XƏLİFƏ MƏNSURUN İMAM SADİQ (ƏLEYHİSSALAM)-DAN NƏSİHƏT İSTƏMƏSİ
Mənsur Dəvaniqi, İmam Sadiq (əleyhissalam)-ı saraya çəkməklə, özünün haqq olmasını camaata nişan verməkdən ötrü həzrətə xəbər göndərir. Xəbərdə yazır: "Nəyə görə camaat kimi bizim sarayımıza gəlib-getmirsiniz?“. Mənsur elə fikirləşir ki, İmam Sadiq (əleyhissalam) onun bu məharətinə görə hesab açacaq. Ancaq, İmam (əleyhissalam) cavabında buyurur:
“Ey Mənsur! Bizim dünyada bir şeyimiz yoxdur ki, ona görə sizdən qorxaq və sənin yanında axirətlik də bir şey yoxdur ki, ona ümidvar olaq! Beləliklə, mənim sənin yanına gəlməyimin nə mə`nası? "
Bu söz, Mənsura çox ağır gəlir və ona görə də sözünü dəyişib belə yazır: “Siz bizim sarayımıza gəlib bizə nəsihət edin. Biz də sizin nəsihətinizdən bəhrələnək! “İmam (əleyhissalam) cavabında yazır:
“Ey Mənsur! Hər kim dünya ne`mətlərinə yetişmək istəyərsə, səni nəsihət etməz. Çünki, aydındır ki, nəsihətin bir miqdarı dünyanın vəfasızlığı və qiymətsizliyi barəsindədir. Dünyanı istəyən nəsihətçi bu işi görməz. Çünki, onun hədəfi dünyadır. Ancaq, axirət tələbində olan şəxs də səninlə yoldaş və həmsöhbət olmayacaq.“1
Bu da mə`lumdur ki, Mənsur kimi şəxslərlə oturub-durmaq, əsl hədəfin əksinədir. Ağıllı insan isə hədəfinin əksinə hərəkət etməz!
42. NƏSİHƏT VERƏNİN HAQQI
وَأمّا حَقُّ النَّاصِحِ فَأَنْ تُلِينَ لَهُ جَنَاحَكَ ثُمَّ تشرأب لَهُ قَلبَكَ وَتفْتَحَ لَهُ سَمْعَكَ حتَّى تَفْهَمَ عَنهُ نصِيحَتَهُ، ثُمَّ تنْظُرَ فِيهَا، فَإنْ كَانَ وُفّقَِ فِيهَا لِلصَّوَاب حَمِدْتَ اللَّهَ عَلَى ذَلِكَ وَقَبلْتَ مِنْهُ وَعَرَفْتَ لَهُ نَصِيحَتَهُ، وَإنْ لَمْ يَكُنْ وُفّقَِ لَهَا فِيهَا رَحِمْتَهُ وَلَمْ تتَّهِمَهُ وَعَلِمْتَ أَنَّهُ لَمْ يألُكَ نُصْحًا إلا أنَّهُ أَخطَأَ إلا أَنْ يَكُونَ عِنْدَكَ مُسْتَحِقًّا لِلتُّهْمَةِ فلا تَعْبَأ بشيء مِنْ أَمْرِهِ عَلَى كُلِّ حَالٍ. ولا قُوَّةَ إلا باللهِ.
“Nəsihət verənin haqqı sənin boynunda budur ki, ona qarşı təvazökar olasan. Ona ürək bağlayıb, qulaq as ki, söylədiyini anlayasan. Sonra onun dediklərində fikirləş. Əgər düz nəsihət edibsə, buna görə Allaha həmd və səna et, ondan qəbul et və nəsihətinin qədrini bil. Əgər düzgün nəsihət verməmişsə, onunla mehriban ol və onu müttəhim etmə. Bilki, xətadan başqa, sənin üçün xeyirxahlıqda heç bir səhlənkarlıq etməmişdir. Yox əgər sənin nəzərində töhmətə layiq olsa, hansı halda olursa, heç bir sözünə e`timad etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
İmam Səccad (əleyhissalam)-ın nəsihət verənin haqqı barəsinə sözünün qısası budur ki, insan, özünün nəsihət verəninin müqabilində təvazökarcasına onun sözlərinə qulaq asmalı və sözlərində diqqətlə fikirləşməlidir. Əgər düzgün nəsihət vermişsə, buna görə Allaha şükr etməli və nəsihət verənin qədrini bilməlidir. Əgər düzgün nəsihət verməmişsə, tələsik ittiham etməsin və bilsin ki, o, xeyirxahlıqdan başqa bir şey istəmirdi. Yalnız, sözlərində səhvə yol verib və onun sözlərinə əməl etməsin.
Keçən bəhslərdə, nəsihəti qəbul edənin haqqı barəsində İmam Səccad (əleyhissalam)-ın söylədiklərinə uyğun olan ayə və rəvayətləri zikr etdik. İndi də Əli (əleyhissalam)-ın "Ğürərül-Hikəm" kitabında nəsihət verənin haqqı barəsində söylədiklərinə işarə edək. Həzrət buyurur: “Sənin yanında ən istəkli, o şəxs olmalıdır ki, sənə mehribançılıq və ürək yanğısı ilə nəsihət verir.“1 Yenə də buyurur:
“Hər kim nəsihət verənin nəsihətindən üz döndərsə, qiyamətdə atəşdə yandırılar!“2
Əmirəl-mö`minin Əli (əleyhissalam) bə`zi xütbələrində buyurur:
“Mehriban, ürəkyandıran və təcrübəli nəsihət verənin müqabilində günah edib nəsihətinə əməl etməmək, insanın peşimançılığına səbəb olar. "1 Həzrət yenə də buyurur:
"Sizə nəsihət hədiyyə edəndən nəsihətini qəbul edib, onu hifz edin və yadınızda saxlayın. Hər vaxt ehtiyac olsa, istifadə edin. “2 Başqa yerdə buyurur:
“Sənə qarşı insanların ən mehribanı o kəsdir ki, sənə özünü islah etməkdə kömək edib, dinində nəsihət verir. Beləliklə, belə şəxs sənə köməkçi və insanlərın sənə ən çox nəsihət verənidir. “3 Həzrət yenədə buyurur:
"İnsanın ən böyük macal və tofiqlərindən biri budur ki, mehriban nəsihət verənlərə qulaq asır və onları əməl etməkdən ötrü xatirində saxlayır. “4 Başqa yerdə buyurur:
"Sənin nəsihət verənin, sənə qarşı mehribandır. Sənə yaxşılıq edəndir. O, öz nəzərində həyatın sonunu görür. İtaətdə sənin təqsirlərini biləndir. Onda tabe olmaqın, kamal və səadətinə, müxalifət etməyin isə özünün fəsadə düşməyinə səbəb olar! “5
Əmirəl-mö`minin Əli (əleyhissalam) sözlərinin sonunda nəsihət edənə buyurur:
"Ona gizlində nəsihət ver. Əhalinin içində yox. Camaatın içində aşkarda nəsihət etmək, qəlbinin sınmasına səbəb olar! “6
Dostları ilə paylaş: |