Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


KİMLƏRLƏ MƏŞVƏRƏT ETMƏYƏK?



Yüklə 21,47 Mb.
səhifə86/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   82   83   84   85   86   87   88   89   ...   111

KİMLƏRLƏ MƏŞVƏRƏT ETMƏYƏK?


Şübhəsiz ki, hər kim insanın məşvərət verəni ola bilməz. Keçən bəhslərdə rəvayətlərdə oxuduq ki, doğru və düzgün nəzəriyyə sahibləri ilə məşvərətləşmək lazımdır. Allahdan qorxan, mö`min, doğru danışan və əmin şəxslərlə məsləhətləşmək insana fayda verər. Lakin, bə`zi şəxslərlə məşvərətləşmək insanın geridə qalıb pis günə düşməsinə səbəb olur.

Əmirəl-mö`minin Əli (əleyhissalam) məşvərətləşməyi məsləhət olmayan şəxsləri öz məktubunda Malik Əştərə belə tanıtdırır, buyurur:



1.“Paxıl şəxslərlə məşvərətləşmə. Çünki, səni fəqirlərlə qorxudub, səxavətli olmaqdan saxlayacaq.”1

2."Qorxaq şəxslərlə də məşvərətləşmə. Çünki, onlar səni mühüm işlər görməkdən çəkindirəcək.”

3. "Həris şəxslərlə də məşvərətləşmə. Çünki, onlar mal-dövlət, sərvət toplamağı, zülm və sitəmi sənin nəzərində yaxşı cilvələndirəcəklər."

Əvvəlcədən qeyd etdiyimiz kimi məşvərət, həqiqət yolunu nişan vermək, haqqa çatmaqda insana kömək göstərmək və məsləhət sayılır. Paxıl, qorxaq və həris kimi rəzilət sifətlərinə malik olan şəxslər, məşvərətçi kimi qərar tutmamalıdılar. Çünki, onlar məşvərət alana nəinki köməklik göstərmirlər, əksinə onu həlakətə tərəf aparıb, təhlükəli vəziyyətdə qoyurlar. Ona görə də görürük ki, İmam Səccad (əleyhissalam) bu hüquqda buyurur: Məşvərət edənin haqqı budur ki, əgər dərdə dəyən nəzəri varsa, ona desin, yoxsa, onu yaxşı məsləhət verənin yanına göndərsin. Çünki, məşvərətdən hədəf, həqiqətə çatmaqdır.

Bəhsimiz, məşvərət və müşavirədən getdiyinə görə bəhsin sonunda İslamın zühurunun əvvəllərində altı nəfərdən ibarət xəlifə seçmək səlahiyyətinə malik olan şuraya işarə edirik.

İSLAMIN ZÜHURUNUN ƏVVƏLLƏRİNDƏ ALTI NƏFƏRLİK ŞURA


Əhli-təsənni alimlərinin və təfsirçilərinin bir dəstəsi keçən bəhsimizdə şahid kimi qeyd etdiyimiz, “Ali-İmran" surəsinin 159-cu ayəsini bu "altı nəfərlik şuraya" işarə kimi şərh edirlər.1

Burda işarə etmək yerinə düşərdi ki, bu mətləb həqiqətdən çox uzaqdır və aşağıdakı dəlillərə əsasən heç də məntiqi deyildir:



Əvvəla: Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) canişini və İmamın seçilməsi yalnız, Allah-taala tərəfindəndir. Necə ki, e`tiqadi kitablarda subuta yetirmişdik. Çünki, İmam da peyğəmbər kimi rəhbərliyə layiq sifətlərə o cümlədən, ismət, kamil elm və sairə malik olmalıdır. Onun da tanınması yalnız, Allahın əlindədir. Peyğəmbəri məşvərətlə seçə edə bilmədiyimiz kimi İmamı da məşvərətlə seçə bilmərik.

İkinci: Altı nəfərdən ibarət şura, heç vaxt məşvərət qanunlarına uyğun olmamışdır. Çünki, əgər məqsəd, bütün müsəlmanlarla məşvərət idisə, bəs altı nəfərin nə mə`nası var? Əgər məqsəd, müsəlman ümmətinin mütəfəkkirləri ilə məşvərət etmək idisə, ümmətin mütəfəkkirləri yalnız, bu altı nəfər deyildi. Bəlkədə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nüfuzlu məşvərətçilərindən sayılan Salman, Əbuzər, Miqdad və İbni Abbas kimi şəxsiyyətlər və hədis söyləyənlər bu şuraya buraxılmamışdılar. Beləlikə, müşavirləri yalnız, o altı nəfərə münhəsir etmək olmaz. Onlar yalnız, kiçik bir məşvərət heyə`ti idilər.

Əgər məqsəd, güclü nüfuz sahiblərinin nəzərləinin toplanması və bu da başqaları tərəfindən qəbul olunması sayılırdısa, yenə də düzgün deyildi. Çünki, Ənsar tayfasının müləq başçısı, "Sə`d ibni İbadə" və "Bəni Ğəffar" tayfasının başçısı, Əbuzər kimi nüfuzlu şəxsiyyətlər bu şurada yox idilər.



Üçün: Bildiyimiz kimi bu müşavirənin çətin və təhlükəli şəraiti var idi. Müxaliflər ölümlə qorxudulmuşdular. Halbuki, İslam dininin məşvərət hökmündə belə bir hökm ola bilməz və yoxdur.1

40. MÜŞAVİRİN HAQQI



وَأمّا حَقُّ المُشِيرِ عَلَيْكَ فَلا تتَّهِمْهُ فِيمَا لا يُوافِقُكَ عَلَيهِ مِنْ رَأْيِهِ إذا أَشَارَ عَلَيْكَ فَإنَّمَا هِيَ الآرَاءُ وَتصَرُّفُ النَّاسِ فِيهَا وَاختِلافُهُمْ. فَكُنْ عَلَيهِ فِي رَأيِهِ بالخِيَارِ إذا اتَّهمْتَ رَأْيَهُ، فَأَمّا تُهْمتُهُ فَلا تَجُوزُ لَكَ إذَا كَانَ عِنْدكَ مِمَّنْ يَسْتَحِقُّ الْمُشَاوَرَةَ. وَلا تَدَعْ شُكْرَهُ عَلَى مَا بَدَا لَكَ مِن إشْخاصِ رَأْيِهِ وَحُسْنِ وَجْهِ مَشُورَتِهِ، فَإذا وَافَقَكَ حَمِدتَ اللَّهَ وَقَبلْتَ ذلِكَ مِن أَخِيكَ بالشُّكْرِ والإرْصَادِ بالْمُكَافَأَةِ فِي مِثلِهَا إنْ فَزِعَ إلَيْكَ.وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin müşavirinin və öz nəzərlərini sənin ixtiyarında qoyanın haqqı budur ki, sənin nəzərinlə düz lməyən nəzəriyyəyə işarə etdiyinə rə onu müttəhim sayma. Çünki, nəzəriyyə mərləsində insanlar müxtəlif olub, nəzəriyyələri fərqlidir. Əgər məşvərət etdiyin şəxsin nəzəriyyəsinə qarşı bədbinsənsə, onu qəbul etməkdə azadsan. Sənin yanında məşvərət almağa layiq rülən halda, onu müttəhim etmək yaxşı deyil. Əgər öz məsləhətində sənə yaxşı çıxış yolu stərərsə, ona təşəkkür etməyi unutma. Allaha da bu ne`mətə rə md və səna et. Elə bir halda ol ki, əgər bir n səninlə məşvərət etsə, ona yaxşı mükafat verə biləsən. Allahdan başqa h bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın müşavirin haqqı barəsinə sözünün qısası budur ki, əgər onun məşvərət nəzəriyyəsi sənin nəzərinlə müvafiq deyilsə, onu bu işdə müttəhim sayma. Əgər istədiyin mövzuda nəzəriyyəsi sənin nəzəriyyənlə düz gəlsə, bu ne`mətə görə Allaha şükür və müşavirin müvafiq nəzəriyyəsindən təşəkkür et!


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin