Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


LƏYAQƏTLİ DOSTUN SEÇİLMƏSİ



Yüklə 21,47 Mb.
səhifə64/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

LƏYAQƏTLİ DOSTUN SEÇİLMƏSİ


İmam Sadiq (əleyhissalam) dost seçmək barəsində buyurur: r kim sənə qarşı üç dəfə qəzəblənsə və eyni halda sənin barəndə pis söz danışmasa belə şəxs dostluğa layiqdir. Onu özünə dost seç.”3

HƏMİŞƏKİ VƏ MÜVƏQQƏTİ DOSTLAR


Həzrət Əli ( əleyhissalam ) bu barədə buyurur:

Hər kim, doğru imtahandan sonra birini özünə dost seçsə, bu dostluq möhkəm və məhəbbətləri çox olar.”1

Həzrət yenə bu mövzuda buyurur:

Hər kim yoxlamadan başqası ilə dostluq peymanı bağlasa, məcbur olar ki, fasid və əşrar şəxslərə yoldaş olsun.”2


PİSLƏRLƏ OTURUB-DURMAĞIN TƏ`SİRİ


Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:

Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçün: Dövlətlilərlə oturub-durmaq.”3

Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabında buyurduğunu oxuyuruq:

Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis tə`sir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne` məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan ne`məti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz ne`mətindən qəflətdə qalar."4

Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, r şeyi mal-dövlətdə rən sərvətli bir şəxs.”1

Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq, münasib deyildir.

Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmö`minin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur:Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ tirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların nahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs r kimin işi sizə şüblidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən h bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:



r kimin Allaha və qiyamət nünə imanı varsa, kafirlə qardaşlıq edib, nahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”2

Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin