ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə30/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

89-CU ƏSAS

İslam tarixi göstərir ki, Peyğəmbərin (s) düşmənləri, onun ilahi dinini məhv edib söndürmək üçün müxtəlif hiylələr işlətmişlər. (Həzrət Peyğəmbəri sehr və cadu ilə mütəhim etdilər, onu qətlə yetirimək istədilər və s.) Amma bütün yerlərdə Allah lütf və kərəm nəzəri daim Peyğəmbərin üstündə idi və onu müşriklərin məkrli hiylələrindən qoruyub saxladı. Onların son ümidi bu idi ki, Peyğəmbərin vəfatı ilə bu dəvət də sönəcək. Onlar deyirdilər:

º†√ÓÂt†ÈÓvÔˉÔËÊÓ g«“Ÿ—φÊÓ Ó—Ó»sÓgÔ†»Á†—ÓÈt»Ó†«‰tÂÓÊÔËÊ†;

“Yoxsa deyirlər ki, o, (Peyğəmbər) şairdir?! Çə biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələn müsibəti (ölümü) gözləyirik.!”195

Bu fikir müşiriklərin və münafiqlərin çoxunun başında dolaşırdı. Amma Peyğəmbər (s) özündən sonra canişin və xəlifə təyin etməklə, müxalifləri naümid etdi. Bununla da dinin əbədi qalmasına zəmanət verərək, onun sütunlarını möhkəmlətdi. İslam neməti belə bir rəhbərin təyin edilməsi ilə kamala çatdı. Məhz bu səbəbdən Qədir ïum günündə, Əli (ə)-ın rəhbər və imam təyin olunmasından sonra “dinin kamilləşməsi” ayəsi nazil oldu:

º†√Ó‰tÈÓËtÂÓ†ÈÓ∆GÓ†«‰sÓ–ÈÊÓ†„ÓbÓ—ÔË«†ÂÊt†œÈÊ„ÔÂt†bÓ‰«“† ÓŒtgÓËtÁÔÂt†ËÓ†«ŒtgÓËtÊ†√Ó‰tÈÓËtÂÔ†√Ó„tÂÓ‰t Ô†‰Ó„ÔÂt†œÈÊÓ„ÔÂt

ËÓ†√Ó tÂÓÂt Ô†ŸÓ‰ÓÈt„ÔÂt†ÊŸtÂÓ ȆËÓ†—Ó÷È Ô†‰Ó„ÔÂt†«˘Gt‰«“ÂÓ†œÈʫΆ;

“Bu gün kafirlər sizin dininizdən (onu məhv edə bilmədikləri üçün) naümid oldular. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi tamamlayıb mükəmməl etdim. Nemətimi sizlərə tamamladım və bir din kimi, sizin üçün islamı bəyənib seçdim.”196

Peyğəmbərin (s) özündən sonra canişin və xəlifə təyin etməsinin, ilahi bir hökm olduğunu isbat edən rəvayətlərdən əlavə, tarixi hadisələr də göstərir ki, Peyğəmbər (s) hələ Mədinədə hökumət təşkil etmədiyi və Məkkədə yaşadığı günlərdə özündən sonrakı rəhbərlik məsələsinin ilahi bir məsələ olmasını bəyan etmişdi. Məsələn; Bəni Amir qəbiləsinin rəisi həcc mərasimində Peyğəmbərin (s) hüzuruna gələrkən dedi:

-Ya Peyğəmbər! Biz sənə bey”ət etdik, sən də müxaliflərə qalib gəldin. Görəsən, biz rəhbərlik məqamından bəhrələnəcəyik?

Peyğəmbər (s) cavabında buyurdu:

-Bu iş Allaha aiddir, onu istədiyi şəxsə tapşıracaq.197

Əgər rəhbərlik məsələsi xalqın öhdəsinə qoyulsaydı, onda Peyğəmbər belə buyurmalı idi: “Bu iş ümmətə aiddir”. Peyğəmbərin rəhbərlik haqda olan sözü, eynilə Allahın risalət haqda olan sözünə bənzəyir:

º†√Ó‹Ô†√ÓŸt‰ÓÂÔ†ÕÓÈtÀÔ†ÈÓÃtŸÓ‰Ô†—G«“‰Ó ÓÁÔ†;

“Allah peyğəmbərliyi kimə tapşıracağını Özü daha yaxşı bilir.”198

90-CI ƏSAS

Xəlifənin Allah trəfindən təyin edilməsi və bu işdə camaatın heç bir rol ifa edə bilməməsi Həzrət Peyğəmbərin vəfatından sonra səhabələr arasında qanuni və zəruri bir iş kimi tanınmışdır: Yəni ïəlifə və rəhbəri ümmət təyin edə bilməzdi, əksinə onu Allahın əmri ilə Peyğəmbər (s) təyin etməli idi. Amma birinci xəlifədən başqa, ikinci xəlifə birinci xəlifənin vasitəsilə, üçüncü xəlifə isə ikinci xəlifənin təyin etdiyi altı nəfərlik şuranın əli ilə seçildi.

İkinci xəlifənin Əbu Bəkr tərəfindən deyil, əksinə digərlərinin təklifi ilə seçilməsi təsəvvüri qəti tarixi həqiqətin əksinə olan bir sözdür. Çünki, hələ birinci xəlifənin sağlığında Peyğəmbərin səhabələri Ömərin xəlifə seçilməsinə etiraz etdilər. Onlardan biri də Zübeyr idi. Əgər onun xəlifə seçilməsi təklif əsasında olsaydı, onda səhabələr etiraz etməzdi. Ömərin Əbu Bəkrin tərəfindən seçilməsindən əlavə, üçüncü xəlifə də ikinci xəlifənin təyin etdiyi altı nəfərlik şura tərəfindən seçildi.

Peyğəmbərin səhabələri daim ümumxalqın nəzərinə müraciət etmədən xəlifə təyin etmək barədə fikirləşirdilər. Onların etiqadlarına görə, bir xəlifə mütləq özündən qabaqkı xəlifənin vasitəsilə seçilməlidir. Məsələn: ikinci xəlifə yaralanarkən, Peyğəmbərin həyat yoldaşı Ayişə, Əbdüllah ibni Ömərin vasitəsi ilə ona xəbər göndərib dedi:

-Mənim salamımı atana çatdır və de ki, Peyğəmbər ümmətini çobansız qoyma!199

Əbdüllah ibni Ömər də atası xəstə olduğu vaxtlarda onu xəlifə təyin etməyə tövsiyə edib deyirdi:

-Hamı sənin haqqında danışır və elə fikirləşirlər ki, özündən sonra rəhbər və canişin təyin etməyəcəksən. Əgər sənin dəvələrini və qoyunlarını otaran çoban, onları səhrada yiyəsiz, özbaşına buraxsa, onu danlamazsan? Xalqın halını nəzərə almaq, dəvə və qoyunların halını nəzərə almaqdan daha üstündür. Onlar üçün bir xəlifə seç!200

91-Cİ ƏSAS

İmamət mövzusunun əvvəlində qeyd etdiyimiz kimi, müsəlmanların nəzərində Peyğəmbərin canişini və imam o kəsdir ki, (Allah tərəfindən din və şəriət gətirmək işi istisna olmaqla) Peyğəmbərin (s) qalan bütün vəzifələrini öhdəsinə alsın. İmamət məsələsinin əhəmiyyətini dərk etmək üçün Peyğəmbərin ən mühüm vəzifələrini qeyd edirik:

1-Qurani-kərimin məfhumlarını başa salmaq və ondakı çətinlikləri həll edib aydınlaşdırmaq Həzrət Peyğəmbərin (s) mühüm vəzifələrindən biri idi. Quranda buyurulur:

º†ËÓ†«ÓÊtGÓ‰tÊ«“†«‰ÓÈt„Ó†«‰–s„t—Ó†‰ Ô»ÓÈsÊÓ†‰‰Ês«“G†Â«“†ÊÔGs‰Ó†«‰ÓÈtÁÂt;

“Xalq üçün nazil olan Quranı onlara izah edib, aydınlaşdırmaq üçün (bu) Quranı sənə nazil etdik.”201

