Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QOCALARA EHTİRAM ƏZABDAN XİLAS OLMAQDIR



Yüklə 21,47 Mb.
səhifə93/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   89   90   91   92   93   94   95   96   ...   111

QOCALARA EHTİRAM ƏZABDAN XİLAS OLMAQDIR


Qocalara ehtiram mövzusunda İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

r kim ağsaqqal mö`min kişiyə ağ saqqalına rə ehtiram etsə, Allah-taala onu Cəhənnəmin əzab və narahatlıqlarından amanda saxlayar.”3

Bura kimi İmam Səccad (əleyhissalam)-ın sözlərinə münasib olaraq, rəvayətlərdə qoca və ağsaqalların ehtiramı barəsində bəhs etdik. Belə bir nəticəyə gəldik ki, hər bir cəmiyyətdə qocaların sayı çox ola bilər və bu müasir mədəniyyətə malik dünya, onların çarəsini, qocaları isti ailə yuvalarından ayırıb qocalar evlərinə aparmaqda bilir. Lakin, müqəddəs İslam, əvvəla, ağsqqalın başının ağ tükünü bərəkət və əzəmət nişanəsi sayır. İkinci, göstəriş verir ki, onlara çox ehtiram göstrilsin. Bəli! Onlar ömürləri qürub etməyə yaxın olan günəşə bənzəyirlər. Onların müqabilində müxalifət göstərməməli və onlara qəzəb gözü ilə baxılmamalıdır. Bir mətləbi qəbul etməliyik ki, onlar yaşlarının çoxluğuna görə kəmhövsələ olub, aclığa, susuzluğa və çox çətinliklərə dözə bilmirlər.

Rəvayətlərdən mə`lum olan başqa mətləblərdən biri də budur ki, Allah-taala, qocaları cəhənnəm atəşində yandırmaqdan həya edir. Ona görə də qocalar da həya edib, qoca vaxtlarında günahlardan çəkinməlidirlər. Elələri də var ki, günaha adət ediblər. Belələri, tezliklə özlərini tövbə suyu ilə yumalı, özlərinə qarşı Allahda mərhəmət v məğfirət yaratmalıdırlar.



44. KİÇİKLƏRİN HAQQI



وَأمّا حَقُّ الصَّغِيرِ فَرَحْمتُهُ وتَثقِيفُهُ وتَعْلِيمُهُ وَالعَفْوُ عَنْهُ وَالسِّترُ عَلَيهِ وَالرِّفْقُ بهِ وَالمَعُونَةُ لهُ وَالسِّترُ عَلَى جَرَائِرِ حَدَاثتِهِ فَإنّهُ سَبَبٌ لِلتَّوبَةِ وَالْمُدَارَاةُ لَهُ وتَرْكُ مُمَاحَكَتِهِ، فَإنَّ ذَلِكَ أَدنى لِرُشْدِهِ.

"Kiçik yaşlının haqqı budur ki, ona mehribançılıq stərəsən. Tərbiyə və tə`lim verib xətalarına z yumasan. Onunla yumuşaq rəftar edəsən. Ona kömk edib uşaqcasına etdiyi səhvləri bağışlayasan. Çünki, bu tövbəyə səbəb olar. mçinin, onu bir daha bu ə tərəf lməməyə məcbur edər. Çünki, bu əməl, onun inkişafına daha yaxındır. "

İmam Səccad (əleyhissalam)-ın kiçiklərin haqqı barəsində sözünün qısası budur ki, tə`lim və tərbiyə zamanı uşaqlarla mehriban olub, eyblərini örtməli və həmişə onlara kömək etmək lazımdır.

Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoşrəftarlıq ən mühüm tə`siredici yollardan biridir. Bu hissiyyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, sadət və xoşbəxtliyin qaynağıdır. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşaqa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqın ruhiyyəsi sınmış və hər cür inhiraf yollarına düşmək təhlükəsində var. Ona görə də İmam Səccad (əleyhissalam) uşaqın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçadılmasına yol verilməməsinə işarə edir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz tərbiyət məktəbində xırda uşaqlar barəsində belə buyurur:

"Övladlarınıza ehtiram stərin və onların yanınıda öz rəftar və ədəblərinizi islah edin!”1

İmam Səccad (əleyhissalam) uşaqın böyüklərin boynunda olan hüquqlarından, tə`lim-tərbiyət və pərvərişnə işarə edir. Bu barədə mə`sum İmamların (əleyhimussalam)-ın yolunu nümunə kimi göstərə bilərik.


UŞAQDA MƏHƏBBƏT YARATMAQ


İmam Həsən (əleyhissalam) bir gün öz uşaqların və qardaşı uşaqların çağırıb onlara buyurdu:

"Sizin hamınız bu nkü miyytin uşaqlarınsınız. Ümüdvarəm ki, sabah miyyətin böyükləri olasınız. Elm öyrənin və bilik yolunda çalışın. r birinizin yaxşı hafizəsi olmasa, müəllimin dediklərini yazıb öz yanınızda saxlayın və lazım olan vaxtda onlara müraciət edin."

Bu hədisdə, İmam Həsən (əleyhissalam) övladlarında elm və bilik əldə etməyə qarşı məhəbbət oyatmaqdan ötrü qorxutmaq və hədələmək yolu ilə deyil, bəlkə də ən yaxşı mehribançılıqla onlarda bu işə qarşı məhəbbət icad edir. O da onlara, bu gün uşaq, sabah isə cəmiyyətin böyükləri olmalarını xatırlatmasıdır. Bu hədisdə istifadə olunan yol, bu günkü dünyanın tərbiyət və tə`lim məsələlərində ən yaxşı və tə`siredici yoldur. Hər bir ailə bu yolla eliyə bilər ki, öz uşaqlarını elm və bilik əldə etməyə sövq etsin və onlara yaxşı ümidlər versin. Bu zaman uşaqlar eşq və əlaqə ilə elm dalınca gedib, bilik əldə edərlər. Bu yolda heç bir güc və qarxutma vasitələrindən istifadə etməyə ehtiyac yoxdur.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin