ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə22/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

71-Cİ ƏSAS

Tarix kitablarında və hədislərdə qeyd olunduğu kimi, İslam Peyğəmbərinin müxəlif möcüzələri olmuşdur. Amma onların arasında bütün əsrlər boyu parlaq nur kimi işıq saçan əbədi möcüzəsi Qurani-kərimdir. Rəsuli Əkrəm (s) özünün bu möcüzəsi ilə digər peyğəmbərlərdən fərqlənir. ëəbəbi də budur ki, onun gətirdiyi din əbədi və bütün ilahi dialərin sonuncusudur. Əbədi bir dinin də hər bir əsrdə nübüvvətə qəti dəlil olsun deyə, əbədi bir möcüzəyə ehtiyacı vardır. Bununla da insanlar əsrlər boyu başqalarının nəzəriyyələrinə yox, yalnız ona müraciət etməlidirlər.

Qurani-kərim müxtəlif cəhətlərdə möcüzə sayılır. Biz burada onları qısa şəkildə bəyan edəcəyik. Qurani-kərimin nazil olduğu dövrdə ərəblərin, həmçinin gözəl bəyana, ali dərəcədə fəsahətə malik olduqları üçün xalq arasında hörmətə layiq görülən söz ustalarının diqqət mərkəzində olan ilk şey - Quranın dərin mənası, gözəl kəlmələri, bir sözlə, yüksək söz ustalığından söz açan bəlağət və fəsahəti idi. Quran bəlağət ustalarını dəhşətə gətirirdi. Qurani-kərim belə bir səciyyəvi xüsusiyyətə malik olduğu üçün İslam Peyğəmbəri daima onun ayələrini tilavət etməklə söz ustalarını mübarizəyə çağırır, onları məğlub edir və başa salırdı ki, onunla qarşılaşa bilməzlər. Məşhur şair və bəlağət ustası Vəlid ibni Müğeyrə Rəsuli Əkrəmdən bir neçə ayə eşitdikdən sonra belə dedi: And olsun Allaha, indicə Mühəmməddən (s) bir söz eşitdim ki, insanların sözünə oxşayır, cinlərin. O, dərin mənalı, xüsusi gözəlliyə malik olan bir söz idi. Heç bir söz ondan üstün ola bilməz. Onunla mübarizə aparmaq qeyri-mümkündür.”158

Quranın zahiri gözəlliyi və mənəvi şövkəti müqabilində baş əyən təkcə Vəlid ibni Müğeyrə deyil, həm də ərəblər arasında Ütbə ibni Rəbiə, Tüfeyl ibni Əmr və s. kimi söz ustaları da Quranın müqabilində acizliklərini izhar edərək, onun ədəbi ecazkarlığını iqrar etdilər. Əlbəttə, cahil ərəblərin mədəniyyəti çox aşağı səviyyədə olduğu üçün, Quranın yalnız bu cəhətdən möcüzə olduğunu başa düşürdülər. Amma İslam dini dünyanın dörddə bir hissəsinə günəş kimi nur saçarkən, dünya mütəfəkkirləri Quranın dərin mənalı ayələrinin ədəbi yönündən əlavə, onun digər xüsusiyyətlərindən də bəhrələndilər, hər əsrdə onun tükənməz həqiqətlərindən yeni-yeni elmi məsələlər öyrənməyə başladılar.



72-Cİ ƏSAS

Ötən əsasda Qurani-kərimin ədəbi cəhətdən möcüzə olmasını xülasə şəkildə bəyan etdik. İndi isə, Qurani-kərimin başqa səbəblərə görə möcüzə sayılmasını qısa şəkildə izah edəcəyik. Quranın ədəbi cəhətdən möcüzə olmasını yalnız ərəb dilini yüksək səviyyədə bilən şəxslər başa düşürsə, amma xoşbəxtlikdən onun digər yönlərdə möcüzə olmasını dərk etmək başqaları üçün də müyəssər oluna bilər. Çünki:

1-Quranı dərs oxumamış, təlim görməmiş, savadsız bir şəxs gətirmişdir, o, nə məktəbə getmiş, nə müəllimdən dərs almış, nə də bir kitab oxumuşdur. Belə ki, Qurani-kərim buyurur:

º†Â«“†„ÔÊt Ó† Ó t‰ÔË«†ÂÊt†v»Ó‰Á†ÂÊt†„ «“»n†ËÓ†‰«“† ÓŒÔ◊sÔÁÔ†»ÈÓÂÈÊ„Ó†«–«Î†‰«“†—Ô «“»Ó†«‰tÂÔ»t◊‰ÔËÊÓ†;

“(Ya Mühəmməd!) Sən bu Qurandan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. (Əgər belə olsaydı), batilə düşənlər (sənin risalətinin haqq olmasında) şəkk-şübhəyə düşərdilər.”159

Həzrət Peyğəmbər (s) bu ayəni xalqa tilavət edərkən, onlar Peyğəmbərin tərcümeyi-halından tamamilə xəbərdar idilər. Deməli əgər Həzrət təhsil almış olsaydı, hamı onun bu iddiasını təkzib edərdi. Onların bəzilərinin (müşriklərin) Həzrət Peyğəmbərə (s) Quranı ona bir insan öyrədir- deyə ittiham vurmalarına gəldikdə isə, bu, sair ittihamlar kimi məntiqsiz, əsassızdır. Qurani-kərim bu ittihamı rədd edərək buyurur: “Onların nəzərdə tutduqları adamın dili başqa dildir (əcəmdir). Bu (Quran dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir.”

2-Qurani-kərim Peyğəmbəri Əkrəmin (s) vasitəsilə 23 il ərzində və müxtəlif şəraitlərdə (sülh, müharibə və s.) tilavət olunmuşdu. Bu da təbii olaraq tələb edir ki, (şəxsin öz sözləri olduqda) deyənin sözlərində bir növ uyğunsuzluq və qeyri-mütənasiblik olsun. Həta eyni bir şəraitdə, mətləblərin bir-biri ilə mütənasibliyini qoruyaraq kitab yazan müəlliflərin kəlamlarında belə, çox vaxt ziddiyyət və qeyri-mütənasibliyə rast gəlmək olur. Belə olduqda müxtəlif şərait və vəziyyətlərdə bir şəxsə tədricən öyrədilən mətləbin ziddiyyətlə və ixtilafla qarışması adi bir işdir.

(Deməli, èeyğəmbərə 23 ildə nazil olan Quran bəşər tərəfindən deyil, Allah tərəfindən ilham olunmuşdur.-red)

Qeyd etmək lazımdır ki, Qurani-kərim müxtəlif mövzular barədə: ilahiyyat, tarix, qanunçuluq, əxlaq, təbiət və s. kimi məsələlər barədə söz açmışdır. Eyni zamanda onun məcmuəsi əvvəldən axıra kimi, möhtəva və məzmun baxımından yüksək uyğunluğa və mütənasibliyə malikdir. Qurani-kərim ecazkarlığın bir yönünü xatırladaraq buyurur:

º†√Ó†bÓ‰«“†ÈӠӜӻsÓ—ÔËÊÓ†«‰tvÔ—¬ÊÓ†ËÓ†‰ÓËt†„«“ÊÓ†ÂÊt†ŸÊtœ†⁄ÓÈt—†«‹†‰ÓËÓÃÓœÔË«†bÈÁ†«Œt ‰«“b«Î†„ÓÀÈ—«Î†;

“Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisinin tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.”160

3-Qurani-kərim insanın dəyişməz və pak olan fitrətini qanunvericilikdə əsas mehvər qərar verib, fitrətin sabit və davamlı olmasını nəzərə alaraq, öz qanunlarına əbədiyyət bəxş etmişdir.

İslamın ümumi qayda-qanunlarının xüsusiyyətlərindən biri də budur ki, onlar hər bir şəraitdə və müxtəlif mühitlərdə icra oluna bilir. Müsəlmanlar dünyanın bir çox hissəsini fəth edərkən, cəmiyyəti qüdrətlə, həmin qanunlar çərçivəsində, həm də əsrlər boyu ilə idarə etdilər. İmam Baqir (ə) buyurur:

º†«ÊsÓ†«‹Ó†‰ÓÂt†ÈӜӟt†gÓÈt∆«Î† ÔÕt «“ÃÔ†«‰ÓÈtÁ†«˘ÔÂsÓ:Ô†«˙”†√ÓÊtGÓ‰ÓÁÔ†bȆ„ «“»Á†ËÓ†»ÓÈsÓÊÓÁÔ†‰—ÓGÔˉÁ†ËÓ†ÃÓŸÓ‰Ó†‰„Ô‰s†gÓÈt¡n†ÕÓœsΫ

ËÓ†ÃÓŸÓ‰Ó†ŸÓ‰ÓÈtÁ†œÓ‰‰«Î†;

“Həqiqətən, Allah, insanların ehtiyac duyduqları hər bir şeyi Öz kitabında söyləmiş və Peyğəmbəri üçün onun hökmünü bəyan etmişdir. Həmçinin hər bir şey üçün müəyyən hədd, hər bir hədd üçün də dəlil qərar vermişdir.”




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin