılana aiddir.


31. MƏCLİS YOLDAŞINI HAQQI



وَأمّا حَقُّ الجَلِيسِ فَأَنْ تُلِينَ لَهُ كَنَفَكَ وَتُطِيبَ لَهُ جَانِبَكَ، وَتُنْصِفَهُ فِي مُجَارَاةِ اللَّفْظِ ولا تُغْرِق فِي نَزْعِ اللَّحْظِ إذَا لَحَظْتَ وتَقْصُدَ فِي اللَّفْظِ إلَى إفْهَامِهِ إذَا لَفَظْتَ. وَإنْ كُنْتَ الْجَلِيسَ إلَيْهِ كُنْتَ فِي الْقِيَامِ عَنْهُ بالْخِيَارِ وَإنْ كَانَ الجَالِسَ إلَيكَ كَانَ بالخِيَارِ. ولا تَقُومُ إلا بإذْنِهِ وَلا قُوَّةَ إلا باللهِ.

Məclis yoldaşının haqqı odur ki, biləsən, onunla mülayim davranmalı, açıq ürəklə qəbul etməli , xoş gəlmisənlə qarşılamalı və danışıqda onunla insaflı olmalısan. Bir dəfə görməklə ondan nəzərini çəkmə. Danışıqda hədəfin onu başa salmaq olsun. Əgər bu yoldaşlıq zamanı sən onunla oturmaqdan ötrü onun yanına daxil olsan, ixtiyar səninlədir. Nə vaxt istəsən dura bilərsən. Yox, əgər o bu işdə o sənə müqəddəm olsa, ixtiyar onunladır. Ondan icazə almamış durub məclisi tərk etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur"

“Məkarimul-Əxlaq " kitabında bu cümlələr yazılıb:

Məclis yoldaşının xətalarını unut, yaxşılıqlarını yadda saxla və qulağına yalnız yaxşı sözlər de! "

Beləliklə, səninlə bir yerdə oturub-duran dostunun hüquqları bunlardır:

1. Onunla yaxşı rəftar et.

2. Danışıqlarında onun barəsində insafa riayət et.

3. Danışanda hədəfin onu anlatmaq olsun.

4. Məclisdə oturmaq haqqına riayət et.

5. Əgər əvvəl özün onun yanına gəlimisənsə, ondan icazəsiz məclisi tərk etmə.

6. Xətalarını görməməzliyə vur.

7. Onun haqqında həmişə yaxşı fikirlər niyyətində olasan.

İmam Səccad (əleyhissalam) bu kitabda yoldaş, dost və məclis yoldaşının hüquqlarına işarə etmişdir. Əslində, ola bilsin, bu üç söz bir mə`naya işarə olsun. Lakin, bə`zi fərqlər var ki, dost və yoldaşın hüquqlarında onlara işarə olunacaq.

İNSAN İCTİMAİ MÖVCUDDUR


Bu bəhsdə, məclis yoldaşından məqsəd, həmişə bir məclisdə oturub və ya bir-biri ilə yoldaşlıq edənlərdirlər. Hər halda, insanın kiminləsə bir yerdə oturması, hüquq və haqqın olmasına səbəb olur. Ümumiyyətlə, bəşər övladı bütün ömrü boyu bir nəfər məclis yoldaşına, dosta və həmkara möhtacdır. Çünki, insanın ictimai yaşayış meyilli olması artıq bir həqiqətdir. İnsan tənhalıqdan əziyyət çəkir və qürbət hissi keçirir. Əksinə, yaxşı yoldaş və dostla olmaqından ruhlanır və xoşhal olur.

DOSTUN İNSANIN ŞƏXSİYYƏTİNDƏ ROLU


Hər bir insanın yoldaşı, dostu və həmkarının onun şəxsiyyətinin formalaşmasında, dünya və Axirətinə böyük tə`siri vardır. Yoldaşın mənfi yaxud, müsbət rəftarı insanın həyatının müxtəlif mərhələlərinədə öz əsərini qoyur. Bu tə`sir o dərəcədədir ki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) insanın şəxsiyyətinin me`yar və mizanını onun dostunun şəxsiyyəti ilə ölçür, buyurur: r kəs öz dostunun yolunda və raftarında olar "1

İnsanın dost və yaxşı yoldaşının olmaması ondan ötrü böyük bir müsibətdir. Həzrət Əli (əleyhissalam) buyurur:

Hər kim, Allaha görə dost tutduğu şəxsi əldən verərsə, bədəninin ən şərəfli əzasını əldən vermiş şəxs kimidir."2

İndiki, dostun insanın həyatında böyük rol oynamağı mə`lum oldu, onun seçilməsində çox diqqət olunmalıdır. Bununlada yaxşı dostun əldən verilməsinin qarşısı alınar.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin