Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə94/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

UŞAQLARIN TƏRBİYƏ YOLU


Uşaq və böyüklərin iste`dadlarının ən yaxşı inkişaf yollarından biri yaşayış mühitinin azad olmasıdır. Zorakılıq və zülümkarlıq olan mühitdə sözsüz ki, inkişafdan söz ola bilməz. Əksinə, azad və sağlam mühitdə iste`dadlar açılır və inkişaf edir. Ona görə də İslam məktəbində hər nə qədər imkan varsa, müəllimə zor və gücdən istifadəyə icazə verilmir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bəşərin müəllimi idi. İbni Mə`sud nəql edir:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zuruna lir. Söz demək istədikdə, birdən qorxub dayanır. zrət buyurur: Qorxma! Mən şah deyiləm."1

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Hər kimin yanında uşaqı varsa, onun pərvərişində uşaq kimi olmalıdır!“2

Həzrət Əli (əleyhissalam) buyurur:



"r kimin uşaqı varsa, onun tərbiyəsindən ötrü özünü uşaq ddinə qədər aşağı salmalıdır!“2

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:



"Allah rəhmət eləsin o ataya ki, öz uşığının yaxşı olub, xeyirxah kimi böyüməsində ona kömək olsun. Ona ehsan etsin, uşaqlıq dostu olsun və onu ədəbli alim kim yetişdirsin! “3

PEYĞƏMBƏRİN (səlləllahu əleyhi və alihi və səlləm) UŞAQA EHTİRAMI


İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) səfərdən qayıdarkən uşaqlarla rastlaşır. Onların ehtiramına görə dayanır və buyurur ki, uşaqları gətirin. Uşaqları yerdən götürüb Həzrətə verirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bə`zilərini qucağına, bə`zilərini də çiyninə mindirir. Bu vaxt öz əshabına buyurur: Uşaqları qucağınıza alın və çiyninizə mindirin. Uşaq bu işdən həddən artıq xoşhal olar və şadlığından dərisinə sığmaz. Uşaqlar bu şirin xatirəni heç vaxt unutmazlar və çox vaxt bir müddət sonra bir yerə yığışıb bu şirin xatirəni bir-birnə söyləyərlər. Fəxrlənərək biri deyər ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) məni qucağına alıb. Səni çiyninə mindirmişdi. Başqası deyər: Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) öz əshabına buyurdu ki, səni çiyninə götürsün."4

UŞAQIN XƏTALARINI GÖRMƏMƏZLİYƏ VURMAQ


İmam Səccad (əleyhissalam) buyurur: "Uşaqın kiçik xətalarını bağışlamalı və rməməzliyə vurulmalıdır!"

Bə`zi günahların bağışlanılıb görməməzliyə vurulması, əxlaq məktəbində istifadə olunan ən mühüm mövzulardan biridir. Bə`zən eybləri görməməzliyə vurmaq və çox şeydə həssas olmamaq, islah məsələsində çox tə`sirlidir. İmam Sadiq (əleyhissalam) buyurur:

"İnsanlarla yaşayışın səlahı, dolu bir peymanəyə bənzər ki, onun iki də biri anlaşmaq və agahlıq, üçdə biri isə özünü rməməzliyə vurmaqdır."1

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayətlərin birində görməməzliyin dəyəri barəsində buyurur:

"İmanlı şəxsin yarısı, başqalarının xətasına z yummaqdır.”2

Əlbəttə, bu sahədəki qafillik də iki qisimdir: Bəyənəlmiş və bəyənilməmiş. İslam tə`limlərində və övliyaların məsləhət gördüyü qəflət və görməməzlik, ağıl və məsləhətdən sərçeşmə almış bəyənilmiş bir qəflətdir. Qəflət edən şəxs, bu işi yaxşı və pak niyyətlə yerinə yetirir.

Valideyn və müəllimlərin uşaqların kiçik xətalarına göz yummaları, əgər doğru və öz yerində olarsa, tərbiyəvi məsələlərdə müsbət tə`sir göstərəcəkdir. Məsələn, bütün dünyada uşaqlar arasında az-çoxda olsa, xırda oğurluq halətləri müşahidə olunur. Malik olmaq hissi uşaqda həddən artıq tez inkişaf edir və ətrafında gördüyü hər şeyi özününkü bilir. Başqa uşaqların oyuncaqlarını özününkü bilib, oğurluğa da əl ata bilər. Bə`zən atasının cibinə əl atıb pul götürür. Belə halda ata soruşanda ki, mənim cibimdən pul götürülüb? Ana gileylənərək deməli: Məgər bu evdə kimsə bu çirkin işə əl atar? Ata üzürxahlıq edib deyir: Ola bilsin cibimdən düşüb. Yaxud, meyvə satandan on manat əvəzinə beş manat almışam. O gecə, pulu götürən uşaq fikrə gedəcək. Bu nə işdi mən gördüm? Yaxşı oldu ki, kimsə başa düşmədi. Qərara alır ki, birdə belə işə əl atmasın və özünün abır-həyasının getməsinə səbəb olmasın. Belə halətdə, xilaf iş görən uşaqın işini, onun islah olmasından ötrü görməməzliyə vurmaq lazımdır. İmam Səccad (əleyhissalam) buyurur:

Uşaqların xətaları ilə belə rəftar etmək, onların islahına səbəb olur."




Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin