Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə79/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   75   76   77   78   79   80   81   82   ...   111

37. HƏMKARIN HAQQI



وَأمّا حَقُّ الخَلِيطِ فَأَنْ لا تَغُرَّهُ ولا تَغُشَّهُ ولا تُكَذِبَهُ ولا تُغَفِّلَهُ ولا تَخدَعَهُ ولا تَعمَلْ فِي انتِقَاضِهِ عَمَلَ الْعَدُوِّ الَّذِي لا يُبقِي عَلَى صَاحِبهِ وَإنِ اطْمَأَنَّ إلَيكَ اسْتَقْصَيتَ لَهُ عَلَى نفْسِكَ وَعَلِمْتَ أَنَّ غَبْنَ الْمُسْتَرْسِلِ رِِبًا. ولا قُوَّةَ إلا باللهِ.

"mkarın haqqı səninlə budur ki, onu aldadmayasan, ona yalan deyib hiylə lməyəsən, onu qəflətdə saxlamayasan və düşmən kimi öz qarşı tərəfini diqqətə alıb, onun işlərini pozmayasan. Əgər sənə e`timad edərsə, nə qədər imkanın var onu doğrult. Bilki, sənə e`tibar edəni aldadmaq sələm əməli kimi bir şeydir. Allahdan başqa h bir güc-qüvvət yoxdur!”

İmam Səccad (əleyhissalam) buyurur: Hər kim səninlə hər növ yodaşlıq və həmkarlıq edərsə, sənə qarşı haqqı vardır. O da budur ki, onu aldadmayasan və ona qarşı hər cür hiylə və kələkdən çəkinəsən. Onunla düşmən kimi rəftar etməyəsən. Sənə e`timad edən halda ona zərbə vurmayasan!

Keçən bəhslərdə yoldaşın və dostun hüquqları barəsində çoxlu ayə və rəvayətlər zikr etdik. Onların həmkarlıqla bağlılığı çoxda az deyildi. Onları təzədən təkrarlamırıq. Ancaq, həmkarlığa aid bir neçə rəvayətə işarə edəcəyik.


HƏMKARLIQ BARƏSİNDƏ RƏVAYƏTLƏR


İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"İnsanların ən xoşbəxti o kəsdir ki, əhali ilə dahisinə mkarlıq etsin! 1

Bu hədisdə, insanın səadətinin amillrindən birinin yaxşı həmkar və səmimi dostları olması qeyd edilir. Yenə də həmin mövzuda, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

"Alimlərdən soruşun, ariflərlə əlaqəniz olsun və fəqirlərlə oturub-durun! “2

Bu hədisdə də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) cəmiyyətin üzvlərinə tövsiyə edir ki, öz rabitələrini arif və hikmətli şəxslərdən kəsməsinlər.


YAXŞI DOSTUN XÜSUSİYYƏTLƏRİ


İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, r kimə bir xeyir yetirmək istəsə, ona saleh bir dost yetirər. Əgər Onu unutsa, xatırladar, əgər xatırlasa, ona kömək edər.”1

İnsanın seçdiyi dostu sağlam əqlli və təcrübəli olmalıdır. Keçən bəhslərdə qeyd etdik ki, əvvəla, nadan və ağıldankəm dostlardan çəkinmək lazımdır. İkinci, dost, dindar olub niyyəti xeyir olsun. Üçüncü, dostun yaxşı bəyənilmiş əxlaqi xüsusiyyələri olsun. Çünki, pis dost, insanı şər və xətaya çəkəcək. Dördüncü, dostluğa meyli olsun və insanla həqiqi dost olsun.

İmam Səccad (əleyhissalam) insanı dostluqda, hiylə və məkrdən çəkindirir. Hiyləgər insan aqil deyildir. Məkr və hiylə o şeyə deyilir ki, insanın batini ilə əməli fərqli olsun. İmam Sadiq (əleyhissalam) buyurur:

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hiyləgər, mənim ümmətimdən deyildir2

Əmirəl-mö`minin Əli (əleyhissalam) yalançılığa mübtəla olan şəxs barəsində buyurur:

"Yaxşı olar ki, insan, yalançılığa mübtəla olmuş şəxslə, dostluq və qardaşlıq etməsin!. Çünki, belə xasiyyətə mübtəla olmuş şəxs, doğru da danışsa, yalan kimi qələmə veriləcək.“3

Bu qismətdə bəyan olan haqqın qısası budur ki, yaxşı dost və yoldaş, Allah-taalanın böyük ne`mətlərindən biridir və insanın boynunda haqqı vardır. Onun haqqını hiylə və kələklə zay etmək olmaz. Əksinə, hər bir dost öz dostunun haqqını gözləməlidir.





Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin