Nadə-Əli (ə) zikrinin başqa xətmi belədir:
Sübh və axşam namazının təqibat (namazdan sonrakı dua) və salavatından sonra yüz on dəfə diqqətlə “Ya Əli” deyirsən. Sonra isə əllərini üzünlə bərabər tutub belə deyirsən.
Ərəbcəsi:
اللهم انك قلت: "ناد علياً مظهر العجائب تجده عوناً لك في النوائب!" فناديته ليظهر علي من عجائب آثار ولايته و غرائب أسرار امامته امامته حتي ينجلي كل همي و غمي بولايته يا علي يا علي يا علي! Oxunuşu: Əllahummə innəkə qultə: “Nadə Əliyyən Məzhərəl-əcaib təcidhu əvnən ləkə fin-nəvaib”. Fənadəytuhu liyuzhirə ələyyə min əcaibi asari vilayətih, və ğəraibi əsrari imamətih, hətta yəncəliyə kullu həmmi və ğəmmi bivilayətih. Ya Əliyyu ədrikni bisirri vilayətikəl-xəfiyyi vəl-cəliyy!
Tərcüməsi: İlahi! Sən demisən: “Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən!” Mən də Onu çağırdım vilayətinin təsirlərindən əcaibləri və imamətinin sirrlərindən qəribəlikləri üzə çıxarsın; mənim qüssə və kədərlərim onun vilayəti ilə çəkilib getsin. Ya Əli (ə)! Gizli və aşkar vilayətinin sirri ilə mənim fəryadıma çat!
Sonra yenə salavat deyib hacətini istə.
Başqa bir xətm Kim təharətli halda xəlvət yerdə on iki min dəfə bu zikri desə, hacətləri rəva olar.
Ərəbcəsi:
بسم الله الرّحمن الرّحيم . يا قاهر العدوّ و يا والی الولیّ، يا مظهر العجائب، يا مرتضی علیّ ! Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya Qahirəl-əduvvi, və ya Valiyəl-vəliyyi, ya Məzhərəl-əcaib, ya Murtəzəl-Əliyyi!
Tərcüməsi: Ey düşmənləri məhv edib qələbə çalan! Ey dostlara kömək edən! Ey əcaibləri üzə çıxaran! Ey Murtəza Əli (ə)!
Başqa bir xətm Zalımın və ya düşmənin həlak olması üçün çərşənbə günü gün çıxan vaxt qırx bir dəfəbu zikri deyib onun evnə tərəf üfürmək lazımdır.
Ərəbcəsi:
بسم الله الرحمن الرحيم . بفضل بسم الله الرحمن الرحيم . ببركة بسم الله الرحمن الرحيم . يا أبا الغيث أغثنى ناد عليًا مظهر العجائب تجده عونًا لك فى النوائب كل هم و غم سينجلى بولايتك يا علي يا علي يا علي! Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Bi fəzli Bismillahir-Rəhmanir-Rəhim! Bi bərəkəti Bismillahir-Rəhmanir-Rəhim! Ya əbəl-ğəysi əğisni! Nadi Əliyyən Məzhərəl-əcaibi, təcidhu əvnən ləkə fin-nəvaib! Kullu həmmin və ğəmmin səyəncəli bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyy!
Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ey fəryadlara yetişən! Səni and verirəm “Bismillahir-Rəhmanir-Rəhim”-in fəzilətinə! Səni and verirəm “Bismillahir-Rəhmanir-Rəhimin”-in bərəkətinə mənim fəryadıma çat! Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən. Bütün qüssə və kədər çəkilib gedər, sənin vilayətinlə! Ya Əli! Ya Əli ! Ya Əli !