Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə7/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   2   3   4   5   6   7   8   9   10   ...   111

BƏLAĞƏTLİ SÖZÜN TƏ᾿SİRİ


Bu barədə başqa bir nümunəyə işarə edək. Əli ibni Əbi Talib (əleyhissəlam)-la Müaviyənin arasında çoxlu yazışmalar olub. Onlardan birini Əli (əleyhissəlam) xoş surət və xoş söz danışan Termah adlı birisinə verib Müaviyəyə göndərir.

Termah uzaq yol keçib Şama çatır. İlk dəfə Müaviyənin müşaviri Əmr ibni As və Yəzidlə rastlaşır. Bu iki nəfərə sözlə qalib gəlib onları utandırır. Sonra Müaviyə ilə görüşür. Onu da özünün tə᾿siredici danışığı ilə tə᾿sir altına alır.

Müaviyə qərara alır ki, bu gözəl danışıq qabiliyyəti olan şəxsi alsın və öz xeyirinə istifadə eləsin. Ona görə də, ona dedi: Ey ərəb! Əgər sənə bir şey versəm, qəbul edərsən? Cavab verir: Nəyə görə qəbul etməyim? Sənin canını bədənindən çıxarıb almaq istəyirəmsə, nəyə görə pulunu da qəbul etməyim?

Müaviyə göstəriş verir ki, ona 10000 dirhəm pul versinlər. Müaviyə dedi: Əgər azdırsa de artırsınlar. Səfir cavab verir: Göstəriş ver ki, artırsınlar! Sən ki, atanın pulundan vermirsən? Müaviyə əmr edir ki, 10000 dirhəm də artırsınlar. Bu vaxt Termah deyir: Göstəriş ver ki, 10000 dirhəm də artırsınlar. Bununla 30000 min dirhəm olsun. Çünki, Allah da təkdir. Termah dirhəmlərin yolunu gözləyib onların verilməsini gördükdə, Müaviyəyə dedi: Məni məsxərə edirsən? Sənin sözlərin dağ başından əsən küləklərə bənzəyir.

Müaviyə göstəriş verir ki, pulları versinlər. Bu vaxt Əmr As ona dedi: Əmirəl-mö᾿minin verdiyini necə gördün? Termah cavab verdi: Bu müsəlmanların malı olub, İlahi xəzinədən bəndələrindən birinə qismət oldu. O, kimdir?!

Bu zaman Müaviyə dedi: Bu kişi dünyanı gözümdə qaraltdı. Sonra öz katibini çağırtdırıb, Əlinin (əleyhissəlam) məktubuna çaşqınlıqla cavab yazdırdı.

Termah dedi: Ey Müaviyə! Əlini döyüşlə qorxudursan? Su quşunu su ilə qorxudursan? Allaha and olsun! Əlinin (əleyhissəlam) elə böyük xoruzu var ki, sənin bütün əsgərlərinin öz çətənəsində yerləşdirər. Müaviyə dedi: Düz deyir. O, Malik Əştərdir!

Termah getdikdən sonra Müaviyə öz ətrafındakılarına müraciət edib dedi: Mənim nəyim varsa, sizə versəm də bu səhrada yaşayan kişinin Əliyə elədiyi xidmətin onda birini mənə xidmət edə bilməzsiniz. Əmr ibni As dedi: Əgər Əlinin Peyğəmbərə olan nisbət və onun yanındakı fəziləti səndə də olsaydı, biz də sənə daha çox xidmət edərdik. Müaviyə dedi: Allah ağzını əysin! Allaha and olsun! Sənin sözlərin o ərəb kişinin sözlərindən də baha oturdu. İmam Səccad (əleyhissəlam) buyurur:

«Dilini xeyirə, saleh işlərə və yaxşı sözlərə adətləşdir. Bəli, dil, İslam və haqqa xidmət yolunda işə düşdükdə, belə bir əzəmət tapır və Müaviyə kimi düşməni diz çökdürüb, hökumət və dünyanı onun gözündə qaranlıqlaşdırır.»

SAKİTLİYİN HİKMƏTİ


Bir sıra rəvayətlərdə dilin sakit dayanmasına sifariş olunmuşdur. Belə ki, bə᾿zən sakitliyi danışmağa üstün qərar vermişlər. Bu sakitlik nədir və hansı yerlərdə olar?

Əvvəlcədən qeyd etdiyimiz kimi dil, insanın şərhi-halını bəyan edən və onun batinindən xəbər verəndir. Dil, hər bir şəxsin şəxsiyyətini göstərir. Bununla belə dilə bir sıra zərər və ziyanlar ariz olur. Əli (əleyhissəlam) bu barədə buyurur:



«Dil elə bir yırtıcıdır ki, əgər azad olsa, yara vurar.»1

Başqa yerdə buyurur:



«Bəşərə təəccüblənin ki, bir tikə piylə görür, bir tikə ətlə danışır və bir tikə sümüklə eşidir və burun deşiyi ilə nəfəs alır!»2

DİL, BEHİŞT VƏ YA CƏHƏNNƏMƏ DAXİL OLMAĞIN ƏN MÜHÜM AMİLİ


Səhl ibni Saidi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurdu:

«Hər kəs mənə, iki dodağın və iffətin yə᾿ni, dil və namusunu qorumağı zəmanət versə, mən də Behişti ona zəmanət verərəm.»3

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) insanların Behiştə getmələrinin ən çox amilindən soruşurlar. Həzrət cavabında buyurur: Təqvalı və yaxşı xasiyyətli olmaq. Yenə də soruşurlar: İnsanların Cəhənnəmə getmələrinin ən çox səbəbi nədir? Buyurdu: Ağzını və iffətini zləməmək! "

Məaz ibni Cəbəl İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) soruşdu: Məgər danışıqlarımıza görə sorğu-sual olunacağıq?

Həzrət buyurdu: Anan sənə ağlasın! Məgər cəhənnəmə tullanmaqdan ötrü dil yaralarından böyük amil varmı?»

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bu üç danışıq və bəyanda insanın ən böyük səadətini, yersiz danışığın tərki və dilin günaha düşməsini qorumaqda görür. Bu da insanın behiştə daxil olmasının ən böyük və mühüm amillərindəndir.

Ənəs ibni Malik nəql edir ki: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Bəndənin imanı o vaxt möhkəm olar ki, qəlbi möhkəm olsun. Qəlb o vaxt möhkəm olar ki, dil möhkəm olsun və qonşusuna əziyyət edən şəxs, heç vaxt Behiştə daxil olmaz!»1

Bu hədisdə, iman durumu, qəlbin durumuna və qəlbin də durumu dilin sakitliyinə bağlanır. Yə᾿ni, hər kəsin dili öz yerində olmasa, vücudunun heç bir qismətində durum və möhkəmlik olmaz.


SUSMAQ ƏN ASAN İBADƏTDİR


Səffan ibni Səlim, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir:

«Sizə insanın bədəninə ən az zəhmət verən, ən sadə ibadəti tanıtdırımmı? Biri sükut, digəri isə yaxşı xüsusiyyət.»2

Bura ibni Azəb nəql edir: Ərəblərdən birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib dedi: Mənə elə bir əməl öyrət ki, Behiştə gedim. Həzrət buyurdu: Ac müsəlmanı doydur! Susuza su ver! Yaxşı işlərə də᾿vət və pis işlərdən çəkindir. Əgər qüdrətin olmasa, dilini xeyir olmayan işlərdən qoru3

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Mö᾿minin dili, onun qəlbinin arxasındadır. Söz demək istədikdə, əvvəlcə sözü qəlbə nişan verir. Belə ki, əgər qəlb imzalasa və icazə versə, söz danışır. Əgər icazə verməsə, ağzını yumur. Münafiq, mö᾿minin əksinədir!»1

Həmçinin, nəql olunur ki, bir dəstə, Müaviyənin sarayında söhbətlə məşğul idilər. Əhnəf ibni Qeys də kənarda oturub ağzını açmırdı. Ona dedilər: Ey Əbu Bəhr! Nə üçün danışmırsan? Belə cavab verir: Əgər yalan desəm, Allahdan qorxuram! Əgər doğrusunu desəm, sizdən qorxuram! Bəs nə yaxşı olar ki, heç danışmayım! "

Söylədiyimiz bütün rəvayətlərdən, sakitliyin əhəmiyyəti aydın oldu. İnsan susarkən, günahların xətərli tə᾿sirindən amandadır. Aqil insan öz sözünü ağlın və vicdanın qəzavətinə nişan verər. Əgər danışmağa icazə verməsə, susar. İnsanı susmağa təşviq edən rəvayətlər, onun yersiz danışıqların acı nəticəsindən qorunmasına işarədir. Yoxsa, qeyd edildiyi kimi danışıq hər bir fərdin və cəmiyyətin təkamül və inkişaf amilidir.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin