Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə99/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

47. XOŞHAL EDƏNİN HAQQI



وَأمّا حَقُّ مَنْ سَرَّكَ اللهُ بهِ وَعلَى يَدَيهِ، فَإنْ كَانَ تَعَمَّدَهَا لَكَ حَمِدْتَ اللهَ أَوّلاً ثُمَّ شَكَرْتَهُ عَلَى ذلِكَ بقَدْرِهِ فِي مَوْضِعِ الجَزَاءِ وَكَافَأتَهُ عَلَى فَضْلِ الابْتِدَاءِ وَأَرْصَدْتَ لَهُ الْمُكَافَأَةَ، وَإنْ لَمْ يَكُنْ تَعَمَّدَهَا حَمِدْتَ اللهَ وَشَكَرتَهُ وعَلِمْتَ أنَّهُ مِنْهُ، تَوَحَّدَكَ بهَا وأَحْبَبتَ هذا إذ كَانَ سَبَباً مِنْ أَسْبَاب نِعَمِ اللهِ عَلَيْكَ وَترْجُو لَهُ بَعْدَ ذلِكَ خَيرًا، فإنَّ أَسْبَابَ النِّعَمِ بَرَكَةٌ حَيثُ مَا كَانتْ وَإنْ كَانَ لَمْ يَتَعَمَّدَ. ولا قُوَّةَ إلا باللهِ.

Allahın, sənin xoşhal olmağını onun ilə yerinə yetirdiyi şəxsin haqqı odur ki, əgər onun məqsədi sənin şadlanmağın olubsa, onda əvvəl Rəbbinin şükrünü yerinə yetir sonra isə səni xoşhal edənin haqqı müqabilində r nə qədər layiqdirsə, mükafatın ver və ehsan etməklə, bu yaxşılığın əvəzini çıxmağa çalış. Onun yaxşılığı, sənin ehsanının başlanması ilə bir olsun. Əgər onun dəfi sənin şadlığın olmayıbsa, onda Allaha tə`rif və şükürlər et və bil ki, bu şadlıq, Allah tərəfindən olub, sənin şadlıq qaynağındır. Bu vaxt səni şadlandıranı, Alahın onu səni şadlandırmaqdan ötrü onu bir vasitə qərar verdiyinə rə onu dost tut və onun xeyirini istə! Çünki, ne`mətlərin səbəbləri bərəkətdirlər. Harda olursa, onun dəfi bu olmasada, sən onu dost tut! "


HƏYATDA İNSANIN MÜXTƏLİF HALLARI


Yaşadığımız bu günkü dünyada müxtəlif hallarla qarşılaşırıq. Bə`zən isanın həyatı çətinliklərlə dolu olur. Bu çətinliklər dağıdıcı dalğlar kimi insanın nicat gəmisinin qarşısına çıxır və onun sahilə çatmasının qarşısında böyük mane olur. Bə`zən də insanın həyatında xoşhallıq dalğaları dövr edir, belə ki, şadlığından dərisinə sığmır. İslam və Qur`anın nicatbəxş proqramları insanı, bu iki halətin arasında mö`tədil şəkildə səadət və xoşbəxtliyə tərəf aparır. Ən dərin qəmlərdə, insan Allahdan ümüdünü üzməməli və bütün nicat qapılarının onun üzünə bağlandığını fikirləşməməlidir. Həmçinin, şadlıq vaxtı da belə olmsın ki, insan bunun vasitəsilə qəflətə düşüb, özünü unutsun və nəticədə Allahı yaddan çıxarsın. Əksinə, hər iki halda, Allah həmişə yadda olmalıdır. Şadlıq vaxtı bilsin ki, bütün bu ne`mətlər ona, Allah tərəfindəndir. Əgər qəlblər ona tərəfdirsə, bilsin ki, bu da Allahın istəydir. Giriftarçılıqda da diqqət Allaha tərəf olmalıdır ki, xoşagəlməz hadisələr, insan həyatına çox böyük tə`sir qoya bilər. Sözün qısası, şadlıq və qəm vaxtında ifrat və təfritdən özünü gözləsin. İnsanı şadlandıran bə`zən, dünya və məqam, bə`zən, sərvət, qüdrət və imkan, bə`zən də başqalarının ona ehsanıdır. İmam Səccad (əleyhissalam) bu mövzuda, insanı xoşhal edənin hüquqlrına aid yuxarıdakı mətləbləri buyurmuşdur.

MÖ`MİLƏRİ XOŞHAL ETMƏYİN SAVABI


"Üsul-Kafi“ kitabında, "Mö`minləri sevindirmək" ünvanı ilə hədislər nəql olunmuşdur. Bu rəvayətlərdə, mö`minlərin sevindirilməsi məsələsinin əslinə və əhəmiyyətinə işarə olunmuşdur. Bə`zi rəvayətlərdə bu işin savbına işarə olnunduğundan onların bə`zilərini nəzərdən keçiririk:

İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"r kim bir mö`mini sevindirsə, məni sevindirib və r kim məni sevindirsə, Allahı sevindirmiş kimidir.“1

Həyatda, Allah və Peyğəmbərin razılığını ələ gətirməkdən ötrü çalışan insana, bu əməlin yollarından biri kimi başqalarını sevindirməyi məsləhət görmək olar. Bu mövzu, cəmiyyətdə kin-küdurətin və düşmənçiliyn aradan getməsində böyük müsbət tə`sir göstərə bilər. Yenədə başqa rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:



"Kişinin mö`min qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır. Müsəlman qardaşdan zərərli şeyləri kənarlaşdırmağın özü savab və ehsandır. Allaha ən sevimli ibadət, mö`min qardaşın qəlbini şadlandırmaqdır. “2

Bu hədisdə də, mö`min qardaşın üzünə təbəssüm və onun müşkülünü həll etməyi müsəlmanların bir-birinə qarşı mehribançılıqlarına dəlalət edir. Bundan əlavə, hədisdə mö`min qardaşı şadlandırmaq ibadət sayılır. Çünki, hədisdə buyurur: Mö`minin qəlbini şad etməkdən sevimli bir ibadət yoxdur. Beləliklə, başqalarının şadlığı yolunda çalışanlar əslində, Allah yolunda olunmuş ibadətlərin ən yaxşı nümunəsidir. Başqa hədisdə İmam Baqir (əleyhissalam) buyurur:



"Musa ibn İmranın (əleyhissalam) munacatında gəlib ki, Alaah-taala Musaya buyurur: Ya Musa! Mənim elə bəndələrim var ki, Behişt onlardan ötrü mübahdır və Mən Behiştdə onlara hökumət bağışlayacağam. Musa ərz etdi: Pərvərdigara! Behiştdə xüsusi məqamları olanlar kimlərdir? Buyurdu: Hər kim mö`minin qəlbinə şadlıq gətirsə! “

Hədisin ardında gəlir: "Əgər bir nəfər mö`min, elə bir ölkədə yaşasa ki, hakimi zalim və təcavüzkardır, oradan qaçıb əhalisi Allaha şirk qoşan yerdə yaşasa və müşriklərin pənahında qərar tutsa, ölüm vaxtı çatanda Allah-taala ona vəhy edər: Ey Mənim bəndəm! Əgər Mənim Behiştimdə yerin olsaydı səni orada məskunlaşdırardım. Lakin, Mənə şərik qoşana Behiştdə yer yoxdur. Atəşə xitab lər: Onu özünə çək! Lakin, onu çox incitmə. nortaya yaxın onun ruzisi ləcək. Soruldu: Hardan? Allah-taala buyurdu: Allah istədiyi yerdən.”

Bu hədis sitəmkar və zalim hakimin əlindən qaçıb müşriklərin pənahında qərar tutan mö`minlərə aiddir. Bu barədə Qur`an buyurur:

"Şüb yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan nahlarını bağışlar. “1

Bu hədisdə bəyan olur ki, mö`minləri xoşhal edənlər Behiştə gedib orada xüsusi məqamda olarlar. Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bir nəfər mö`minin xoşhal olmasına səbəb olan müsəlman təsəvvür etməsin ki, tək onu xoşhal etmişdir! Bəlkədə, Allaha and olsun! Bizləri də (mə`sum İmamları) xoşhal etmişdir. Bəlkədə, Allaha and olsun! Peyğəmbəri də xoşhal etmişdir! "2

Bəli! Mə`sum İmamlarımız (əleyhimussalam) və alicənab Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) tərəfdarlarının bir-birilə mehriban olub, xoşhal olmalarını, birinin digərinə fəda olmaqa hazır olduqlarını gördükdə, onlarda öz tərəfdarlarını xoşhallıqlarından xoşhal olurlar.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin