38. İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNMUŞUN HAQQI
وَأمّا حَقُّ الخَصْمِ المُدَّعِي عَلَيْكَ، فَإنْ كَانَ مَا يَدَّعِي عَلَيكَ حَقّاً لَمْ تنفَسِخ فِي حُجَّتِهِ وَلَمْ تَعمَلْ فِي إبطَالِ دَعْوَتِهِ وَكُنْتَ خَصْمَ نفْسِكَ لَهُ والحَاكِمَ عَلَيْهَا والشَّاهِدَ لَهُ بحَقِّهِ دُونَ شَهَادَةِ الشُّهُودِ، فَإنَّ ذلِكَ حَقُّ اللَّهِ عَلَيْكَ، وَإنْ كَانَ مَا يَدَّعِيهِ بَاطِلاً رَفَقْتَ بهِ وَرَوَّعْتَهُ وناشَدتهُ بدِينِه وَكَسَرْتَ حِدَّتهُ عَنكَ بذِكْرِ اللهِ وَأَلْقَيْتَ حَشْوَ الْكَلامِ وَلَغَطَه الَّذِي لا يَرُدُّ عَنْكَ عَاديَةَ عَدُوِّكَ بَلْ تبُوءُ بإثمِهِ وَبهِ يَشْحَذ عَلَيْكَ سَيفَ عَدَاوَتِهِ لأَنَّ لَفْظَةَ السُّوءِ تَبعَثُ الشَّرَّ. وَالخَيْرُ مُقْمِعَةٌ لِلشَّرِّ. وَلا قُوَّةَ إلا باللهِ.
"Sənə qarşı iddiaçının haqqı budur ki, əgər iddiasında doğrudursa, dəlilini sındırma və iddiasını batil etmə. Özün onun xeyrinə və öz əleyhinə hökm et. Şahid olmayan halda, ona şahid ol. Çünki, bu, Allahın sənin boynuna qoyduğu haqqdır. Əgər öz iddiasında batildirsə, onunla yumuşaq rəftar et və onu qorxuzub dininə and içdir. Allahı ona xatırlatmaqla batil yolunun qarşısını al. Onunla çoxda pisləşmə, çünki, bu işin düşməninin sənə qarşı təcavüzünün qarşsını almaz. Bəlkədə, onun günahına giriftar olub, onun düşmənçilik şəmşiri sənə qarşı daha da itilənər. Çünki, pis söz şər gətirər və yaxşı söz şərri aradan götürər. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
Sözün qısası budur ki, sənə qarşı iddiası olan şəxs, iki haldan xaric deyildir. Ya iddiasında doğrudur. Bu vaxt haqq onunladır. Bu anda onun haqqı sənin boynunda budur ki, iddiasını qəbul edib öz əleyhinə hökm verəsən. Çünki, burada haqq, Allahdır. Əgər iddiasında batildirsə, onun haqqı sənin boynunda budur ki, onunla yumuşaq rəftar edib, həddini aşmağın qarşısını alasan. Acı sözlərinlə onun acılığını çoxaltma ki, acı şəmşir sənə qarşı, daha da acılansın. Bəlkədə, səbr və aramlıqla öz səhvini ona başa salmağa çalış!
وَأمّا حَقُّ الخَصْمِ الْمُدَّعَى عَلَيهِ فَإنْ كَانَ مَا تدَّعِيهِ حَقًّا أَجْمَلْتَ فِي مُقَاوَلَتِهِ بمَخرَجِ الدَّعْوَى، فَإنّ لِلدَّعْوَى غِلْظَةً فِي سَمْعِ الْمُدَّعَى عَلَيهِ. وَقَصَدْتَ قَصْدَ حُجَّتِكَ بالرِّفْقِ وَأَمْهَلِ الْمُهْلَةِ وَأبْينِ الْبَيَانِ وَألطَفِ اللُّطْفِ ولَمْ تَتشَاغَلْ عَنْ حُجَّتِكَ بمُنازَعَتِهِ بالقِيلِ وَالقَالِ فَتَذهَبْ عَنْكَ حُجَّتُكَ ولا يَكُونَ لَكَ فِي ذَلِكَ دَرْكٌ. ولا قُوَّةَ إلا باللهِ.
“Əleyhinə iddia etdiyin şəxsin sənin boynunda haqqı budur ki, əgər ona qarşı iddianda haqqlısansa, davadan xaric olmaqdan ötrü onunla yumuşaq rəftar et. Çünki, qarşı tərəfin qulağında sənin iddianın çox tə`siredici əsəri vardır. Tam aramlıq və aydınlıqla öz dəlilini ona başa sal və onunla deyişməyə görə öz dəlilindən əl götürmə. Çünki, dəlil əlindən çıxandan sonra ələ gətirmək çətindir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
Qısası, əgər haqq səninlədirsə, onun haqqı sənin boynunda odur ki, rahatçılıqla öz dəlilini ona bəyan edəsən və öz iddianı sübuta yetirəsən. Öz dəlilini bir elə bəyan et ki, haqqın aradan getməsin!
İXTİLAF VƏ ŞİKAYƏTİN KÖKLƏRİ
İnsanların dünyadakı qısa ömürlərindəki arzularından biri də aram və əmniyyətlə yaşamaqdır. Heç kim razı deyil ki, həyatda kimsə onların haqqına təcavüz etsin. İnsan, eşq və məhəbbətlə həyat sürmək istəyir. Dava və ixtilafı xoşlamır. Lakin, başqa tərəfdən, insanı hərislik və arzular əhatə etmişdir. Özündə olan təkəbbür və öyünmək hissi onu məcbur edir ki, öz haqqına qane olmayıb başqalarının haqqına təcavüz etsin. Həmin səbəbdən insanlar arasında müharibə və ixtilaflar yaranmağa başlayır. Təbii ki, hər hansı mühitdə insan cəmiyyəti çox olarsa, ixtilaf və çəkişmədə çox olacaqdır. Bu ixtilaf və çəkişmədə hər iki tərəf eynihalda haqq ola bilməz. Şübhəsiz ki, tərəflərdən biri təcavüzkardır. Bu cəhətdən, cəmiyyətdə olan ixtilafları həll edib, hərənin haqqını özünə verə bilən ədalətli bir qaziyə ehtiyac duyulur. Əvvəlcədən işarə etdik ki, peyğəmbərlərin göndərilmələrinin səbəblərindən biri də cəmiyyətdə ixtilafları aradan qaldırmaqdır.
Dostları ilə paylaş: |