Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə84/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   80   81   82   83   84   85   86   87   ...   111

İSLAMDA MƏŞVƏRƏT MÖZUSU


İslam dinin ən mühüm məsələlərindən biri bütün işlərin möhkəm olmasına səbəb olan məşvərət məsələsidir. Məşvərətsiz görülən iş, çiy və naqis olar. Hər hansı bir şəxs, nə qədər təfəkkürə və güclü ağıla malik olsada, yenə də məsələyə müxtəlif nöqteyi-nəzərdən baxmaqda, məsləhət və məşvərətə ehtiyacı vardır. Lakin, məsələ şuurda araşdırılsa, başqalarının ağıl və müxtəlif təcrübələri bir-birinin köməyinə gəldikdə, tamamilə aydın və çox az nöqsanlı olur. Məşvərət mövzusu İslamda o qədər mühümdür ki, hətta, vəhydən əlavə, özünün güclü təfəkkür qüvvəsindən bəhrələnən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) də məşvərətdən istifadə edirdi. Çünki, bir tərəfdən müsəlmanlara, gündəlik yaşayışlarında məşvərətdən istifadə etməklə onun böyük əhəmiyyətini çatdırmalı, digər tərəfdən isə əhalidə təffəkkür qüvvəsini möhkəmlətməyə çalışırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) şəriət qanunlarında yox, müsəlmanların ümumi tədbir işlərində həmişə, müsəlmanlarla məşvərətləşirdi. Bu işdə, nəzəriyyə sahiblərinə böyük ehtiram göstərirdi.

MƏŞVƏRƏTİN NƏ`TİCƏLƏRİ


Birinci: Öz işlərini məsləhət və məşvərət üzrə aparan camaat, çox az giriftarçılığa mübtəla olurlar. Əksinə, özlərinə öyünüb, özlərini başqalarının fikrindən ehtiyacsız bilənlər fikri cəhətdən fövqəladə yüksək səviyyədə olsalar da, təhlükəli səhvlərə giriftar olurlar. Öz nəzərinə arxalanmaq, insanın şəxsiyyətini alt-üst edir, təfəkkürün qarşısını alır və iste`dadları məhv edib aradan aparır.

İkinci: Başqaları ilə məşvərət edərək müvəffəqiyyətə çatan şəxs, çox az insanların ona həsəd aparmasına düçar olar. Çünki, başqaları əsilində, onun qələbəsini özlərininki bilirlər. İnsan çox vaxt öz gördüyü işə həsəd aparmır. Həmçinin, əgər bu məşvərətdən məğlub olarsa, camaatın məzəmmət dili ona qarşı bağlanar. Çünki, heç kim öz işinin nəticəsinə e`tiraz etməz bəlkədə, qarşı tərəfin məğlubiyyətinə görə ona can yandırarlar.

Üçün: Məşvərətin yaxşı nəticələrindən biri də insanın dost və düşmənlərinin dəyərinin mə`lum olmasıdır. Bu tanışlıq, qələbə yolunun ondan ötrü həmvar olmasına səbəb olur. Ola bilsin, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), fövqəl`adə təfəkkür qabiliyyəti olmasına baxmayaraq məşvərətdən istifadə etməsi, qeyd olunan bu səbəblər görə olsun.

MƏŞVƏRƏT, QUR`AN BAXIMINDAN


Qur`an buyurur: "{Ya Məhəmməd!} Allahın mərməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumuşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbətə onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara ldikdə isə Allaha təvəkkül et! qiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”1

"Fəzz" sözü ərəbcə, sözləri tünd olan şəxsə deyilir. "Ğəlizəl-qəlb" o kəsə deyilir ki, daşürəkli olsun. Bu iki kəlmə, hər ikisi qaba və hirs mə`nasında olsada, çox vaxt biri sözdə, digəri isə əməldə qaba olmaqa deyilir.2

"Ühüd" döyüşü ilə əlaqadar İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olan bu ayə, layiqli rəhbərə lazım olan xüsüsiyyətlərdən birini xatırladır. O da budur ki, xəta edib sonradan peşiman olaraq öz xətalarına iqrar edənlərin müqabilində, rəhbərdə bağışlamaq və güzəşt hissi olmalıdır. Təbiidir ki, rəhbərlik məqamında qərar tutan bir şəxsdə, yaxşı rəftar və insani hisslərə malik ruhiyyə olmazsa, tezliklə öz planlarında məğlubiyyətə uğrayacaq və əhali onun ətrafından dağılacaqdır. Bununlada, rəhbərliyini davam etdirə bilməyəcəkdir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədə, Allah-taala tərəfindən göstəriş alır ki, onlarla məşvərət etsin. Doğrudur ki, ayədə “iş" sözünün geniş mə`nası olub çox işlərə aid olur, lakin şübhə yoxdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) İlahi hökmlərdə heç vaxt insanlarla məşvərət etməz. Belə işlərdə tamamilə vəhyə tabedir. Beləliklə, bu cür məşvərətlər təkcə, İlahi hökmlərin cəmiyyətdə necə icra olunmasına aidiyyatı var idi. Başqa sözlə desək, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qanun tə`yin etdikdə heç vaxt insanlarla məşvərət etmirdi. Təkcə qanunun cəmiyyətdə necə icra olunma tərzi barəsində əhali ilə məsləhətləşirdi. Necə ki, “Bədr" döyüşündə İslam qoşunları bir məntəqədə ordu salmaq istəyirdilər ki, həzrətin “Hübab ibni Münzir" adlı köməkçisi ərz edir: Ya Rəsulullah! Bu yerdə qoşun salmaq, Allahın əmridir yoxsa, özünüz səlah bildiniz? Həzrət buyurdu: Bu barədə Allahdan xüsusi əmr gəlməyib. Münzər ərz edir: Bura ordu üçün münasib yer deyil. Peyğəmbər da onun sözünü bəyənib ordunun yerini dəyişir.

“Şura" surəsində oxuyuruq: “O kəslər üçün ki Rəbbinin də`vətini qəbul edər (iman tirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə rər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. “1

Bu aydə, namaza və haqqın bərpa olunmasına də`vətdən sonra mühüm məsələ sayılan, şura və məşvərət məsələsinə tə`kid olunur. Bu surənin adının "Şura" qoyulması da həmin münasibətlədir.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin