İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamlarımızdan (əleyhimussalam) məşvərət barəsində çoxlu rəvayələr nəql olunmuşdur. Əvvalcə, əsl məşvərət barəsində İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur ki, buyurur:
“Heç kim indiyə kimi məşvərət etməklə bədbəxt olmayıb və öz fikrinə qürrələnməklə də xoşbəxtliyə çatmayıb.”2
Həzrət Əli (əleyhissalam) buyurur: "Hər kim öz nəzərinə arxalanaraq iş görsə həlak olar və hər kim böyük şəxsiyyətlərlə məşvərət etsə, onların ağlında şərik olar. “3
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) yenə də nəql olunur ki, buyurur:
"Əgər hakimləriniz sizin ən yaxşı və saleh, qüdrətli və səxavətli şəxslərinizdən olub işlərini məşvərət üzrə görsə, yerin üstü sizin üçün altından yaxşıdır! (yə`ni, yaşamağa daha layiqsiniz). Lakin, əgər hakimləriniz, sizin ən pislərinizdən, sərvətlilərinizdən və paxıl şəxlərinizdən olub işlərində məşvərət etməsə, bu zaman sizin üçün yerin altı üstündən yaxşıdır.”4
İmam Kazim (əleyhissalam) buyurur:
“Ey Hişam! Dindar və mö`min şəxslərlə oturub-durmaq, dünya və axirətdə şərəf sayılır. Aqil şəxslərlə məşvərət etmək, Allah tərəfindən verilmiş bərəkət qaynağı, xoşbəxtlik və fürsətdir. Bəs əgər ağıllı şəxs birinə nəsihət etsə, onunla müxalifət etməsin ki, zəhmətə düşər. “1
KİMLƏRLƏ MƏŞVƏRƏTLƏŞƏK?
“Vəsail Şiə" kitabında kimlərlə məşvərət etmək barəsində çoxlu rəvayət gətirilmişdir. İmam Sadiq (əleyhissalam) atasından nəql edir, buyurur:
“İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) soruşuldu: Həzm nədir? Buyurdu: Ağıl sahibləri ilə məşvərətləşib onlara tabe olmaq. “2
İmam Sadiq (əleyhissalam) buyurur: “İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a tövsiyə olunanlardan biridə bu idi: Məşvərətdən möhkəm arxa yoxdur. İşlərdə düşünüb tədbir tökmək istəyən ağıldan da, üstün bir ağıl yoxdur.”3
İmam Baqir (əleyhissalam) buyurur: "Tövratda dörd sətir yazılıb. Onlardan birinci sətirdə budur: Hər kim işlərində məsləhətləşməsə, peşiman olar."4
Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: “Məşvərət etmək kimi möhkəm iş yoxdur!”5
İmam Sadiq (əleyhissalam) buyurur: “Öz işlərində o kəslərlə məşvərət et ki, Allahdan qorxusu olsun.”6 Yenədə İmam Sadiq (əleyhissalam) buyurur:
“Ağıllı adamlarla məsləhətləş. Çünki, belə şəxslər işin xeyirini istəyirlər. Ağılı mö`min şəxslərlə müxalifət etməkdən çəkin, çünki, bu iş insanın dünya və axirətin fəsadına gətirib çıxarır.”7
İmam Sadiq (əleyhissalam) buyurur: "Məşvərətində öz həddi var. Əgər yerində olmasa, zərəri məşvərət edənə hamıdan çox çatar. Əvvəl: Ağıllı adamla məşvərət olunsun. İkinci: Azad və dindar şəxslə məşvərət olunsun. Üçüncü: İnsanla dostluq və qardaşlıq hissi olanla məşvərət olunsun. Dördüncü: Əgər sirrini ona açsan, öz sirri kimi möhkəm saxlasın.”
Dostları ilə paylaş: |