2-Şəriət hökmlərini xalqa bəyan etmək Peyğəmbərin digər vəzifələrindən biri idi. Onların bəzisi ayə tilavət etməklə, bəziləri isə o Həzrətin davranışı vasitəsilə bəyan olunurdu. Həzrət Peyğəmbər (s) tərəfindən hökmlərin bəyan olunması tədrici və gündəlik hadisələrlə əlaqədar idi və buna görə də bu bəyanın ardıcıl şəkildə olmasını tələb edirdi. Halbuki, o Həzrətdən dini hökmlər barəsində nəql olunan hədislərin sayı beş yüzdən çox deyildir.202 Bu qədər hədis isə islam ümmətinə qanunvericilik üçün kifayət deyildir.

3-İslam Peyğəmbəri (s) haqq mehvəri olub öz bəyan və rəftarı ilə ümmətin əqidələrində yaranacaq azğınlıqların qarşısını aldığına görə, o Həzrətin sağlığında firqəçilik problemi irəli gəlmədi.

4-Din və etiqad ilə əlaqədar suallara cavab vermək;

5-Cəmiyyət üzvlərini öz danışıq və rəftarı ilə tərbiyələndirmək.

6-İslam cəmiyyətində ictimai ədaləti və ümumi təhlükəsizliyi bərpa etmək;

7-Düşmənlər müqabilində İslam ölkəsinin sərhədlərinivə bir sözlə, onun varlığını hərtərəfli müdafiə etmək və s.

Qeyd etmək lazımdır ki, altıncı və yeddinci vəzifələri yerinə yetirmək, xalq tərəfindən seçilmiş hər hansı bir rəhbərin də əlindən gələ bilər. Lakin bu ikisindən əvvəl qeyd olunmuş vəzifələri (Quran məfhumlarının, dini hökmlərin bəyan edilməsi, çətinliklərinin həlli, s.) icra etmək isə sonsuz qüdrətli və elmli Allahın xüsusi inayəti altında olan, həmçinin Peyğəmbərin (s) getdiyi yol ilə düzgün hərəkət edən şəxslərin varlığını tələb edir. Yəni bu vəzifələri həyata keçirmək və ümmətə lazımınca rəhbərlik etmək üçün Peyğəmbərin (s) elminə yiyələnib, hər növ azğınlıq və xətadan uzaq olmaq lazımdır.

Bununla belə, Peyğəmbərin elmlərinə yiyələnən şəxs heç vaxt peyğəmbər ola bilməz və yeni bir şəriət gətirə bilməz. Peyğəmbərlik məqamı da heç vaxt imamət məqamı ilə bərabər ola bilməz.

Məlumdur ki, belə bir xüsusiyyətlərə malik olan şəxsi rəhbər təyin etmək, ümmətin bilik və bacarığı dairəsindən kənardadır. Məhz belə bir rəhbər Allahın fərmanı əsasında və Peyğəmbərin vasitəsilə təyin olunmalıdır. Həmçinin yuxarıda qeyd olunan vəzifələrin həyata keçməsi, Peyğəmbərin təyin etdiyi imamın xalq tərəfindən hərtərəfli himayə etməsindən asılıdır. Çünki Allahın təyin, Peyğəmbərin isə elan etməsi kafi şərt deyildir və təkcə bu şərt daxilində ilahi hədəflər həyata keçə bilməzdi. Peyğəmbərin (s) vəfatından sonra yaranan bir sıra mənfi hallar və ümmətin bir hissəsinin tərəfbazlıq etməsi heç də o Həzrətin öz vəzifəsinə əməl etməməsi, yaxud özündən sonra ümmətin idarə edilməsi üçün tədbir tökməməsi və ya onun işlərinin nöqsanlı olması üzündən irəli gəlməmişdir. Bunların əsas səbəbi bəzi şəxslərin öz nəzərini Peyğəmbərin nəzərindən üstün tutması, həmçinin öz şəxsi məsləhət və mənafeyini Allahın və Peyğəmbərin (s) açıq-aşkar hökmlərindən üstün tutmasından irəli gəlmişdir. Bu isə tarixdə baş vermiş nadir hal deyil. İslam tarixində buna oxşar çox hadisə baş vermişdir.203




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin