ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə28/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

86-CI ƏSAS

Peyğəmbərin (s) agahlığı və uzaqgörənliyi tələb edirdi ki, özündən sonra İslam ümməti üçün bir rəhbər təyin etsin. İndi görək o Həzrətin imamət barəsindəki fikirləri necə olmuşdur?

Burada iki nəzəriyyə vardır:

1-İslam Peyğəmbəri (s) Allahın əmri ilə ümmətə rəhbərlik etməyə layiq olan bir şəxsi, özündən sonrakı rəhbər və canişin təyin edərək onu xalqa tanıtdırsın.

2-Həzrət Peyğəmbər (s) rəhbərin təyin olunmasını xalqın öhdəsinə qoysun, onlar da özləri üçün bir şəxsi rəhbər seçsinlər.

İndi İslam tarixi, Quranda və rəvayətlər arasında bu iki nəzəriyyənin hansı birinin düzgün olmağını araşdıraq.

Həzrət Peyğəmbər (s) öz dinini ilk əvvəl yaxın adamlarına, qohum-əqrəbasına, sonra isə ümumi xalqa elan etməyə əmr olunduğu gündən etibarən ömrünün sonuna kimi müxtəlif yerlərdə özündən sonrakı xəlifəni dəqiq şəkildə bəyan etmiş və bu işi xalqın ixtiyarına qoymamışdır. Bu mətləb aşağıda qeyd olunanlarla isbat olunur:

1-”Yovmud-dar” hədisi:

Besətin başlanmasından 3 il keçəndən sonra, Allah taala Peyğəmbərə əmr etdi ki, öz dəvətini aşkar şəkildə xalqa çatdırsın:

º†ËÓ†«Êt–—t†ŸÓgÈ—Ó Ó„Ó†«˘Óvt—Ó»ÈÊÓ†;

“Ey Peyğəmbər! Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olduqda Peyğəmbər (s) “əni-Haşim tayfasının böyük şəxsiyyətlərini dəvət edib buyurdu: “Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə əmr etmişdir ki, sizi Ona tərəf dəvət edim. ëizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? “ilin ki, hər kəs mənə kömək etsə, məndən sonra sizin içərinizdə mənim canişinim və vəsim olacaq.”

Həzrət bu sözü üç dəfə təkrar etdi, hər dəfədə də yalnız Əli (ə) ona kömək etməyə hazır olduğunu elan etdi. Bu zaman Peyğəmbər (s) buyurdu:

º†«ÊsÓ†Áˆˆ–«“†√ÓŒȆËÓ†ËÓgÈs†ËÓ†††ŒÓ‰ÈbÓ ȆbÈ„ÔÂt†;

“Bu mənim qardaşım, (və məndən sonra) sizin içərinizdə canişinim və xəlifəmdir.”189

2-”Mənzilət” hədisi:

Həzrət Peyğəmbər (s) müxtəlif yerlərdə Həzrət Əlinin (ə) özü ilə müqayisədə olan məqam və mənzilətini Harunla Musanın münasibətinə bənzətmiş və Harunun yalnız nübüvvət məqamının Əlidə (ə) olmadığını bəyan etmişdir. Belə ki, buyurmuşdur:

º†È«“†ŸÓ‰Ȇ√ÓÊt Ó†ÂÊsȆ»ÂÓÊtG‰Ó:†Á«“—ÔËÊÓ†ÂÊt†ÂÔËGÈ”†«˙”†√ÓÊsÓÁÔ†‰«“†ÊÓ»ÈsÓ†»ÓŸtœȆ;

“Ya Əli, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”190

Qurani-kərimin buyurduğuna əsasən, Harun Musanın (ə) zamanında nübüvvət, xilafət və vəzirlik məqamlarına malik idi. “Mənzilət” hədisi də Harunun nübüvvətdən başqa, bütün məqamlarının Əli (ə) üçün olduğunu isbat edir. Əgər hədisdə məqsəd Əli (ə) üçün nübüvvət məqamından başqa bütün məqamları isbat etmək olmasaydı, onda nübüvvət məqamını istisna etməyə ehtiyac qalmazdı. Deməli, Əli (ə) nübüvvət məqamından başqa bütün məqamlara malikdir.

3-”Səfinə hədisi:

İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) öz Əhli-beytini Nuhun gəmisinə bənzədərək buyurmuşdur ki, hər kəs bu gəmiyə minsə, nicat tapar və hər kəs onunla birgə hərəkət etməzsə, şübhəsiz günah dənizində bataraq məhv olacaqdır. Belə ki, buyurur:

º†√Ó†‰«“†«ÊsÓ†ÂÓÀÓ‰Ó†√ÓÁt‰†»ÓÈt ȆbÈ„ÔÂt†ÂÓÀÓ‰Ô†GÓbÈÊÓ:†ÊÔËÕn†bȆvÓËtÂÁ†ÂÓÊt†—Ó„Ó»ÓÁ«“†ÊÓÃÈ”†ËÓ†ÂÓÊt

† ÓŒÓ‰sÓbÓ†ŸÓÊtÁ«“†⁄Ó—vÓ†;

“Agah olun, həqiqətən, mənim Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs ona minsə nicat tapar və hər kəs ondan uzaq düşsə, məhv olar (cəhənnəm oduna düşər).”191

Bildiyimiz kimi, Həzrət Nuhun gəmisi insanların tufandan nicat tapması üçün yeganə yol idi. Deməli, “Səfinə hədisinə əsasən, Peyğəmbərin (s) Əhli-beyti (ə) insanların azğın yollardan nicat tapması üçün yeganə nicat gəmisi, sığınacaq yeridir.

4-”Əman” hədisi:

Həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) ümmətin bütün gələcək məsələlərdəki ixtilaf və təfriqələrdən amanda qalma səbəbi kimi tanıtdırıb buyurur:

º†√Ó‰ÊsÔÃÔËÂÔ†√Ó«“Êφ‰«ÓÁt‰†«˘Ó—t÷†ÂÊÓ†«‰t⁄Ó—tv†ËÓ†√ÓÁt‰Ô†»ÓÈt Ȇ√Ó«“Êφ‰«ÔÂsÓ ȆÂÊÓ†«˘Œt ‰«“b†bÓ«–«†Œ«“‰ÓbÓ tÁ«“†vÓ»ȉÓ:Ï

ÂÊÓ†«‰tŸÓ—Ó»†«Œt Ó‰ÓbÔË«†bÓg«“—ÔË«†ÕGt»Ó†«»t‰ÈG†;

“Ulduzlar yer sakinlərini (gecələr dənizlərdə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayırlar, mənim Əhli-beytim isə yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır. Əgər ərəblərin bir tayfası onlarla müxalifətə qalxsa, ixtilafa düçar olub, İblisin hizbinə çevrilərlər.”192

5-”Səqəleyn” hədisi:

Səqleyn hədisi, həm şiə, həm də sünnü alimlərinin öz hədis kitablarında nəql etdikləri mütəvatir (yəqin həddinə çatmış) hədislərindəndir. Həzrət Peyğəmbər (s) bu hədisdə İslam ümmətinə xitab edərək buyurmuşdur:

º†«ÊsȆ «“—„φbÈ„ÔÂÔ†«‰ÀsÓvÓ‰ÓÈtÊ†„ «“»Ó†«‹†ËÓ†Ÿ t—Ó Ȇ√ÓÁt‰Ó†»ÓÈt Ȇ«“†«Êt† ÓÂÓGsÓ„t ÔÂt†»Á«“†‰ÓÊt† Ó÷‰sÔË«†√Ó»Óœ«Î†ËÓ†

«ÊsÓÁÔ«“†‰ÓÊt†ÈÓbt Ó—v«“†ÕÓ sˆˆÈ†ÈÓ—œ«“†ŸÓ‰ÓÈsÓ†«‰tÕÓËt÷Ó†;

“Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir. Əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki əmanət “Kövsər” hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqdır.”193

Göründüyü kimi, bu hədis zahiri cəhətdən Quranla Əhli-beytin (ə) bir-birindən ayrılmaz olduğunu bəyan etdiyi kimi, mənəvi cəhətdən də onların arasında vəhdət olduğunu izah edir. Çünki Qurani-kərimdən sonra, müsəlmanların müraciət yeri (mənbə) Əhli-beytdir Müsəlamanlara da vacibdir ki, dini işlərində Allahın kitabı Quranla birlikdə Əhli-betin göstərişlərinə də əməl etsinlər. Amma çox təəssüflər olsun ki, bəziləri Əhli-beytdən başqa, bütün qapıları döyüb, onlardan kömək istəyirlər. Şiə və sünnülərin qəbul etdiyi “Səqəleyn” hədisi bütün dünya müsəlmanları arasında vəhdət yaratmağa qadirdir. Çünki Peyğəmbərdən sonra ümmətin siyasi rəhbərliyini təyin etməklə əlaqədar şiə və sünnülər arasında ixtilaf yaranmış və islam ümməti iki hissəyə bölünmüşdür. Hər iki firqənin qəbul etdiyi “Səqəleyn” hədisinə əsasən, onların arasında mütləq vəhdət və birlik olmalıdır. Xəlifələrin xilafəti zamanı elmi müraciət yeri, əməli olaraq Əli (ə) idi və dini işlərdəki ixtilaflar Əlinin (ə) vasitəsi ilə araşdırılırdı. Həqiqətdə Peyğəmbərin Əhli-beyt kənara çəkildiyi gündən etibarən müxtəlif firqələr yarandı, və onların arasında ixtilaf düşməyə başladı.



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin