ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə20/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

63-CÜ ƏSAS

İlahi peyğəmbərlər şər”i hökmlərə əməl etməkdə hər növ günah və üsyankarlıqdan uzaqdır. Peyğəmbərlərin göndəriləmsində izlənən hədəf o zaman həyata keçər ki, onların özü bütün günah və xətalardan uzaq olsunlar. Çünki onların özləri, xalqa təbliğ etdikləri ilahi hökmlərə dəqiq əməl etməsələr, sözlərinin doğruluğu və malik olduqları etimad aradan gedəcək, nəticədə peyğəmbərliyin hədəfi həyata keçirilməyəcəkdir.

Şeyx Tusi qeyd etdiyimiz dəlili belə bəyan etmişdir:

º†ËÓ†ÈÓÃ»Ô†bȆ«‰ÊsÓ»Ès†√Ó‰tŸgtÂÓ:Ô†‰ÈÓÕtgÔ‰Ó†«‰tËÔÀÔËvÔ†bÓÈÓÕtgÔ‰Ó†«‰t⁄Ó—Ó÷Ô†;

“Peyğəmbərlərin dediklərində etimad yaranması və nübüvvətin hədəfinin həyata keçməsi üçün, onların ismət məqamına malik olmaları lazım və vacibdir.”147

Qurani-kərimin müxtəlif ayələrində peyğəmbərlərin günahdan məsum (pak) olması qeyd olunmuşdur. Onların bəzilərinə işarə edirik:

1-Qurani-kərim peyğəmbərləri Allah tərəfindən seçilən və hidayət olunan şəxslər kimi bəyan edərək buyurur:

º†ËÓ†«†Ãt Ó»ÓÈtÊ«“ÁÔÂt†ËÓ ÁÓœÓÈtÊ«“ÁÔÂt†«‰È”†g—«“◊n†ÂÔGt ÓvÈÂn†;

“Biz onları seçdik və düz yola hidayət etdik.”148

2-Qurani-kərim xatırladır ki, Allahın hidayət etdiyi bir kimsəni heç kəs inhirafa, azğınlığa sala bilməz. Belə ki, buyurur:

º†bÓÂÓÊt†ÈÓÁtœ†«‹Ô†bÓ«“†‰ÓÁÔ†ÂÊt†ÂÔ÷‰tn†;

“Allahın hidayət edib doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz.”149

3-Quran günah və məsiyəti zəlalət və azğınlıq bilir. Belə ki, buyurur:

º†ËÓ†‰ÓvÓœt†√Ó÷Ó‰sÓ†ÂÊt„ÔÂt†Ã»‰s«Î†„ÓÀÈ—«Î†;

“Həqiqətən, şeytan içərinizdən çoxlarını yoldan çıxartdı.”150

Qeyd olunan ayələrdən məlum olur ki, peyğəmbərlər hər növ azğınlıq və günahdan pak və uzaqdır.

Bundan əlavə, əvvəldə peyğəmbərlərin isməti, barədə qeyd etdiyimiz əqli dəlil, onların besətdən qabaq da mütləq məsum və günahsız olmalarına dəlalət edir. Çünki bir kəsin ömrünün yarısı günah və üsyankarlıqla keçdikdən sonra doğru yola hidayət olunsa, xalqın etimadını lazımınca qazana bilməyəcəkdir. Amma ömrünün başlanğıcından hər növ aludəlik və günahdan uzaq olan şəxs, şübhəsiz ki, xalqın etimadını qazanmağı qadir olacaq.

Cahiliyyət dövründə ömrünü tam paklıqla keçirib 40 yaşına çatan və “Mühəmmədi Əmin” ləqəbini alan bir nəfər, özünün yüksək və ali məqamı ilə düşmənlərin zəhərli əks təbliğatlarını zərərsizləşdirdi, səbr və dözümlük göstərməklə cahiliyyətin zülmətə bürünmüş mühitini tədricən işıqlandırdı.

Bunlardan əlavə, həyatın ilk çağlarından etibarən ismət məqamına malik olan bir şəxs, besətdən sonra belə bir məqama nail olan şəxsdən qat-qat fəzilətli və üstündür. İlahi hikmət bunu tələb edir ki, ilk əvvəldən gözəl və ali məqama malik olan bir şəxsi peyğəmbərliyə seçsin.

64-CÜ ƏSAS

Peyğəmbərlər ismət məqamına malik olmaqla yanaşı, aşağıda qeyd olunan məsələlərdə də xətalardan uzaqdırlar:

1-Münaqişəli məsələlərdə hakimlik etməkdə; Peyğəmbərlərə Allah tərəfindən əmr olunub ki, mühakimə qayda-qanununa əsaslanaraq ədalətli şəkildə hökm versinlər. Yəni müəyyən bir şeyi iddia edən şəxsdən şahid tələb etsinlər. Əgər iddia edən şəxsin şahidi olmazsa, bu iddianı inkar edən şəxsdən (müqabil tərəfdən) and içməsini istəməlidirlər. Peyğəmbərlərdən heç bir bu ilahi ədalət qanunu ilə müxalifət etməmişdir. Amma şahidin qəsdən, yaxud səhvən həqiqətin əksinə olaraq şəhadət verməsi, yaxud müqabil tərəfin (inkar edən şəxsin) yalandan və ya səhvən and içməsi mümkün olduğuna görə, bu kimi hallarda peyğəmbərlərin çıxardığı hökm həqiqətin əksinə olacaq. Lakin bu iş onların ismətinə (günahsızlığına) xələl yetirməz. Çünki onlara əmr olunmuşdur ki, mövcud şahidlərə istinad edərək qəzavət etsinlər. Onların qəzavəti həqiqətin əksinə olsa da, öz hökmlərində xətaya yol vermələrindən xəbərdardırlar.

2-Dini hökmlərin mövzusunu ayırd etməkdə. Məsələn: filan mayenin şərab olub olmamasını ayırd etməkdə xətaya yol verməməlidirlər.

3-İctimai məsələlərlə əlaqədar olaraq məsləhəti və fəsadı ayırd etməkdə də səhv və xəta etmirlər.

4-Gündəlik həyat və məişət məsələlərində.

Sonuncu üç halda peyğəmbərlərin məsum və günahsız olmalarının dəlili budur ki, xalqın əksəriyyətinin nəzərində bu cür məsələlərdə xəta etmək, dini hökmlərdə xəta etməklə eynidir. Ona görə də bu cür sadə məsələlərdə səhv etmək, xalqın peyğəmbərə olan etimadını zəiflədir, habelə besətin hədəfini aradan aparır. Baxmayaraq ki, qeyd etdiyimiz birinci və ikinci surətdə peyğəmbərlərin günahsızlığının lüzumu axırıncı surətə nisbətən açıq-aşkardır.

65-Cİ ƏSAS

İsmətin növlərindən biri də budur ki, peyğəmbərlərin vücudunda, xalqın onlardan uzaqlaşmasına səbəb olan bir şey olmasın. Bildiyimiz kimi, bəzi fiziki xəstəliklər, yaxud insanın alçaqlığına səbəb olan bəzi ruhi xəstəliklər xalqın nifrətinə, əzab-əziyyətə düşməsinə səbəb olur. Peyğəmbərlər də mütləq həm cismi, həm də ruhi eyb və xəstəliklərdən uzaq olmalıdır. Çünki onların camaata əzab-əziyyət verməsi və nəticədə xalqın onlardan uzaqlaşması, ilahi xəbərlərin peyğəmbər vasitəsi ilə xalqa çatdırılmasının (besətin) hədəfləri ilə ziddir.

Həmçinin qeyd etməliyik ki, burada əqlin verdiyi hökm həqiqətin aşkar olunması mənasınadır və ilahi hikmətə əsasən, elə şəxslər peyğəmbərliyə seçilməlidir ki, bu cür eyblərdən tamamilə uzaq olsunlar.151

66-CI ƏSAS

Peyğəmbərlərin ismətinin zərurəti barəsində əqlin qəti hökmü və Quranın açıq-aşkar qəzavəti məlum oldu. Amma zahirdə peyğəmbərlərin günaha mürtəkib olmasını göstərən bəzi ayələrə (məsələn: Həzrət Adəm (ə) və başqa peyğəmbərlərin günah etməsi haqda varid olan ayələrə) gəldikdə isə, qeyd etmək lazımdır ki, Qurani-kərimdə əsla ziddiyyətli məsələ olmadığı üçün, sair ayələrdə mövcud olan bir sıra şahid və dəlillərə diqqət etməklə həmin ayələrdəki əsl məqsədin nə olmasını asanlıqla başa düşmək olar. Quran ayələrinin zahiri mənasına istinad edib ilahi peyğəmbərlərin günahkar və qeyri-məsum olduğuna hökm etmək, bir növ tələsik hökm verməyə bənzəyir. Xoşbəxtlikdən şiələrin böyük təfsirçiləri və ilahiyyat alimləri bu ayələri düzgün təfsir etmiş, onların bəziləri bu məsələ ilə əlaqədar ayrıca kitablar yazmışlar. Bu mətləbi ətraflı şəkildə bilmək istəyənlər Seyyid Mürtəzanın yazdığı “Tənzihul-ənbiya”, Fəxruddin Razinin “İsmətül-ənbiya”, Cəfər Sübhaninin “Məfahimül-Quran” kitablarına müraciət edə bilərlər.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin