XƏBƏRİ SİFƏTLƏR
43-CÜ ƏSAS
İndiyə qədər, danışmaqdan başqa bəyan olunan sair ilahi sifətlərin Allahda olub-olmamasını əql hökm edir. Amma Qurani-kərimdə və hədislərdə bir sıra sifətlər vardır ki, onların nəql olunan hədislərdən başqa, digər bir mənbəsi yoxdur. Məsələn:
1-Yədullah (Allahın əli):
º†«ÊsÓ†«‰sÓ–ÈÊÓ†ÈÔ»«“ÈŸÔËÊÓ„Ó†«ÊsÓ«“†ÈÔ»«“ÈŸÔËÊÓ†«‹Ó†ÈӜԆ«‹†vÓËtvÓ†√ÓÈtœÈÁÂt†;
“(Ey Peyğəmbər!) Sənə bey”ət edənlər, şübhəsiz ki, Allaha bey”ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.”100
2-Vəchullah (Allahın siması):
º†ËÓ†‹†«‰tÂÓgt—vÔ†ËÓ†«‰tÂÓ⁄t—»Ô†bÓ√ÓÈtÊÓ«“† ÔËÓ‰sÔË«†bÓÀÓÂsÓ†ËÓÃtÁÔ†«‹†«ÊsÓ†«‹Ó†Ë«“GŸÏ†ŸÓ‰ÈÂφ;
“Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və hər şeyi biləndir.”101
3-Eynullah (Allahın gözü):
º†ËÓ†«gtÊÓŸ†«‰tbÔ‰t„Ó†»√ÓŸtÈÔÊÊ«“†ËÓ†ËÓÕtÈÊ«“†;
“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt.”102
4-İstəva ələl-ərş (Ərşdə əyləşdi):
º†«Ó‰—sÓÕtˆˆÊÔ†ŸÓ‰ÓȆ«˘Ó—tg†«Gt ÓËÈ”†;
“Rəhman Allah ərşi (hökmü) altına almışdır.”103
Bunlara ona görə “xəbəri sifətlər” deyirlər ki, onlar barəsində yalnız nəqli dəlillər xəbər verir.
Qeyd etmək lazımdır ki, əql və ideoloji baxımdan bu sifətləri adi camaat arasında düşünülən mənaya yazmaq olamaz. Əks halda əqli və nəqli dəlillərin qəbul etmədiyi halda Allahın cism olması, onun oxşarı (bənzəri) olması lazım gəlir. Məhz buna görə də bu sifətlərin həqiqi mənasını anlamaq üçün, mütləq Qurani-kərimin ayələrini ayrı-ayrılıqda deyil, bir məcmuə halında nəzərə almalıyıq, bunu da bilməliyik ki, ərəb dili, başqa dillərdə olduğu kimi, məcazi mənalarla doludur. Qurani-kərimdə bu mənalardan istifadə eilmişdir.
İndi isə xəbəri sifətlərin bəyan etməyə başlayırıq.
a) Qurani-kərim yuxarıda qeyd etdiyimiz birinci ayədə buyurur: “Sənə bey”ət edənlər, şübhəsiz ki, Allaha bey”ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.” Bu ayədə məqsəd Allahın cisim olması və Onun əli olması, eləcə†də əlinin onların əllərindən üstün olması deyil, Allahın qüdrətinin onların qüdrətindən üstün olması nəzərdə tutulur. Ayənin davamında deyilənlər bu mətləbə tutarlı sübutdur:
º†bÓÂÓÊt†ÊÓ„ÓÀÓ†bÓ«ÊsÓ«“†ÈÓÊt„ÔÀÔ†ŸÓ‰È”†ÊÓbtGÁ†ËÓ†ÂÓÊt†√ÓËtbÈ”†»Â«“†Ÿ«“ÁӜӆŸÓ‰ÓÈtÁ†«‹†bÓGÓÈÔƒt ÈÁ†√ÓÃt—«Î†ŸÓÿÈ«Ά;
“Kim bey”əti sındırsa, ancaq öz əleyhinə sındırmış olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər.”
“Bey”ət sındıranları hədələyib, bey”ətə vəfalı olanlara müjdə və mükafat vermək” ifadələri göstərir ki, Allahın əli dedikdə Onun qüdrət və hakimiyyəti nəzərdə tutulur. Adətən, bəzi vaxtlar müxtəlif mədəniyyətlərdə “yəd” (əl) kəlməsi məcazi mənada qüdrəti göstərir. Məsələn belə deyirlər: “Əl, əl üstədir.”
b) Allah taalanın siması dedikdə isə məqsəd, insana məxsus olan üzv deyil, əksinə, Onun zatı nəzərdə tutulur. Qurani-kərim insanın məhv olması haqda xəbər verərək buyurur:
º†„Ô‰sÔ†ÂÓÊt†ŸÓ‰ÓÈtÁ«“†b«“Ên;
“Yer üzündə olan hər kəs fanidir.”104
Ayənin davamında yalnız Allahın vücudunun sabit qalmasından söhbət açılaraq buyurulur:
º†ËÓ†ÈÓ»tvÈ”†ËÓÃtÁÔ†—Ó»s„Ó†–Ôˆ«‰tÃÓ‰«“‰†ËÓ†«˘„t—«“†;
“Yalnız əzəmət və kərəm sahibi olan Rəbbinin zatı əbədi qalar.”105
Beləliklə, ayənin əsl mənası budur ki, uca Tanrı xüsusi bir yerdə deyil, əksinə, Onun vücudu hər bir şeyi əhatə etmişdir, hər tərəfə üz tutsaq, Allah oradadır. Bu mətləbi sübut etmək üçün Allahın iki sifətinə işarə edirik:
1-Vasi”: Yəni Allah taalanın vücudu sonsuzdur.
2-Alim: Yəni Allah hər şeyi biləndir.
v) Qurani-kərimdə buyurulur: “Nuh Allah tərəfindən gəmini düzəltməyə məmur oldu.” Halbuki, gəminin dənizdən çox uzaq bir yerdə düzəldilməsi sonrakı hadisələrdən xəbərsiz bir qrupun istehza etməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Allah ona “gəmini düzəlt, sən Bizim nəzarətimiz altındasan, bu işi Biz sənə vəhy etdik” buyurdu. Burada məqsəd budur ki, Həzrət Nuh (ə) Allahın əmrinə əməl edib, Onun himayəsi və nəzarəti altında olduğundan, istehza edənlər ona heç bir zərər yetirə bilməzlər.
q) “Ərş” kəlməsi ərəb dilində “taxt” və “kürsü” mənasını ifadə edir. “İstəva” feli “əla” kəlməsi ilə birgə olduqda, “qərarlaşma” və “bir şeyin üzərində oturmaq” mənasını daşıyır. Padşahlar hakimiyyət kürsüsündə qərar tapandan sonra ölkə işlərini sahmana salmağa başlayırdılar. Allahın məkanının olmamasını həm əqli, həm də nəqli dəlillər sübut edir. Bundan başqa, taxt və kürsü üzərində əyləşməyi ifadə edən cümlələrdə Allahın cisim olması deyil, əksinə, məcazi mənada kainatın işlərini tədbir etmək, sahmana salmaq nəzərdə tutulur. Bu mətləbin şahidi kimi aşağıdakıları qeyd etmək olar:
1-Qurani-kərimin müxtəlif ayələrində, bu cümlədən qabaq Allah taala göyü və yeri, habelə kainatda olan sair şeyləri gözə görünməz sütun üzərində yaratmasından söz açır.
2-Quranın müxtəlif ayələrində bu cümlədən qabaq dünyanın işlərinin tədbirindən söz açılır.
Bu cümlə iki məsələni bəyan edən ayələr arasında, (yəni yaradılış və dünyanın tədbiri) yerləşdiyindən, ərş üzərində oturmaqdan məqsədin nə olacağını asanlıqla dərk etmək olar. O da budur ki, Qurani-kərim bizə başa salmaq istəyir ki, kainat özünün bu qədər əzəməti ilə belə, onun idarə olunması Allah taalanın ixtiyarından xaric olmadı, yaradılışdan əlavə, dünyanın işlərinin tədbiri də tamamilə Onun ixtiyarındadır.
Bu barədə olan ayələrdən təkcə birini qeyd etməklə kifayətlənirik:
º†«ÊsÓ†—Ó»Ós„ÔÂÔ†«‹Ô†«‰sӖȆ†ŒÓ‰ÓvÓ†«‰GsÓˆˆË«“ †ËÓ†«˘Ó—t÷Ó†bȆG sÓ:†√ÓÈs«“Ân†ÀÔÂsÓ†«Gt ÓËÈ”†ŸÓ‰ÓȆ«˘Ó—tg†ÈԜӻs—Ô†
«˘ÓÂt—ӆ«“†ÂÊt†gÓbÈŸn†«˙”†ÂÊt†»ÓŸtœ†«–tÊÁ†;
“Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi hökmü altına alan, hər işi öz yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz.”
DÖRDÜNCÜ FƏSİL
ALLAHIN ƏDALƏTİ
Dostları ilə paylaş: |