BELƏ ŞƏXSLƏRLƏ OTURUB-DURUN
Həzrət Zeynəlabidin (əleyhissalam ) övladına belə buyurur:
“Din və bilik əhli ilə oturub-durun. Əgər onları tapa bilməsəniz, təklikdə qalın ki, sağlam qalasınız. Əgər əhali ilə oturmaqdan başqa çarəniz olmasa, pis söz danışmayıb, söyüş söyməyən mürüvvət əhli ilə bir məclisdə olun!."
İmam Sadiq (əleyhissalam )-dan nəql olunur, buyurur:
“Hər kim şəkk-şübhədə olan şəsxlə oturub-dursa, özüdə şəkk-şübhəli olar. “
ALİMLƏRLƏ OTURUB-DURMAQ
İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Alimlər və bilik əhli ilə oturub-durun ki, sizi beş şeydən beş şeyə də`vət edərlər:
1.Sizi şəkk-şübhəli haldan çıxarıb yəqinliyə çatdırarlar.
2.Sizi işdə riyakarlıq və təkəbbür halından ixlaslı olmağa də`vət edər.
3.Dünyaya meyilli olub ona bel bağlamaqdan zöhd və pərhizkarlığa də`vət edər.
4.Təkəbbür və özünü öyməkdən təvazökarlıq və mülayimliyə də`vət edər.
5.Düşmənçilik və kinyəçilikdən dostluq və məhəbbətə də`vət edər."
Bu hədisdən alimlər və bilik əhli ilə oturub-durmağın böyük rolu və İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) bu barədə müsəlmanlara tövsiyə etməsinin səbəbi də aydın olur.
AĞILLI DOST VƏ YOLDAŞLA OTURUB DURMAĞIN TƏ`SİRİ
İmam Sadiq (əleyhissalam) buyurur: “Səmimi dostlar və qardaşlar üç dəstədirlər:
Birinci: O kimsələr ki, qida kimi həyatda zəruridirlər. İnsan bütün hallarda onlara möhtacdır. Onlar ağıllı dostlardır.
İkinci: O kəslər ki, vücudları xəstəlik və ağrı kimidir. Onlar axmaq dostlardır.
Üçüncü: O kəslər ki, vücudları şəfaverici olub, üfunətə qarşı olan dərman kimidir. Onlar, çox ağıllı dostlardır."1
XƏLİFƏ MÖ`TƏSİM, VƏZİRİN QONAĞLIĞINDA
Fəzl Mərvan Əbbasi vəzirlərindən biri idi. O, ləyaqət və xidmətinə görə bütün işçilərdən xəlifəyə yaxın olub onun yanında böyük məqama malik idi. Özünü camaatın gözündə xəlifənin yaxın adamlarından olduğunu göstərməkdən ötrü xəlifəni axşam üstü qonağlığa də`vət edir.xəlifəni yaxşı qəbul etməkdən ötrü evinə ən yaxşı xalçaları, parçaları və rəngarəng gülləri düzdürür. Çoxlu qızıl və gümüş qab-qaşıq alır. Ən yaxşı meyvə və şirniləri hazırlatdırır. Xəlifə gəlib otağa girərkən bu mənzərədən təəccübə gəlir və ürək ağrısı bəhanəsi ilə oranı tərk edir.
Vəzir bu gözlənilməz işdən nigaran olur. Təşkil etdiyi məclisin nəticəsini anlayıb səhfini düzəltmək fikrinə düşür. Artıq fikirləşməyə vaxt yox idi. O həssas anlarda yaxın ağıllı dostu İbrahimlə məsləhətləşib məsələni ona açır. İbrahim huşdarlıqda məşhur idi .Bir an fikirləşib vəzirə dedi: Sən xəlifədən ayrılma və müşayət ünvanı ilə onunla saraya gedib mənim məktubumu gözlə. Məktubum sənə yetişəndə onu xəlifənin hüzurunda ucadan oxu. Vəzir dostunun göstərişi üzrə yola düşür. Çox çəkmir ki, ona bir məktub gətirirlər. Məktubda yazılır: Cəvahir və xalçaların sahibləri gəliblər. Deyirlər ki, xəlifənin məclisi qurtardı, icazə verin mallarımızı aparaq. Mö`təsim məktub barəsində soruşur. Vəzir əhvalatı məktub üzrə ona nəql edir. Xəlifənin batini əqidəsi dəyişir. Anlayır ki, bunlar hamısı borc imiş. Nəticədə çox huşyar bir dostun köməyi ilə vəzir də nicat tapır.1
YAXŞI DOSTUN XÜSUSİYYƏTİ
İmam Sadiq (əleyhissalam ) buyurur:
“Dostluq və sədaqətin həddi-hüdudu var. Hər kimdə bu me`yar və xüsusiyyətlər varsa onu dostluqda sadiq sana bilərsən:
Zahiri və batini səninlə bir olsun.
1.Sənin abır-həyanı öz abır həyası bilsin.
2.Dünya malı və məqam onun sənə qarşı olan münasibətini dəyişməsin.
3.İxtiyarında olan güc və qüdrətdən səni məhrum etməsin.
4.Səni dünyada olan gözlənilməz hadisələrə qurban verməsin.”2
Bütün bunlar yaxşı yoldaşın xüsusiyyətləridir.Əgər tapsaq, yoldaş olağın!
PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALEHİ VƏ SƏLLƏM) QƏLBLƏRİ TƏMİZ YOXSULLARLA OTURUB-DURMASI
Qur`ani-Kərim buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.(nəfsini qoru) Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö`minlərdən) çevirmə. Qəlbini Bizi xatırlatmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə! “1
Bu ayədən mə`lum olur ki, insanların dəyəri məqam və mal-dövlət deyildir. Ayənin nazil olma səbəbində nəql olunur:
Bir dəstə təkəbbürlü sərvətlilər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək, Salman Abuzər, Süheyb və Xubab kimi imanlı yoxsul şəxslərin Həzrətin yanında oturmalarına işarə edib dedilər: Ya Məhəmməd! Əgər özün məclisin baş tərəfində oturub iyləri bizə əziyyət edən və libasları panbıqdan olan bu yoxsulları yanından uzaqlaşdırsan biz də sənə qoşulub sənin məclisində iştirak edərik. Bu zaman ayə nazil olur ki, ya Peyğəmbər! Onların aldadıcı sözlərinə uyma. Ya Peyğəmbər! Təkcə o kəslərlə oturub dur ki, yalnız Allahın pak zatını tələb etsinlər. Pis əməllərinin nəticəsində qəlblərini Məni yada salmaqdan qafil etdiklərimizlə oturma!2
Yuxarıdakı ayə, yaşayış mühitində təbəqələşmə ruhiyyəsini aradan aparır və sərvətlilərlə yoxsullar arasında rabitə yaratmaq istəyir. Ayədə buyurur: Nəfsə pərəstiş və Allahdan qəflət olmaq arasında rabitə vardır. Hər kim nəfsinə pərəstiş edirsə, Allahdan qəflətdədir. Qafillərə öz məclisinə yol vermə. Əksinə, səhər-axşam Allaha pərəstiş edənlərə öz evində yer ver!
Necə ki, Allah-taala İslam Peyğəmbərinə (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Məclisində təqvalı və fəzilət sahibi olanlara yer ver. Onlara böyük ehtiram göstər. İmam Səccad (əleyhissalam) da yoldaşlıq barəsindəki bu bəhsində buyurur ki, yaxşı və saleh dostlara ehtiram göstərin. Onlarla ədəblə söhbət edin. Açıq ürəklə qarşılayıb, xudafizləşərkən ehtiramına tamamilə riayət edin.
Dostları ilə paylaş: |